ƏDALƏTƏ RİAYƏT ETMƏK DEDİKDƏ NƏ NƏZƏRDƏ TUTULUR?


Quran bizə əmr edir ki, danışan zaman ədalətə riayət edək. “Ədalətli olun”.(“Ənam” 152). Bu ayəyə diqqət edəndə görmək olur ki, danışan zaman ədalətli olmaq lazımdır, nə ifrat etmək, nə də təfrit. Danışan zaman ədalətli olmaq o deməkdir ki, insan danışan zaman sözü yerində desin. Danışdığı söz həqiqət olsun və insanlardan eşitdiklərini təkrar etməsin. Əgər insan bir şeyi özü görübsə, düzdür. Ancaq ona danışsalar, gərək eşitdiklərinə inanmasın.
Əgər kimsə ədalətli danışmaq istəyirsə, gərək çox vaxtı sakit otursun. Çünki insan ədalətli danışmaq istəyirsə, gərək haqqı danışsın.

Əsassz böhtan
Ustad Hüseyn Ənsarian deyir: “Bir nəfər mənə demişdi: “Mən bir daha sizin söhbətlərinizə qulaq asmaq istəmirəm”. Bunun səbəbini soruşdum və mənə dedi: “Ona görə ki, mənə deyiblər sizin evinizdə güllə keçirtməyən iki maşın vardır”. Dedim: “Gəl, gedək bizim evə2. Onu evin içinə saldım və o, inandı ki, evin içində heç bir şey yoxdur. Dedim: “Allah bizə göz və qulaq vermişdir. Həm gör və həm də eşit. Bəlkə bu zaman ədalətli olasan””.
Hüseyn Ənsarian yenə deyir: “Bir şəhərdə minbərdə xütbə deyirdim. Bir nəfər yanımda əyləşmişdi. Məclis sahibi gəldi və dedi: Buranı təmir etmək istəyirəm. Təxminən 30-40 milyon pul yığmışıq və bu mövzunu da xütbə zamanı deyin. Dedim: “Deyərəm”. O, yanımda əyləşən kişiyə işarə edərək, dedi ki, ancaq bu insan istəsə həmin məbləği tək başına verə bilər və heç bir əziyyət də çəkməz. Məclis qurtarandan sonra gördüm ki, həmin yanımda əyləşən kişi qapının ağızndadır və getmək istəyir. Bir kiçik maşını var və məni də maşına dəvət etdi. Mən maşına mindim və soruşdu ki, sizi hara aparım? Mən də dedim ki, sizə. Çox təəcüb etdi. Xülasə, həmin gecəni həmin bəndənin evində keçirtdim və öyrəndim ki, bu kişi pensiyaya çıxmış bir işçidir və ailəsinin ümumi gəliri 95 mindən çox deyildir. Ona görə də eşitdiklərimizi gərək kənara qoyaq. İnsan gərək özü gözü ilə görsün və sonra danışsın. Təbiidir ki, ağıl ədaləti qəbul edər.

Ruzi qazanan zaman ədalətli olmaq
Ədalətə hər yerdə riayət olunmalıdır. Bu, Quranın əmridir. Tərəzi arxasında əyləşən hər bir ticarətçi gərək bu ayəni daima xatırlasın. “Ədalətli olun”. (“Ənam” 152). Ehtiyatlı olsun ki, tərəziyə ədalətlə baxsın. Əgər tərəzinin gözündə nəyisə dəyişərsə, bunun cəzasını çəkər. Həm bu dünyada və həm də axirətdə. Quran buyurur: “Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır. Allah iman gətirib yaxşı işlər görən kəslər üçün bağışlanma və böyük mükafat olacağını vəd etmişdir”. (“Maidə” 8-9). Bu ayədən də göründüyü kimi, Allah hətta düşmənlə belə ədalətli rəftar etməyi əmr edir. Ədalət mövzusu bu qədər əhəmiyyətlidir.
Başqa yerdə buyurur: “Şübhəsiz, Allah (fərdi, ailəvi və ictimai) ədaləti, yaxşılıq etməyi və qohumun (özününkülərin və Peyğəmbərin (s) məsum qohumlarının) haqlarını əda etməyi əmr edir və çox çirkin günahlardan, xoşagəlməz əməllərdən, zülm və həddi aşmaqdan çəkindirir. Sizə öyüd verir ki, bəlkə ibrət götürdünüz”. (“Nəhl” 90).
Bəli, bu ayədən də göründüyü kimi, Allah insanlara - ata-anaya, bacı-qardaşa, qohum-qardaşa, qonşulara yaxşılıq etməyi əmr edir. Hətta Allaha belə yaxşılıq etmək lazımdır. Yəni, Allaha düzgün şəkildə bəndəlik etmək lazımdır. Allah əmr edir ki, yoxsul qohumlarınızın əlindən tutun. Əgər çətinlikləri varsa, həll etməyə çalışın. Əgər bu qabiliyyətə malikdirlər və bunu etmirlərsə, bilsinlər ki, Allah da Qiyamət günü onlar üçün minə qədər çətinlik yaradar. Onlar da bu probelmləri həll edə bilməz.
Bəli, beləliklə bu nəticəyə gəlmək olar ki, müsəlman həm danışığında və həm də rəftarında ədalətli olmalıdır. Həyatının hər bir sahəsində ədalətə riayət etməlidir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter