Namazı nələr batİl edİr?
On iki şey namazı batil edir:
1. Namazın ortasında şərtlərdən birinin ödənmədiyi məlum olsa (məsələn, namazın yeri qəsb olunmuş yerdir);...
Nələrə səcdə etmək olmaz?
Yeddi şeyə səcdə etmək olmaz: 1. Yeməli şeylərə; 2. Geyməli şeylərə; 3. Mədəndən çıxan şeylərə (məsələn, qızıl, gümüş); 4. Təzə üzüm yarpağına; 5. Torpaqdan cücərən yeməli dərman bitkilərinə (məsələn, bənövşə, maldili); 6. Bəzi məntəqələrdə yeməli sayılan bitkilərə; 7. Kal meyvəyə.
Meyİt namazı hansı qaydada qılınır?
Meyit namazı qılmaq üçün dəstəmaz və qüsl şərt deyil. Bədən və libas pak olmaya da bilər. Meyit üçün namaz qılmaq istəyən şəxs üzü qibləyə dayanmalı və meyit onun qarşısında başı sağ, ayaqları sol tərəf istiqamətində uzadılmalıdır. Meyit namazında beş təkbir var...
Hansı hallarda dəstəmaz və qüsl əvəzİnə təyəmmüm etmək olar?
Yeddi halda dəstəmaz və qüsl əvəzinə təyəmmüm etmək olar:
1. Əgər dəstəmaz və ya qüsl üçün su əldə etmək mümkün deyilsə;...
Cünub şəxsə nələr haramdır?
Cünub şəxsə beş şey haramdır:
1. Bədənin Quran yazısına, eləcə də, Allah adına toxunması. Vacib ehtiyata əsasən, peyğəmbərlərin və İmamların da adına toxunmaq olmaz;....
Qüsl hansı qaydada alınır?
Qüsl iki növdür. Tərtibi qüsl və irtimasi qüsl. Tərtibi qüsldə qüsl vermək niyyəti ilə əvvəlcə baş və boyun, sonra bədənin sağ tərəfi, daha sonra sol tərəfi yuyulur. Bu ardıcıllıqla verilməyən qüsl batildir....
Hansı hallarda qüsl vermək vacİbdİr?
Yeddi halda qüsl vermək vacibdir: 1. İnsan cinsi yaxınlıq və ya məni xaric olması vasitəsi ilə cünub olduqda cənabət qüslü; 2. Qadınlar üçün heyz qüslü; 3. Qadınlar üçün nifas qüslü; 4. Qadınlar üçün istihazə qüslü; 5. Meyitə toxunma qüslü; 6. Meyit qüslü;. 7. Nəzir, and vasitəsi ilə vacib olan qüsl.
Dəstəmaz üzvlərİndə yara varsa nə etməlİ?
Əgər yaraya suyun zərəri yoxdursa, adi qaydada dəstəmaz alınır. Yox əgər suyun yaraya zərəri varsa yaranın ətrafı yuyulur və onun üzərinə pak bir parça qoyulur, tər əl ilə məsh çəkilir. Əgər yara məsh yerlərindədirsə, məsh yerinin üzərinə pak parça qoyulur və məsh çəkilir. Vacib ehtiyata əsasən təyəmmüm də edilir....
Dəstəmazı nələr batİl edİr?
Yeddi şey dəstəmazı batil edir: Sidik, nəcis, nəcis məxrəcindən xaric olan yel, həm gözün görməməyi, həm də qulağın eşitməməyi il müşayiət olunan yuxu, ağılı başdan alan şeylər, qadınlarda istihazə, cənabət kimi qüsl tələb edən işlər.