İnsan «tələskənlİkdən» yaradılıb?


Cavab: «Ənbiya» surəsinin 37-ci ayəsində buyurulur: «İnsan tələskənlikdən yaradılıb». Bu ayənin «insan tələskən yaradılıb» kimi tərcümə edilməsi doğru deyildir. Ayə ərəbcə belə ifadə olunur: «xuliqəl-insanu min əcəlin»....


Müxalİflərlə necə rəftar etməlİ?


Cavab: İnsanları doğru yola dəvət edib günahdan çəkindirmək, hər bir müsəlman üçün vacib olan dini vəzifələrdəndir. Cəmiyyətdə müəyyən mövqe seçmiş insanlar, təbii olaraq müxaliflərlə üzləşir. Bu müxaliflər sülhsevər və təcavüzkar olmaqla, iki qrupa bölünürlər. Birinci qrup müxalifətlə məntiq və əxlaqla rəftar etmək olduqca təsirlidir....


İnsana həqİqətİ anlamaqda mane olan nədİr?


Cavab: Həqiqət nə qədər aşkar görünsə də, onu kor gözlə görmək mümkün deyil. Həqiqəti tanımaq üçün onun aşkar görünməsi nə qədər zəruridirsə, görən gözə də bir o qədər ehtiyac vardır. Axı kor, günəşin işığını necə görə bilər?!


«Zikr əhli» kimdir?


Cavab: «Nəhl» surəsində «bilmədiyinizi zikr əhlindən soruşun» buyurduğunda, kimə müraciət olunması nəzərdə tutulur?
İmam Əli ibn Musa ər-Riza (ə) buyurur: «Zikr əhli bizik və bizdən də soruşmalısınız». İmam Baqir (ə): «Zikr Quran, zikr əhli isə, Peyğəmbərin (s) Əhli-beytidir. Onlardan da soruşmaq lazımdır»...


Cİnlər nə üçün gözə görünmür?


Cavab: «Cin», insanın hiss üzvlərinin duymadığı varlıq mənasını verir. «Məcnun» da «cin» kəlməsindəndir və «ağıl qüvvəsi fəaliyyətsiz olan insan»a deyilir. Ana bətnindən bürünmüş uşaq «cənin», torpağı ağaclarla örtülmüş bağ «cənnət» adlanır...


«Allahın günləri» hansı günlərdir?


Cavab: Qurani-kərimi nəzərdən keçirərkən, belə bir ayə ilə rastlaşırıq: «Biz Musaya «tayfanı zülmətdən nura çıxar və Allahın günlərini xatırlat, bunda səbir və şükr edənlər üçün ibrətlər var» deyib, onu möcüzələrimizlə göndərdik».(«İbrahim» surəsi, ayə 5.)
«Əyyamullah» kəlməsindən tərcümə olunmuş «Allahın günləri» hansı günlərdir?...


Haqqı nahaqdan necə fərqləndİrmək olar?


Cavab: Haqq və nahaqı tanımaq bəzən o qədər çətin olur ki, bu iki anlamın əlamətlərini bilməyə ehtiyac yaranır. Ayədə oxuyuruq: «...Sel, üstünə çıxan bir köpüyü alıb apardı. Bəzək şeyləri və ya qab-qacaq düzəltmək məqsədi ilə insanların od üzərində qızdırıb əritdiklərinin üstündə də buna bənzər bir köpük vardır. Allah haqq ilə batili ayırd etmək üçün belə misallar çəkir. Köpük heç bir şey olmadığı üçün uçub gedər. İnsanlara fayda verən bir şey isə, yer üzündə qalar».(«Rəd» surəsi, ayə 17.)...


Cəmiyyətdəki ictimai-siyasi dəyişikliklərin səbəbkarı kimdir? İnsan, yoxsa Allah?


Cavab: Allah-təala buyurur: «Hər hansı bir tayfa öz vəziyyətini dəyişməsə, Allah da onun vəziyyətini dəyişməz».(«Rəd» surəsi, ayə 11.)
Ayədən göründüyü kimi, bütün millətlərin talehi, onların öz əllərindədir. Onların xoşbəxtlik və bədbəxtliklərinin ilkin səbəbkarı özləridir. Öz xoşbəxtliyi üçün çalışmayan millətin Allah-təaladan nə isə gözləməsi, əbəsdir...


Allahın kölgəsİndə olmaq nə deməkdİr?


Cavab: Sözsüz ki, «Allahın kölgəsi» ifadəsi məcazi məna daşıyır. İnsan çətinliklər, gözlənilməz üzücü hadisələr zamanı, yalnız Allaha sığınmalı və ondan yardım diləməlidir. Allahın lütfü olmadan hər hansı çətinlikdən qurtulmuş qeyri-mümkündür. Allah-təalanın lütfünə bu sayaq dərin bağlılıq, insanı əbədi səadətə çatdırır. Dünya həyatı boyu Allahın lütfündən faydalanan insan haqqında məcazi olaraq, «bu şəxs Allahın kölgəsidir», deyirlər...


Səadət nədİr?


Cavab: Səadət və xoşbəxtlik dedikdə, yalnız dünya həyatını nəzərdə tutan insanların dini etiqadları, heç şübhəsiz ki, nöqsanlıdır. Əgər bir insana «ya əzablı həyat və xoşbəxt axirət, ya da xoşbəxt həyat və əzablı axirət» seçimi verildikdə ikincini seçirsə, onun axirət inancı həqiqi deyildir. Əbədi axirətə inanan insan, əbədi əzabı necə qəbul edə bilər?!...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter