Adəm və Həvvanın neçə övladı var idi?


Həzrət Adəmin övladlarının sayı barəsində (tarixi hadisələrin çoxu kimi) qəti nəzər mövcud deyil, çünki tarixi mötəbər kitablarda, onların adları və sayları barəsində ixtilaflar nəzərə çarpır. Bu da, ola bilsin onların tarixi yazma zamanı ilə çoxlu fasilənin olmasına ua onların hamısının adlarının mühüm olmaması və ... görə ola bilər.
Qazi Nasirəddin Beyzavi nizamut- tarix kitabında həzrət Adəm və Həvvanın övladlarının sayı barəsində deyir: Həvva hər dəfə hamilə olanda bir oğlan və bir qız (əkiz) dünyaya gətirirdi. Hər doğuşdan olan qız o biri doğuşdan olana verilirdi. (Hər doğuşdan olan qız, digər doğuşdan olan oğlanla əqd edilirdi). O ardında yazır: O (Həvva) yüz iyirmi qarın övlad dünyaya gətiribdir. Qabil dördüncü qarnın oğludur. Habilin ölümündən beş il sonra; Adəmin bir qarında tək qız olmayan bir oğlu oldu, ona \"Şeys\" adı qoydu və buyurdu: O Habilin əvəzinə mənə verilib və mübarək bir oğlandır və Peyğəmbər olacaq.[1] Bu nəzərə əsasən, Adəm və Həvvanın 239 övladı olubdur.

Təbəri öz tarixində bu şərhə üç nəzər veribdir:
1. Oğlanlı qızlı yüz iyirmi övlad.
2. Qışrx oğlan və qız.
3. İyirmi beş oğlan və dörd qız.
Daha çox məlumat üçün baxın: Təbərinin tarixi, Tarixul- uməm vəl- muluk, cild 1, səh 145.

Beyzavi, Nasirəddin və Mir Haşim, Mühəddis, səh 5- 6.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter