Cammaat namazında iştirak etməyin fəlsəfələri nələrdir?


Cammaat namazında iştirak etməyin fəlsəfələri nələrdir?
İslam dininin bütün müsəlmanlara tövsiyəsi budur: Xeyir və saleh əməllərin hamısı birlikdə yerinə yetirilsin. Necə ki, yaxşı işləri diriltmək və eləcə də pis işləri məhv etməkdə Quran müsəlmanlara birlikdə olunmasını tələb edir. Saleh əməllərdən biri də vacib namazları birlikdə qılmaqdır. Əgər bu əməlin faydalarını yaxşı tanısaq camaat namazında daha tez iştirak edərik. Məqaləmizdə camaat namazında iştirak etməyin fəlsəfələrini açıqlayacağıq.
Camaat namazının fəlsəfələri:

1-Hesaba gəlməyən savabı qazanmaq imkanı əldə etmək.
İslam maarifində bəzi əməllər üçün müşəxxəs savablar təyin olunmuşdur. Camaat namazı isə fərqlidir. Camaatla qılınan namazın dəyəri haqda bu hədis kifayət edir: Əgər namaz qılanların sayı 10 nəfərdən çox olarsa onun savabı məxluqların sayılacağı gücündən çoxdur.

2-Birlik rəmz və nişanəsi.
Aydın bir məsələdir ki, bir dəstənin eyni əməli bir yerdə yerinə yetirməsi, o dəstənin birlik nişanəsi olaraq hesab olunur. Camaat namazı da universal əməl olaraq müsəlmanların eyni fikirdə olmasının simvolu olaraq qəbul olunur.
Müsəlmanlar arasında səliqələrin fərqli olmasına baxmayaraq islam ümməti namazlarını camaatla qılmaqla bütün ümmətlərə birliklərini numayiş etdirirlər.
Vil Durant qərb alimi yazır: “Hər bir insaflı şəxs üçün bu məsələ inkar ediləsi deyil ki, müsəlmanların gündəlik camaat namazlarda iştirak etmələri onların birlik olmalarına nə qədər əhəmiyyətli məsələdir. Camaat namazı firavanlıq yaradan işlər və müsəlmanların çətinliklərini həll etməkdə çalışqanlıq göstəricisidir.

3-Cəmiyyətin problem və vəziyyətindən xəbərdarlıq,
Camaat namazı ilə müsəlmanların bir yerə toplanması dünyanın ən az xərc tələb edən qruplaşmasıdır. İslam ümməti namazı camaatla qılmaqla cəmiyyət arasında əməkdaşlıq sahəsində addımlamağa şərait yaradır. Camaat namazının camaatla qılınması ehtiyaclı olan təbəqənin istəyi həll etməkdir.

4-Dini qardaşların vəziyyətindən xəbərdarlıq.
İslam dini müsəlmanların bir-birinə get-gəl etməsinə təkid edir. Hətta gözəl dinimiz mömin şəxslərə əmr edir ki, dini qardaşlarınız xəstələndikdə onları yoxlamaq sizə vacibdir. Müsəlman ümmətin bu agahlığı camaat namazının bərəkətindəndir!

5-Dini məsələlərdən məlumatlanmaq,
Təcrübə sübut etmişdir ki, müsəlmanların çoxu camaat namazında iştirak etməklə çoxlu etiqadi və şəri məsələrinə aydınlıq gətirmiş və həyatlarının istiqamətini dəyişmiş və haqq tərəfində addımlamağa başlamışlar.

6-Yersiz rəftarların dəyişməsi,
İnsanlar davranış cəhətindən çox fərqli bir varlıqlardırlar. Çoxlu insanlar olublar ki, yersiz və əxlaqdan uzaq olan xüsusiyyətlərini camaat namazında bəzi insanlardan dərs alaraq gözəl əxlaqa yönəltmişlər.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter