Qüsl hansı qaydada alınır?


Cavab: Qüsl iki növdür. Tərtibi qüsl və irtimasi qüsl.
Tərtibi qüsldə qüsl vermək niyyəti ilə əvvəlcə baş və boyun, sonra bədənin sağ tərəfi, daha sonra sol tərəfi yuyulur. Bu ardıcıllıqla verilməyən qüsl batildir.
İrtimasi qüsl verən insan qüsl vermək niyyəti ilə tədricən suya batır. Bütün bədən suya batdıqdan sonra qüsl düzgün sayılır.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter