Cünub şəxsə nələr haramdır?
Cavab: Cünub şəxsə beş şey haramdır:
1. Bədənin Quran yazısına, eləcə də, Allah adına toxunması. Vacib ehtiyata əsasən, peyğəmbərlərin və İmamların da adına toxunmaq olmaz;
2. Məscidül-hərama və peyğəmbər məscidinə daxil olmaq;
3. Məsciddə dayanmaq (yaddan çıxmış bir şey üçün məscidin bir qapısından daxil olub, o birindən çıxmaq olar). Vacib ehtiyata əsasən, İmamların barigahında da dayanmaq olmaz;
4. Məscidə bir şey qoymaq;
5. Vacib səcdəsi olan Quran surələrini oxumaq.