Məscidə getməyin bərəkətləri məsumların hədislərində


Məscid ancaq vacib namazları yerinə yetirmək məkanı deyildir. İctimai və fərdi rabitələrdə mühüm rola malik olan bir müəssisədir. Məsumlarımız (ə) da bizə məhz namaz qılmaq üçün məscidə getməyi tövsiyə etmirlər. Sadəcə ora getməyi tövsiyə edirlər. (Tebyan)
Belə ki, İmam Sadiq (ə) buyurur: “Məscidə gedin. Çünki məscidlər yer üzündə olan Allahın evləridir”.
Məscid əhli üçün çox sayda səmərə zikr olunur ki, məscidi yaşatmaqla bağlıdır.
Rəvayətlərdə məscidə getməyin təsir və bərəkətləri:

A) Məscidin 8 təsirləri İmam Həsən Muctəbanın (ə) hədisində:
\"Hər kəs məscidə get-gəl edə, bu səkkiz fayda və bərəkətlərdən birini ələ gətirər: 1-Quranın aydın hidayət edən ayələrindən bəhrələnər, 2-yaxşı dost tapar, 3-Təzə biliyə sahib olar, 4-Gözlədiyi Allahın mərhəmətini qazanar, 5-Yolunu yaxşı tanımaqda yeni söz eşidər, 6-Azğınlıqlardan amanda qalar, 7-Məscid və həyasının artması səbəbindən günahı tərk etməyə güc tapar, 8-Allah qorxusundan günah və pis adətlərini tərk edər.

B) Məscidə getməyin bərəkətləri:
Allahın Rəsulu (s) səhabələrinə xitab edərək buyurdu: Günahların bağışlanmasına və insan məqamının artmasına səbəb olan əməlləri sizlərə öyrədim? Dedilər: Bəli Ey Allahın Elçisi. Buyurdu: \"1-Çətinlik gündə dəstəmaz almaq, 2-Məscidə çox get-gəl etmək, 3-Namazdan sonra camaat namazını gözləmək\" Kitab: ər-Riyazus-Salihin. Səh: 297.

C) Məscid əhli Allahın ziyarətçisi hesab olunar (məcaiz mənasında): İmam Huseyin (ə) buyurur: Məscid əhli Allah ziyarətçəsi (məcazi mənasında) hesab olunarlar. Ev sahibinin öhdəsinədir ki, ziyarətçisinə hədiyyət versin. \"Kitab: İrşadul-Qulub ilə Savab, cild: 1, səh: 77.

D) Məscid əhli günahkar möminlərə qiyamətdə şəfaətçi olar. İslam Peyğəmbəri (s) buyurur: \"Allah Taala üç dəstəyə söz vermişdir ki, qiyamətdə hesab kitabsız cənnnətə daxil olsunlar, və hər biri də 8 min nəfəri şəfaət etsinlər. Rəvayətdə şəfaət edənlər: 1-Azan deyən şəxs, 2-məscid İmamı, 3-o kəs ki, dəstəmaz ala məscidə gedə və camaat namazı qıla\". Kitab: Müstədrək vəsail, cild: 1, səh: 488.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter