Allaha ən üstün ibadət etmək, hansı amildən keçir?!


Bir nəfər İmam Baqirin (ə) xidmətinə gəlir və deyir: “Mən ibadətdə çox da səy göstərmirəm. Müstəhəb namaz və oruc əhlindən deyiləm. Ancaq vacibatlarla kifayətlənirəm. Haram tikədən əl çəkmişəm”. İmam (ə) ona buyurur: “Hansı səy qarın və şəhvət iffətini qorumaqdan daha üstündür”.
Ona görə də deyə bilərik ki, qarını haram tikədən qorumaq və haram qazanca yol verməmək böyük əhəmiyyətə malik olan əməllərdəndir. Ona görədir ki, İmam Baqir (ə) buyurur: “Ən üstün ibadət – qarın və şəhvəti haramdan qorumaqdır”. Həzrət Baqir (ə) başqa yerdə buyurur: “Allah, qarın və şəhvəti haramdan qorumaq kimi üstün ibadətlə ibadət olunmamışdır”.


İnsanın varlığının kamalı harada gizlənmişdir?


İnsanın Allaha yaxınlaşmaq hədəfi – xilqətin ən ali hədəfidir. Hədəf – insanın qürb məqamına çatmasıdır. Məqsəd – məkan baxımından deyildir, çünki Allahın məkanı yoxdur. Məqsəd – Allahın bizə yaxın olması da deyildir, çünki Allah həmişə bəndələrinəyaxındır. Əsil hədəf – bizim Allaha yaxın olmağımızdır.
O zamana qədər ki, insan Allaha yaxınlaşmaq istəməz – qürb məqamını əldə etmək mümkünsüzdür. İlk olaraq insan gərək bu hədəfə doğru can atsın və məqsədini tanısın.
Onun da yolu məkarim əxlaq, fəzilətlər libasına bürünməklədir. Bəndəlik, itaət, ixlas və təqva – bizi İlahi qürb məqamına çatdıran amillərdir.
Bundan başqa, İlahi övliyalara yaxın olmaq – insanı Allaha bir addım daha yaxın edər. Çünki onlar Siratın vasitələri, hidayət məşəlidirlər. Hər kim onlara yaxın olar – Allaha yaxın olar...


Möminlər əməllərinin qarşılığında nəyi arzulasalar az qarşılıq olar?!


Maddi imkanlar onların əməllərinin mükafatı olmağa layiq deyil Dünya rifahının keçici olması
\"Qoy kafirlərin diyarbədiyar gəzib dolaşması səni aldatmasın! Bu, az bir mənfəətdir. Sonra isə onların yeri Cəhənnəmdir. Ora nə pis yataqdır!\" (Ali-İmran, 196-197).
İzah: Kafirlərin dünyada daha çox rifah içində yaşamasında diqqət olunası mühüm bir məqam budur ki, Quran əsas etibarilə dünya həzlərini çox aşağı və dəyərsiz hesab edir. Belə ki, möminlərə layiq bilmir və böyük axirət nemətləri ilə müqayisə olunmamasını bildirir...
Hədis: İmam Səccad (ə): “Ey Allahın bəndələri! Bilin ki, Allah, övliyaları üçün keçici dünya zinətini sevmir.” (Kafi, c. 8, səh. 29).


Bəndəlik hissini dərk etmək üçün nə etmək lazımdır?!


Günümüz – səhəri axşam və axşamı səhər etməkdən ibarətdir. Səhərdən axşama qədər iş görürük, dərs oxuyuruq, ruzi qazanmaqla məşğul oluruq... Axşamdan səhərə qədər də yatırıq ki, səhərki işləri görmək üçün gücümüz və taqətimiz olsun. Bu,bizim həyat tərzimizdir. Kitab oxuyuruq, dostlarımızla danışırıq, internetdə axtarışlar edirik, telefonun düymələri ilə oynayırıq... Fəqət bunlar. Bəs başqalarına yardım etmək, dua və münacat, bəs Allahı yada salmaq və Onu zikr etmək necə? Biz adətən o işlərlə məşğul oluruq ki, dünya ilə bağlı olar. Yaxşı, gündüzü belə keçirtdik, bəs axşam? Heç olmasa axşamı ki, yatağa uzanırıq, bir qədər təfəkkür üçün vaxt ayıraq. Özümüz, Allahımız, əməllərimiz, bəndəliyimiz barəsində düşünək. Hər kim bu qızıl saatlardan bəhrələnərsə, qalib olar. Mən demirəm ki, mütləq gecəni gedib məsciddə ibadətlə məşğul olaq. Xeyr.


Hansı zikri 100 dəfə demək çətinliyi həll, çatışmazlığı doldurar?!


Böyük ustad ayətullah Behcət buyurur: “Nə zaman çatışmazlığın oldu, hövsələn daraldı, giriftar oldun, pulun olmadı – təsbehi götür və 100 dəfə de: “Əstəğfirullahə Rabbi və ətubu iləyh”. İstiğfar ancaq tövbə və günahların bağışlanması üçün deyildir”. İstiğfar zikrinin faydaları çoxdur və bu böyük alimin buyurduğu kimi, ancaq tövbə etmək niyyətilə yerinə yetirilməz. İstiğfar zikrinin bərəkətləri:
1. Sərvəti, qüdrəti və İlahi nemətləri artırar. «Və ey mənim qövmüm, Rəbbinizdən bağışlanmaq diləyin, sonra Ona tərəf qayıdın (tövbə edin) ki, sizə bollu bulud və yağış göndərsin, sizin (cismani və maddi) gücünüzə bir güc də artırsın və (Ondan) günahkar kimi üz çevirməyin». (“Hud” 52).


Yaşadığımız evləri necə nurani edə bilərik?


Hədislərin birində oxuyuruq: “Evlərinizi qəbirlər kimi qərar verməyin. Çünki qəbir – torpaq kimidir ki, səhrada buraxılmışdır”.
Bəs evlərimizi necə nurlandıra bilərik? Hədislərimiz buyurur ki, evlərinizi, yaşadığınız məkanları Quran tilavəti və “Kisa” hədisi oxuyaraq, mərsiyə məclisləri təşkil edərək nurlandırın. Alimlərin bir çoxu bəzi məkanlara daxil olan zaman deyərlər ki, bu məkanlar qaranlıq və zülmətlidir. Ona görə də tövsiyə edərlər ki, həmin yerlərdə çoxlu Quran tilavət olunsun, “Kisa” hədisi oxunsun. Əgər “Kisa” hədisinə nəzər salsaq, görərik ki, bu hədisin faydalarından biri – bərəkəti, rəhmət və nuraniliyi nazil etməkdir. (Rəzəvi)


Quran ayələrinə əsasən Ailə başçısının ailəsi qarşısında mənəvi məsuliyyətləri hansılardır?!


Qurani-Kərimdə və hədislərdə buyurulmuş ailə başçısının ailəsi qarşısında olan bəzi ruhi-mənəvi məsuliyyətlərinə diqqət edək:
“Ey iman gətirənlər, özünüzü və ailənizi yanacağı insanlardan və daşlardan ibarət olan oddan qoruyun”. (“Təhrim” 6).
“Və (əvvəlcə) yaxın qohumlarını qorxut və xəbərdarlıq et”. (“Şüəra” 214).
“Və öz ailənə namazı əmr et və özün (də) var gücünlə ona (riayət etməyə) səbir et”. (“Taha” 132).
“Deyərlər: «Həqiqətən biz öncə (dünyada) ailəmizin içində (olarkən işin sonundan) qorxurduq». (“Tur” 26).


İnsana verilən nemətləri dilə gətirmək lazımdırmı?


Allah Təala insana çox sayda nemət vermişdir. Bu nemətlərin bəzisi davamlı, bəzisi isə bir müddətdən sonra əldən gedəndir. Ariflərimiz nemətlə bağlı üç mühüm nöqtəni vurğulamışdılar ki, onları bilmək bizim üçün də çox faydalıdır.
1. Nemət – qürb əlamət deyildir. Necə ki, bəla Allahdan uzaqlaşmaq deyildir. Nemət daha çox Allahın bəndələrinə verdiyi imtahan vasitələridir. Bəzən bəla da belə, nemət hesab olunur. İmam Sadiq (ə) buyurur: “Allah Təala bəndəsini sevən zaman onu bəlaya qərq edər”. Həzrət Peyğəmbər (s) buyurur: “Müsibətlər – Allahın bəxşişləridir”.
2. İlahi nemətləri dilə gətirmək nəinki bəyənilməz deyil, hətta əksinə - vacibdir. Hər kim neməti dilinə gətirər, onun şükrünü də yerinə yetirər... (“Zuha” 11).


Ər-arvad arasında ixtilafın həlli yolu üçün Qurani Kərim hansı məsləhəti edir?!


Quranın ailə ixtilaflarının həlli üçün irəli sürdüyü təklif cəmiyyətdə hüquqi və psixoloji təkliflərdən olduqca yaxşıdır.
\"Əgər ər-arvad arasında ixtilaf olacağından qorxsanız, onda kişinin ailəsindən bir hakim və qadının ailəsindən bir hakim göndərin. Əgər bunlar islah etmək istəsələr, Allah da onları barışdırar. Həqiqətən, Allah Biləndir, (hər şeydən) Xəbərdardır.\" (Nisa, 35).
İzah: Bu ayənin müraciəti yalnız ər-arvada yox, həm də ailə böyüklərinə və şəriət hakimlərinədir. Onlara tövsiyə edir ki, əgər ər-arvad arasında ixtilaf şiddətlənərsə, vasitəçilik etsinlər və hər birinin tərəfindən bir nümayəndə seçsinlər. Müzakirə və danışıqla aramlıq yaratmağa və problemin həllinə çalışsınlar...


Mələklər günahların çirkinliyindən paklanmaq üçün hansı əmələ sığınmağı tapşırırlar?!


Məşhur hədislərin birində deyilir ki, namaz vaxtı çatdıqda xüsusi mələklər möminlərə (hətta yatmış olsalar belə) namazı xatırladıb deyir:
“Ayağa qalxın, çiyninizdə ağır yük olan və öz zərərinizə yandırdığınız günah atəşini namazın suyu ilə söndürün!”
Bu kimi rəvayətlərdən belə anlaşılır ki, atəşin üstünə tökülən su onu södürdüyü kimi namaz da insanı pak etməklə yanaşı günahları ondan uzaqlaşdırır.
Bu şərif ayə də həmin nöqtəyə işarədir: “Günün iki vaxtı və gecənin əvvəlində namaz qıl. Həqiqətən, yaxşılıqlar pislikləri aradan aparır...”


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter