Ən çox axirət faydası verən dostlar hansıdır?
Yaxşı dost insanı Allah bəndəliyinə dəvət edəndir. Həzrət Peyğəmbər (s) öz səhabələrinə buyurdu: “İmanın hansı qulpu daha möhkəmdir?”. Biri dedi namaz, biri dedi oruc, üçüncüsü dedi zəkat, dördüncüsü dedi həcc. Həzrət Rəsulullah (s) buyurdu: “Sizin dediklərinizin hamısı doğrudur. İmanın qulplarındandır. Lakin o möhkəm qulp - başqasıdır. Odur ki, insanlar bir-birini Haqqa xatir sevsinlər və Haqqa görə düşmən olsunlar”. Yəni insan Allaha xatir, zalımın zülmünə görə düşmən olsun. Tövhidinə, imanına və ədalətinə görə də dost olsun.
Bəs yaxşı dostun meyarı nədir? Yaxşı dostun xüsusiyyətləri: 1. İman. O kəs ki, imandan bəhrəsiz olar, dostluq etmək üçün şəxsiyyəti kifayət həddə olmaz. 2. Dini mövzulara hörmət etmək. 3. Düz danışmaq. Bütün şər qapılarının açarı yalandır. 4. İkitərəfli dostluq.
Namazdan sonra salavat deməyin nə belə faydaları var?
Zöhr namazından sonra 100 dəfə salavat göndərənin borcu olmaz, imanı qorunar, nemətdən sorğu edilməz:
İslam dinində duanın xüsusi əhəmiyyəti vardır. Bəzən insanlar duanın yardımı ilə hədəflərinə çatmaq istəyirlər, lakin bunu bilmək lazımdır ki, duanın bəzi şərtləri vardır. Bəzi dualar müəyyən zamanda və müəyyən miqdarda və sayda oxunmalıdır ki, həmin təsiri göstərə bilsin. (Tebyan)
İmam Sadiq (ə) buyurur: “Bilin ki, Allahın adları xəzinə kimidir, əgər ədədlərini bir qədər az və ya çox etsən, əvvəldə və ya axırda qoysan, xəzinəyə çata bilməzsən”. Həzrət Peyğəmbərə (s) salavat göndərməyin fəziləti böyükdür. Hətta Allah Təala Özü bu işi görür və buyurur: “Həqiqətən, Allah və Onun mələkləri daim Peyğəmbərə salam (salavat) göndərirlər (Allah ona Öz xüsusi rəhmətini bəxş edir və mələklər onu vəsf və təqdis edirlər). Ey iman gətirənlər, ona salam (salavat) göndərin və tamamilə (onun əmrinə) təslim olun”. (“Əhzab” 56). ...
İslam Peyğəmbərinin (s) hədisində kimlərin namazı qəbul olunmayacaq?
Allahın Rəsulu Həzrəti Muhəmməd Mustafa (ə) buyurur: Beş nəfərin namazı yox kimidir.
1-Əri narazı olan qadının namazı hesaba gəlməz.
2- İmam camaat ki, ona iqtida edənlər onun əməllərindən narazıdırlar.
3-O şəxs ki, dini qardaşı ilə əlaqəsini kəsibdir və üç gündən çox onunla danışmaya,
4-O şəxs ki, davamlı olaraq şərab içir. (eləcə də deyə bilərik böyük günahları edən şəxsin tövbə etməyə qədər ibadətləri qəbul olunmaz.
5-Mömin şəxsin qeybətini edən şəxsin namazı hesaba gəlməz, o zamana kimi ki, qeybəti olunan şəxs haqqını bağışlaya.
Namazda qiyamın müstəhəb əməlləri nələrdir?
Namazda Qiyamın bir sıra müstəhəb əməlləri:
1-Bədəni düz saxlamaq, 2-Çiyinləri sallamaq, 3-Əlləri ayaqların üstünə qoymaq, 4-Əl barmaqlarını bir-birinə bitişdirmək, 5-Səcdə məkanına baxmaq, 6-Bədənin ağırlığını iki ayağın üstünə bərabər şəkildə salmaq, 7-Xüzu və xuşu halında olmaq, 8-Ayaqların birini irəli, digərini geri qoymamaq.
(Xamenei ağanın fətvaları na əsasən)
Cammaat namazında iştirak etməyin fəlsəfələri nələrdir?
İslam dininin bütün müsəlmanlara tövsiyəsi budur: Xeyir və saleh əməllərin hamısı birlikdə yerinə yetirilsin. Necə ki, yaxşı işləri diriltmək və eləcə də pis işləri məhv etməkdə Quran müsəlmanlara birlikdə olunmasını tələb edir. Saleh əməllərdən biri də vacib namazları birlikdə qılmaqdır. Əgər bu əməlin faydalarını yaxşı tanısaq camaat namazında daha tez iştirak edərik. Məqaləmizdə camaat namazında iştirak etməyin fəlsəfələrini açıqlayacağıq.
Camaat namazının fəlsəfələri: 1-Hesaba gəlməyən savabı qazanmaq imkanı əldə etmək. 2-Birlik rəmz və nişanəsi. 3-Cəmiyyətin problem və vəziyyətindən xəbərdarlıq, 4-Dini qardaşların vəziyyətindən xəbərdarlıq. 5-Dini məsələlərdən məlumatlanmaq, 6-Yersiz rəftarların dəyişməsi,
Məscidə getməyin bərəkətləri məsumların hədislərində
Məscid ancaq vacib namazları yerinə yetirmək məkanı deyildir. İctimai və fərdi rabitələrdə mühüm rola malik olan bir müəssisədir. Məsumlarımız (ə) da bizə məhz namaz qılmaq üçün məscidə getməyi tövsiyə etmirlər. Sadəcə ora getməyi tövsiyə edirlər. (Tebyan) Rəvayətlərdə məscidə getməyin təsir və bərəkətləri:
A) İmam Həsən Muctəba (ə) məscidin 8 təsirindən buyurur: \"Hər kəs məscidə get-gəl edə, bu səkkiz fayda və bərəkətlərdən birini ələ gətirər: 1-Quranın aydın hidayət edən ayələrindən bəhrələnər, 2-yaxşı dost tapar, 3-Təzə biliyə sahib olar, 4-Gözlədiyi Allahın mərhəmətini qazanar, 5-Yolunu yaxşı tanımaqda yeni söz eşidər, 6-Azğınlıqlardan amanda qalar, 7-Məscid və həyasının artması səbəbindən günahı tərk etməyə güc tapar, 8-Allah qorxusundan günah və pis adətlərini tərk edər.
B) Məscidə getməyin bərəkətləri: Allahın Rəsulu (s) səhabələrinə xitab edərək buyurdu: \"1-Çətinlik gündə dəstəmaz almaq, 2-Məscidə çox get-gəl etmək, 3-Namazdan sonra camaat namazını gözləmək\" C) Məscid əhli Allahın ziyarətçisi hesab olunar: İmam Huseyin (ə) buyurur: Məscid əhli Allah ziyarətçəsi (məcazi mənasında) hesab olunarlar. Ev sahibinin öhdəsinədir ki, ziyarətçisinə hədiyyət versin. D) Məscid əhlinin şəfaətçiliyi: Peyğəmbər (s) buyurur: \"Allah Taala üç dəstəyə söz vermişdir ki, qiyamətdə hesab kitabsız cənnnətə daxil olsunlar, və hər biri də 8 min nəfəri şəfaət etsinlər. Rəvayətdə şəfaət edənlər: 1-Azan deyən şəxs, 2-məscid İmamı, 3-o kəs ki, dəstəmaz ala məscidə gedə və camaat namazı qıla\".
Adəm və Həvvanın neçə övladı var idi?
Həzrət Adəmin övladlarının sayı barəsində (tarixi hadisələrin çoxu kimi) qəti nəzər mövcud deyil, çünki tarixi mötəbər kitablarda, onların adları və sayları barəsində ixtilaflar nəzərə çarpır. Bu da, ola bilsin onların tarixi yazma zamanı ilə çoxlu fasilənin olmasına ua onların hamısının adlarının mühüm olmaması və ... görə ola bilər.
Qazi Nasirəddin Beyzavi nizamut- tarix kitabında həzrət Adəm və Həvvanın övladlarının sayı barəsində deyir: Həvva hər dəfə hamilə olanda bir oğlan və bir qız (əkiz) dünyaya gətirirdi. Hər doğuşdan olan qız o biri doğuşdan olana verilirdi. (Hər doğuşdan olan qız, digər doğuşdan olan oğlanla əqd edilirdi). O ardında yazır: O (Həvva) yüz iyirmi qarın övlad dünyaya gətiribdir. Qabil dördüncü qarnın oğludur. Habilin ölümündən beş il sonra; Adəmin bir qarında tək qız olmayan bir oğlu oldu, ona \"Şeys\" adı qoydu və buyurdu: O Habilin əvəzinə mənə verilib və mübarək bir oğlandır və Peyğəmbər olacaq.[1] Bu nəzərə əsasən, Adəm və Həvvanın 239 övladı olubdur. Təbəri öz tarixində bu şərhə üç nəzər veribdir: 1. Oğlanlı qızlı yüz iyirmi övlad. 2. Qırx oğlan və qız. 3. İyirmi beş oğlan və dörd qız.
İmam Əli (ə) əvvəlki xəlifələrin başqa ölkələrə qoşun yetirməsi qarşısında hansı mövqe seçmişdi?
Əbu Bəkr və Ömər bəzi müharibələrdə, o cümlədən İran və Roma müharibələrində, Beytül-müqəddəsin fəthində Əli (əleyhis-salam) ilə məşvərət edirdilər, lakin o həzrətin özü müharibədə iştirak etmirdi. Həzrət Əli (əleyhis-salam) belə hallarda öz nəzərini təkcə islamın və müsəlmanların məsləhəti əsasında deyil, üstəlik bütün bəşər cəmiyyətinin, xüsusilə müstəzəflərin və məzlumların mənafeyinə olan əsasda elan edirdi.
İranla aparılan müharibədə Əli (əleyhis-salam) bütün dünya əhalisinə, hətta qeyri-müsəlmanlara və kafirlərə belə, xeyirxah nəzərlə yanaşan və onlara ürək yandıran məsum İmam ünvanı ilə məşvərətçi nəzərlər verməklə elə bir iş gördü ki, bu müharibələr mümkün olan ən az təhlükə və ən aşağı miqyaslı tələfatla sona çatdı.
Diqqət yetirmək lazımdır ki, əgər o dövrdə Peyğəmbər (səlləllahu əleyhi və alih) sağ olsaydı, yaxud Əli (əleyhis-salam) Peyğəmbərdən sonra xilafətə çatsaydı, şübhəsiz, hadisələr tamamilə başqa şəkildə baş verərdi. Yəni xəlifələrin dövründə baş verən fəthlər İmam tərəfindən tam şəkildə və yüz faiz qəbul olunmurdu.
İnsanları bağışlamağın gətirdiyi 4 bərəkət nələrdir?
İnsanları bağışlamağın gətirdiyi 4 bərəkət:
Quran və hədislərdə ən çox əhəmiyyətə malik olan mövzulardan biri də başqalarını bağışlamaq və əfv etməkdir. Qurani-Kərim əfv etmək haqqında buyurur: “(Təqvalılar) həmin o kəslər(dirlər) ki, mallarını rifah və şadlıqda, mallarında və hallarında (maddi və mənəvi)yoxsulluqda xərcləyirlər, qəzəblərini udan və camaat(ın xətaların)dan keçənlərdirlər. Allah yaxşılıq edənləri sevir”. (“Ali-İmran” 134).
Əgər Allahın bizi bağışlamasını istəyiriksə, gərək biz də bağışlamağı bacaraq. “Yaxşı iş (gözəl əqidə, əməl və söz) ilə pis iş əsla bir deyil. (Buna görə də sənə yetişən pislikləri) ən gözəl üsulla dəf et. Onda səninlə arasında düşmənçilik olan şəxs birdən (elə dəyişər ki,) sanki yaxın dost və qohumdur”. (“Fussilət” 34).
1. Mənəvi və əxlaqi inkişafa səbəb olar. İmam Əli (ə) buyurur: “Nə zaman qüdrətin olsa, güzəşt et və əlin boş olan zaman bağışlayan, ehtiyacın olan zaman fədakar ol ki, fəzlin kamala çatsın”. 2. İşləri islah olar. “Bu (pisliyə yaxşılıqla cavab vermək xisləti), yalnız səibr edənlərə təlqin və əta edilər və ancaq (insanlıq kamalında) böyük payı olana verilər”. (“Fussilət” 35). 3. Təqva artar. Allah Təala Quranda buyurur: “Sizin güzəşt etməyiniz (yəni mehriyyənin hamısını verməyiniz) təqvaya daha yaxındır. Öz aranızda ehsan və bəxşiş etməyi unutmayın ki, həqiqətən Allah etdiklərinizi görəndir”. (“Bəqərə” 237). 4. İlahi rəhmət. Biz bu fani dünyada və cavidan axirətdə Allahın rəhmətinə həmişə möhtacıq. ...
Son peyğəmbərlik - oyanışın başlanğıcı nə deməkdir?
Ayətullah Xamenei həzrətlərinin bağışında Son peyğəmbərlik - oyanışın başlanğıcı deməkdir. Məşhur hədisə əsasən, o həzrət buyurub: \"Mən gözəl əxlaqı tamamlamaq üçün göndərildim\". Peyğəmbər (s) əxlaqi gözəlliklərin və mənəvi dəyərlərin ümumiləşməsi, kamala çatması üçün göndərildi. Bir şəxsin özü ən yüksək əxlaqi səciyyələrə malik olmasa, Allah-Taala ona bu böyük və mühüm tapşırığı verməz.
Son peyğəmbər (s) belə bir şəxsiyyət idi: Allahın bu bənzərsiz məxluqu, ilahi vəhyin nazil olmasından öncə belə kamillik mərhələsinə çatmış bu kamil insan peyğəmbərliyinin ilk anından mürəkkəb, hərətərfli və çətin bir cihada başladı və iyirmi üç ildə bu cihadı davam etdirdi; öz daxilində cihadı, həqiqət haqda heç bir dərki olmayan xalqla cihadı və mütləq zülmətə qərq olmuş cəmiyyətlə cihadı. İmam Əli (ə) buyurur: Fitnələr hər tərəfdən xalqı sıxırdı, dünyagirlik, şəhvətpərəstlik, zülm, təcavüz, insanların daxilində əxlaqi qəbahətlər, güclülərin heç bir şeydən çəkinmədən zəiflərə qarşı təcavüzü baş alıb gedirdi. Tarixə baxın; tarixi zülmət bəşərin bütün həyatını bürümüşdü. Bu əzəmətli güclə birgə mübarizə aparmaq, dayanmadan və təsəvvürolunmaz fəaliyyətlər göstərmək peyğəmbərliyin ilk saatlarından başlandı. İlahi vəhy də həmişə yararlı torpağa verilən təmiz su kimi o həzrətin müqəddəs qəlbinə nazil olur, ona qüvvə bəxş edirdi. Və o bu dünyanı möhtəşəm bir dəyişikliyin başlanğıcına çatdırmaq üçün əlindən gələni etdi və məqsədinə çatdı. ...