Namazı nələr batİl edİr?


Cavab: On iki şey namazı batil edir:
1. Namazın ortasında şərtlərdən birinin ödənmədiyi məlum olsa (məsələn, namazın yeri qəsb olunmuş yerdir);
2. Namazın gedişində bilərəkdən və ya bilməyərəkdən dəstəmazı və ya qüslü batil edən hal baş versə (məsələn, sidik xaric olsa);
3. Əllər üst-üstə qoyulsa;
4. Həmd oxunduqdan sonra «amin» deyilsə;
5. Bilərəkdən və ya diqqətsizlikdən qibləyə arxa çevirsə, qiblədən çıxmış sayılacaq qədər sağa və sola meyl edilsə;
6. Bilərəkdən namaza aid olmayan mənalı və ya mənasız söz deyilsə;
7. Bilərəkdən bərkdən gülmək;
8. Dünya işlərinə görə bilərəkdən bərkdən ağlamaq;
9. Namazın formasını pozan işlər (əl çalmaq);
10. Yemək-içmək (məs. ağızdakı tikə ya qalıqları udub qurtarmamış namaza başlamaq);
11. İki rəkətli və üç rəkətli namazlarda, eləcə də, dörd rəkətli namazların ilk iki rəkətində rəkətlərin sayında edilən şəkk;
12. Bilərəkdən və ya səhvən namazın rüknlərinin artırılıb-azaldılması.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter