Hansı hallarda qüsl vermək vacİbdİr?
Cavab: Yeddi halda qüsl vermək vacibdir:
1. İnsan cinsi yaxınlıq və ya məni xaric olması vasitəsi ilə cünub olduqda cənabət qüslü;
2. Qadınlar üçün heyz qüslü;
3. Qadınlar üçün nifas qüslü;
4. Qadınlar üçün istihazə qüslü;
5. Meyitə toxunma qüslü;
6. Meyit qüslü;.
7. Nəzir, and vasitəsi ilə vacib olan qüsl.