Qurani-Kərimin baxışına əsasən İslam ümmətinin düşmən qarşısında vəzifəsi nədir?


Cavab: Quran müsəlmanları birliyə dəvət edərək, istənilən bir təfriqəyə qadağa qoyur. (“Ali-İmran”, 103; “Ənfal”, 42.)
Yağış damlaları ayrı-ayrılıqda zərif olsalar da, bir hövzəyə daxil olduqda əzəmətli bir təlatüm yaradıb, ağır turbinləri hərəkətə gətirir, böyük şəhərləri elektrik enerjisi ilə təchiz edirlər. Barmaqlar ayrı-ayrılıqda zəif olsalar da, sıxılıb yumruq yaratdıqda düşməni qorxuya salırlar. Əldəki barmaqların biri uzun biri gödək, biri kobud biri incə olsa da, hər barmağın öz işi var. Müxtəlif istedadlı barmaqlar bir yerə toplandıqda isə böyük güc yaranır...


Qurani Kərimdən qısa və mühüm bir dua nümunəsi - Furqan (74) nə haqdadır?


Quranın bizə öyrətdiyi gözəl dualardan biri də \"Furqan\" surəsinin 74-cü ayəsidir: \"Ey Rəbbimiz, bizə zövcələrimizdən və uşaqlarımızdan gözümüzün işığı (nuru) olacaq ehsan buyur!\" Zikr olunan bu ayə möminlərin dilindən zikr olunur. Quran sanki möminlərin niyyətindən, qəlbindən keçənlərdən xəbər verir. Bu ayə öz daxilində etiqad, valideyn məsuliyyəti və bir neçə mühüm mətləbi ehtva edir ki, bu mətləblər ayənin yəfsirində belə izah olunur:
1-Bəndəçilik və əqli idraka sahib olmaq Rəhman olan Allahın bəndələrinin xass sifətlərindəndir.
2- İnsan gərək ailəsi, övladları, gələcək nəsli qarşısında məsuliyyətini və öhdəliklərini dərk etsin. Onların xoş gələcək və son aqibəti barədə düşünüb, müsbət səy etsin... (\"Ey Rəbbimiz, bizə zövcələrimizdən və uşaqlarımızdan...)
3- İnsan bu yolda Allahdan kömək istəməyi idrak etsin və bunu bacarsın... (Ey Rəbbimiz bizə... ehsan buyur...)


“İnsan və cinn günahları barədə sorğu sual olunmazlar” ayəsindən məqsəd nədir?


Mərhum Əllamə Təbətəbai ayənin izahında buyurur: Bu ayəni digər bir ayə olan “Allah sürətlə hesab çəkəndir” (Nur-39) ayəsi ilə də uyğunlaşdırmaq olar (Allah elə hesab çəkər ki onların danışmağa belə ehtiyacı olmaz). Qiyamət günü müxtəlif dayanacaq və mərhələləri olan bir gündür, həmən günü insanların ağızlarına möhür vurulacaq, əzalar danışacaq (Yasin-65) və günahkarlar üzlərindən tanınacaq (ər-Rəhman-41). Bəs onlar sorğu sual olunmayacaqlar? Sualının cavabında demək olar ki, bütün əlamətlər onların üzündə aşkar olacaq (ər-Rəhman-41: Günahkarlar üzlərindən tanınacaq, kəkillərindən və ayaqlarından tutulub yaxalanacaqlar).”


Quranda Allaha doğru yüksəldiyi bildirilən “pak söz” nədir?


“Hər kəs izzət-qüdrət istəsə, (bilsin ki, dünyada da, axirətdə də) bütün izzət-qüdrət ancaq Allaha məxsusdur. Pak söz Ona tərəf yüksələr və pak sözü də (Allah dərgahına) yaxşı əməl qaldırar.” (Fatir-10) Ayətullah Məkarim Şirazi ayənin təfsirində buyurur: “Mütəal Allah yağış qətrələri ilə olu torpağa həyat verdiyi kimi, “pak söz” və “saleh əməllə” insanı ucaldar, Öz yaxınlıq və rəhmətinə daxil edər.” (Nümunə c. 18) “Məcməul-bəyan” təfsirində deyilir: “Yüksəlmək ifadəsi Allah Təalaya nisbət verilir. Necəki deyərlər onların işi sultana, padişaha qaldırıldı (ğötürüldü), “pak sözə” gəlincə isə Allahı böyük bilmək (allahu Əkbər), pak və münəzzəh bilməkdir (sübhanəllah). Ən üstün kəlimə “La ilahə illəllah” zikridir. (cild 20. Səh-311)


“Pis şeylərdən uzaqlaş!” ayəsində məqsəd nədir və hədəf kimdir? – Muddəsir (5)


... Cavab: ” Ayədə hər növ günah və Allaha üsyandan çəkinməyə əmr edilib.Təfsir alimlərin\' əsasən Peyğəmbər (s) künahdan məsumdur, insanlar üçün ülgüdür. Peyğəmbərlərdən (ə) günah və pis əməl baş verməz. Əslində müfəssirlər tərəfindən yekdilliklə bu xitabın möminlərə deyildiyi qəbul olunur. Necəki övlada oğurluq etmə deyirsən. Bu o demək deyil ki, uşaq oğurluq edir! Peyğəmbərin (s) məsumluğunun dəlili Quranda “Nəcm” surəsində zikr olunmuşdur: “O, kefi istəyəni danışmır. Bu, ancaq nazil olan bir vəhydir.” (Nəcm|3-4)” Qeyd edək ki, ayədəki “ricz” kəlməsi əzaba səbəb olacaq hər bir günah və üsyandır. Allah Təala ayədə bu cür xitab etməklə bütün insanlara hər növ günahdan çəkinməyi əmr edir.|Yaşar Nuriyev


“Biz səni müjdəçi və qorxudan göndərdik” – Peyğəmbər müjdə verəndir, qorxudan?


Quranda buyurulur: Ya Peyğəmbər! Həqiqətən, Biz səni (ümmətinə) bir şahid, bir müjdəçi və bir qorxudan kimi göndərdik! (Əhzab-45).
İlkin baxışda müjdə verənlə qorxudan kəlmələri arasında ziddiyyət görünsə də, həqiqətdə belə deyildir. Digər Quran ayələri, hədis və təfsirlərə müraciət etdikdə məsələnin mahiyyətini anlamaq olur. Müjdə verən xoş aqibət vəd edən mənasındadır. Bu istər dünyada olsun, istər axirətdə. Allah Təala yaxşı əməl sahiblərini və iman gətirənləri böyük mükafatla müjdələyir. Onlara dünyada izzət, axirətdə isə əbədi cənnət vəd edir. Qorxudan isə pis əməl sahiblərinə aiddir. Peyğəmbərlər necəki iman gətirənləri xoş aqibətlə müjdələyir, həmçinin şirk və günah əhlini də ilahi əzabla təhdid edib qorxudur.


Allahın rəhməti hər kəsə şamildir ayəsini necə anlayaq?


Cavab: Mətləbə aydınlıq gətirmək üçün Quranın özünə müraciət edək. Əraf surəsinin 156-cı ayəsində buyrulur:“(Allah) buyurdu: \'İstədiyimi əzabıma düçar edərəm. Mərhəmətim hər şeyi ehtiva etmişdi. Onu Allahdan qorxub pis əməllərdən çəkinənlərə, zəkat verənlərə, ayələrimizə iman gətirənlərə yazacağam!”Şeyx Təbərisi “Məcməul-bəyan” təfsirində yazır: “\'İstədiyimi əzabıma düçar edərəm” ayəsində məqsəd Allaha üsyan edənlər və bu ilahi əzaba layiq olanlardır. Bu da onların öz məşiyyət və iradəsi ilə olur. Çünki Allah Təala ayədə bu üsyanı onların öz iradəsinə bağlayıb. Ağıl da (Qurana əsasən) onlar üçün bağışlanılmağın mümkünlüyünü qəbul edir...


Qurani-Kərim barədə bir neçə sual: Quranın ən əzəmətli ayəsi hansıdır?...


Qurani-Kərim barədə bir neçə sual: Quranın ən əzəmətli ayəsi hansıdır?...Sual: Quranın neçə surəsi var və ayələrinin sayına görə ən böyük və ən kiçik surələr hansıdır?
Cavab: Quranın 114 surəsi var və ayələrinin sayına görə ən kiçik surə “Bismillah”-ı ilə dörd ayəsi olan “Kovsər” surəsi, ən böyük surə isə 286 ayədən ibarət olan “Bəqərə” surəsidir.
Sual: Peyğəmbərə nazil olan birinci və axırıncı ayə hansıdır? Cavab: Birinci nazil olan ayə “Ələq” surəsinin ilk ayəsi, axırıncı nazil olan ayə isə “Maidə” surəsinin 3-cü ayəsidir.
Sual: Quranın ən əzəmətli ayəsi hansıdır? Cavab: Quranın ən əzəmətli ayəsi “Bismillahir-rəhmanir-rəhim”dir.
Sual: Quranın ən ali ayəsi hansıdır? Cavab: Quranın ən ali ayəsi “Ayətəl-Kürsi”dir...


Namaz qılan hansı əməl sahiblərinə Allah-Taala (c.c) namazlarının qəbul olmamasına xəbərdarlıq edir?


Namaz qılan hansı əməl sahiblərinə Allah-Taala (c.c) namazlarının qəbul olmamasına xəbərdarlıq edir?Çoxlarımız “Maun” surəsini oxumuşuq və bu surənin 4-cü ayəsində oxuyuruq: “Vay halına o namaz qılanların ki, Onlar öz namazlarından qafildirlər və ona etinasızdırlar”. (“Maun” 4-5). Bu ayədən göründüyü kimi hər bir namazın dəyəri yoxdur. Hər bir namaz dinin sütunu deyildir. Bəs bu hansı namazlardır?
1. Qiyamətə qarşı diqqətsiz olmaq. “(Ya Peyğəmbər!) Allahın dinini və cəza gününü yalan hesab edəni gördünmü?”. (“Maun” 1).
2. Yetimlərə qarşı laqeyd olmaq. “Bəli, o, həmin o kəsdir ki, yetimi hiddətlə qovar. Və yoxsulları yedirtməyə rəğbətləndirməz”. (“Maun” 2)
3. Namazı yüngül hesab etmək. “Onlar öz namazlarından qafildirlər və ona etinasızdırlar”. (“Maun” 5).
4. Simiclik. Bu insanlar zəkatı, yardımı, infaqı, sədəqəni əsirgəyərlər. O namazqılan ki, insanlara xidmət etməkdən qafil olar, onalara infaqdan da qafil olar və simiclik edər.


Mütəal Allah Quranda kimlərə və nəyə görə and içir?


Mütəal Allah Quranda kimlərə və nəyə görə and içir?Allah Təalanın Quranda and içməsinə gəlincə isə təfsir alimləri aydınlıq gətirərək, bunu bir neçə mətləblə əlaqələndirmişlər:
1)Quran and içməklə, and içdiyi şeyin mətləbinin əhəmiyyətinə təkid etmiş olur. (Təfsiri-mizan. Əllamə Təbatəbai)
2) Quran bir şeyə and içməklə, o şeyin əzəmət və şərafətini xatırlatmağa çalışır. (Təfsiri-mizan. Əllamə Təbatəbai)
3)Ola bilsin ki, and içilən bir şeydə başqa bir mətləb üçün dəlil və sübut vardır. (Təfsiri-mizan. Əllamə Təbatəbai)
4)Quranın and içməsində iki mühüm fayda vardır: Biri and içilən mətləb üzərində təkid, ikincisi and içilən şeyin əzəmət və əhəmiyyətinə işarə etmək, yada salmaqdır. Bəzi mətləblər vardır ki, Allah Təala onu təkidlə yad edib. Hətta bir surədə (Şəms) 11 dəfə and içilib. (Təfsir-nümunə)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter