İblis İnsanı məcbur edİr, yoxsa dəvət?


Xristian və yəhudi kitabları iddia edir ki, şeytan mələk cinsindən olmuşdur. Quran isə bu fikri inkar edir və buyurur: “Cinlərdən (cin tayfasından) olan İblisdən başqa onlar hamılıqla səcdə etdilər”. (“Kəhf” 50).

Həzrət Adəmin (ə) yaradılışından əvvəl İblisin mələklərin arasında olmasının səbəbi bu idi ki, o, mələklərin cərgəsində idi, cinlərin deyil. Qurani-Kərim İblisin atəşdən xəlq olduğunu vurğulayır. Cinlər də atəşdən xəlq ediliblər. “Və cini (yaxud cinlərin əcdadını) odun ağ, qırmızı, qara şöləsindən yaratdı”. (“Rəhman” 15).

Eyni zamanda Quran buyurur ki, cinlər də insanlar kimi doğulur və ölürlər. Ancaq mələklərdə belə deyildir. Şeytan Quranın da buyurduğu kimi, insana batindən hakim olur. Şeytanın insana nüfuz etdiyi qüvvələrdən biri də şəhvət qüvvəsidir. Belə ki, hədislərdə oxuyuruq ki, insan qəlbini iki qulağı vardır ki, sağ qulağından mələk gəlib xeyir işə ilham edər. Sol qulağından isə şeytan gəlib şər işə ilham edər.

İnsanın havayi-nəfsi və şeytanı istəkləri ancaq dəvət halındadır, bundan artıq deyildir. Yəni, şeytanın yolu həmin nəfsani istəklərdir. Havayi-nəfs heç bir zaman insanı bir işə məcbur etməz, onu ancaq qdəvət edər. Çünki insan özünü həmişə iki müxtəlif meylin qarşısında görər. Onlardan ancaq birini seçər. Ona görə də şeytanın ordusu həmin daxili nəfsani istəklərdir. Quran buyurur: “Şübhəsiz, o və onun qəbiləsi sizi sizin onları görə bilmədiyiniz yerdən görürlər”. (“Əraf” 27).

Quran nəfsdən danışan zaman şeytanın onu bəzədiyini buyurur: “Şeytan etdiklərini (günahları) bəzəyərək onlara gözəl göstərdi”. (“Ənam” 43).

Qurani-Kərim açıq şəkildə buyurur: “Onun hökmranlığı (və əmri) ancaq onu dost və başçı tutan kəslər və Allaha şərik qoşanlar üzərində (keçərli)dir”. (“ Nəhl” 100). Yəni o kəslər ki, öz iradələri ilə şeytanı öz həyatlarına buraxıblar, onların batinində şeytan üçün yer ayrılmışdır. Əks halda şeytan onların həyatına daxil ola bilməz.

Ancaq şeytanpərəstlərin pərəstiş etdiyi şeytana gəldikdə isə onların nəzərinə görə o, mələkdir və qeyri-adi qüdrətə malik işlər görə bilir. Bütün bunlar təhrif edilmiş dini kitabların uydurmasından başqa bir şey deyildir.

(Tebyan/ Deyerler.org)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter