Kasıbların haqqı olan zəkatı ödəməməyin ibadətlərə ne belə təsiri vardır?!


İmam Rza (ə) buyurur: “Allah namazla zəkatı bir yerdə əmr etmişdir. Ona görə də o kəs ki, namaz qılar və zəkatını verməz, namazı qəbul olmayacaqdır”.
İmam Əli (ə) buyurur: “Həqiqətən, zəkatı (vermək) Allah qəzəbinin (atəşini) söndürər”. İmam Baqir (ə) buyurur: “Allah zəkatı namazla birlikdə vacib etmişdir”.
İmam Sadiq (ə) buyurur: “Zəkat sizə vacib olmuşdur, necə ki, namaz sizə vacib olmuşdur. Ona görə də malınızın zəkatını verin ki, namazınız qəbul olunsun”.
Həzrət Peyğəmbər (s) buyurur: “Bu insanlar içərisindən on dəstəsi Allaha küfr etmişdir... (Onlardan biri o) kəsdir ki, zəkatı ödəməyə mane olar”...


Günah əməl insanın daxilində necə formalaşır?


İnsan varlığı iki məcundan xəlq edilmişdir ki, bir məcunu – İlahi fitrət, o birisi isə heyvani hisslərdir. İnsan İlahi fitrətinə görə Allahı tanıyan, Allahı axtaran, ədalət istəyən, din istəyən varlıqdır. Ancaq heyvani təbiətinə görə şəhvətpərəst, təkəbbürlü, qəzəbli, paxıl, tamahkar, qorxaq və bu kimi xislətlərə aid bir məxluqdur. Biz gərək nəzərə alaq ki, varlığımızda bu iki sifət vardır. Lakin bunu da yaddan çıxartmamalıyıq ki, Allah bizi ixtiyar sahibi yaratmışdır. Əməl meydanına gəldikdə, əgər İlahi fitrətə meyil etsək – Allaha yaxın olarıq. Əgər heyvani təbiətimiz fitrətimizə qalib gələrsə, o zaman heyvanların səviyyəsindən də aşağı düşərik. Yəni, həqiqi insan olmağımız – öz seçimimizdən asılıdır. Hər iki sifəti balansda saxlamaq – bizim əsil vəzifəmizdir. \"Və ona (ağıl vermək və peyğəmbər göndərməklə) iki yolu (maddi və mənəvi cəhətdən xeyir və şər yolunu)göstərmədikmi?!”. (“Bələd” 10)...


İMAN NƏ VAXT NİCATVERİCİDİR?


İnsan son nəfəsədək imanını qoruya bilsə nicatverici qüvvəyə malik olan iman onu xilas edə bilər!
Maraqlıdır ki, iman necə əldə olunur? Bəziləri belə hesab edirlər ki, iman yalnız inanmaqdan ibarətdir. Guya Allaha inanan insan bütün günahlara batsa belə, behiştə gedəsidir. Bu fikirdə olanlar Mürciə adı ilə məşhurdur. Xəvaric adlanan digər bir qrup isə bu fikirdədir ki, böyük günaha yol verən mömin kafir olur. Əli (ə) məşhur həkəmiyyət məsələsini qəbul etdiyi üçün xəvaric o Həzrəti (ə) və onun tərəfdarlarının qətli barədə hökm çıxarmışdılar. Amma Əhli-beyt İmamlarının nəzərincə bu baxışların heç biri düzgün deyil. Yəni insan nə təkcə qəlbindəki imanla behiştə gedə bilər, nə də bir böyük günaha yol verməklə imandan xaric olar. Bəli, ömrünün son nəfəsinədək imanını qorumuş şəxs qiyamət səhnəsində günahlarının cəzasını aldıqdan sonra şəfaətə nail olarsa behiştə gedə bilər...


Duanın yerinə yetməsi üçün İmam Zaman ağa (ə.f) hansı mübarək tövsiyə etmişdir?!


İmam Zaman ağa (ə.f) buyurur: “Hər kimin Allah Təaladan istəyi və hacəti olarsa, cümə günü gecə yarısı qüsl alsın və Allaha münacat etmək üçün namaz yerində qərar tutsun”. Hədisin şərhi.
Əbu Abdullah Hüseyn ibni Muhəmməd Bəzrufi deyir: “İmam Zaman ağa (ə.f) bir məktub yazır ki, orada deyilirdi: “Hər kimin Allahdan hacəti olarsa, gərək cümə gecəsi, gecə yarısından sonra qüsl alsın və namaz yerinə gəlsin. İki rükət namaz qılsın və o zaman ki, “iyyəkə nəbudu və iyyəkə nəstəin”ə çatır, onu 100 dəfə təkrar etsin. Sonra “Həmdi” tamamlasın və bir dəfə “Tövhid” surəsini oxusun. Sonra rüku və səcdə yerinə yetirsin və hər birində yeddi dəfə təkbir desin...


Vacib namazların naqisliklərini hansı əməllə aradan aparmaq olar?!


İslam dini kamil din olaraq, insanı kamala çatdırmaq üçün nazil olmuşdur. Ona görə də insana kamala çatmağın yollarını göstərir və bu yolda tövsiyələr verir. İnsanın kamala çatması üçün tərbiyə olması və islah olması mühümdür. İnsan tərbiyəsində təsirli yollardan biri isə müstəhəblərə əməl edib, məkruhlardan qaçmaqdır. Hər kim müstəhəb əməlləri davamlı olaraq yerinə yetirərsə, onun üçün 3 təsiri olar:
1. İnsanın günahlarını məhv edər. Necə ki, Allah Təala buyurur: “Və namazı günün iki tərəfində və gecənin gündüzə yaxın əvvəllərində qıl ki, həqiqətən yaxşılıqlar günahları aradan aparır. Bu, yada salıb xatırlayanlar üçün bir öyüddür”. (“Hud” 114). Bu əlaqədə, biz namazların nafilələri, namazdan sonrakı təqibatların, zikrlərin, duaların əhəmiyyətini dark edə bilərik...


Allah-Taalanın (c.c) xüsusi bəndələrinin 5 xüsusiyyəti hansılardır?!


Və o kəslər ki, Allahla birgə başqa məbud çağırmır, Allahın möhtərəm və toxunulmaz etdiyi canı (qisas, şər’i cəza və sairə kimi) haqq (qətllər) istisna olmaqla öldürmür və zina etmirlər. Kim bunları etsə, (ağır) bir cəza ilə qarşılaşar”. (“Furqan” 63-68). Bu ayələrdə Allahın xüsusi bəndələrinin beş mühüm sifəti bəyan olunmuşdur.
1. Yer üzərində təkəbbürlə yeriməzlər. Allahın xüsusi bəndələri o kəslərdir ki, təkəbbürü özlərindən uzaqlaşdırmış və təvazökarlıq libasına bürünmüşdülər. Həzrət Peyğəmbər (s) buyurur: “(Allah) bəndəliyində ən üstün insanlar o kəslərdir ki, dahi olduqları halda, təvazökarlıq edərlər”.
2. Başqaları ilə yaxşı rəftar edərlər. Bu bəndələrin xüsusi olmasına səbəb olan amillərdən biri də odur ki, nadan insanlarla rastlaşan zaman, onlarla yaxşı rəftar edərlər.
3. Allahla rabitə qurmaq üçün xüsusi zamanları vardır. Bu insanlar gecə və gündüz ərzində müəyyən zamanı Allahla rabitə qurmaq üçün ayırarlar. Səcdəyə gedər, ibadətlə məşğul olarlar. Allahla raz-niyaz edərlər...


Hz İsa (ə) və İmam Əlinin (ə) baxışında Hansı günü bayram adlandırmaq olar?


Həzrət İsanın (ə) nəzərində bayram nə deməkdir? Həzrət İsanın (ə) Qurandakı hekayətləri əsasında demək olar ki, onun üçün bayram – səma lütfü və İlahi kəramətidir ki, süfrə şəklində yerə enmişdi. Bu süfrə Allahın əzəmətini bir daha nümayiş etdirmiş və orada olanları sevindirmişdir. “Məryəm oğlu İsa dedi: «İlahi, ey Rəbbimiz! Bizə göydən yeməklə dolu bir «maidə» (süfrə) nazil et ki, o bizim üçün – həm birincimiz, həm də sonuncumuz üçün bir bayram və Sənin tərəfindən bir nişanə və möcüzə olsun; və bizə ruzi ver ki, Sən ruzi verənlərin ən yaxşısısan»”. (“Maidə” 114).
Bəs Əhli-Beytin (ə) nəzərinə görə, həqiqi bayram hansı gündür? İmam Əli (ə) “Nəhcul-Bəlağə”də buyurur: “O günü ki, Allah Təalanın itaət nuru ilə aydınlandırarsan, böyük Allahın istəyini və göstərişini özünə hakim edərsənsə və o gündə Allah Təalanın günahı edilməzsə - o gün bayramdır”.


Əl-Muraqibat kitabı: Rəcəb ayında oruc tutmağın fəziləti haqda nə demək olar?!


Rəcəb ayının orucu haqqında heyrətləndirici savab: Rəcəb ayında oruc tutmaq haqqında çoxlu rəvayətlər gəlmişdir, Rəcəb ayının bir, iki, ya üç gününü oruc tutana, yaxud ayı bütünlüklə oruc tutana çoxlu və dəyərli savablar vədi verilmişdir. Ona görə də bütün səyini işə salmaq istəyən kəs bütün ayı oruc tutmalıdır ki, hər günün bütün savablarının səadətinə yetişsin. Rəcəb ayı isti aylara düşsə, onun əhvalı və vəziyyəti də oruc tutmaq üçün uyğun olmasa, yaxud səfərə çıxmaq kimi şəri üzrü olsa, ya onun orucu olmağının qonaq üçün çətin olan bir qonaqlıq, ya bunlardan qeyri məsələlər kimi işlər qarşıya çıxsa, Peyğəmbərdən (s) rəvayət olmuş orucu əvəz edəcək əməli yetirsin. Səduq “Səvabul-əmal” və “Əmali” kitablarında öz sənədi ilə nəql edir ki, Peyğəmbər (s) buyurdu: “Hər kim Rəcəb ayının otuz gününü oruc tutsa, səmadan bir carçı belə səslənər: “Ey Allahın bəndəsi! Keçmiş günahların bağışlandı, ömrünün qalan hissəsində əməllərini təzədən başla...


Üstünlük nədədir? Qədimlikdə, məhəbbətdə, yoxsa...?


Qurani-Kərim buyurur: “(Axirətdə mükafat və cəzanın verilməsi) nə (sonuncu peyğəmbərin ümməti olduğunuza görə)sizin arzunuzladır və nə də (ki, özlərini Allahın dostu və övladları hesab edən) kitab əhlinin arzusuyla. Kim pis bir iş görsə, cəzalandırılacaqdır və özü üçün Allahdan başqa bir dost və kömək edən tapmayacaqdır.
Kişi və ya qadınlardan mömin olaraq yaxşı işlərdən (bir şey) yerinə yetirən kəslər, cənnətə daxil olacaqlar və onlar hətta xurma çərdəyinin arxasındakı nöqtə qədər zülmə məruz qalmayacaq və haqlarından kəsilməyəcəkdir”. (“Nisa” 123-124).
Bu gün ancaq Əhli-Beytə (ə) olan məhəbbətlərinə ümid bəsləyənlərin sayı az deyildir. Onların şəfaəti niyyəti və arzusu ilə yaşayırlar. Ancaq bu yolda ən kiçik əməl belə, yerinə yetirmirlər. Əlbəttə, Əhli-Beyti (ə) sevmək – çox dəyərli bir əməldir. Ancaq əgər bu arzu əməllə birlikdə olmazsa, səmərə verməz.






Alimlərin ömürlərinin uzun olmasının sirri nədədir?


Bu gün tibbi elmi insan ömrünü uzada bilən bir çox amilləri araşdırmaqdadırlar. Adətən bu tədqiqatlar insan cismi ilə bağlı olur. Misal üçün deyirlər ki, vaxtında yatmaq və səhər tez durmaq, idman etmək, düzgün qidalanmaq və s. insan ömrünü uzada bilər. Ancaq bunu qeyd etməliyik ki, insan ömrünün uzanması üçün cismi amillərin olması kifayət deyildir. İnsan ruhunun da sağlam və hüzurlu olması mühüm şərtlərdəndir. O cümlədən həyatdan ləzzət almaq, düzgün ictimai rabitələrə malik olmaq, mütaliə, həyata ümid bəsləmək və bir çox bu kimi. Əgər din alimlərinin həyatına nəzər salsaq, görərik ki, bəzi yeməklərdən çəkinməkləri, daima mütaliə halında olmaqları, dünyaya ürək bağlamamaqları və s. – ömürlərinin uzun olmasına təsir edən amillərdəndir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter