Həzrət Ayətullah Xameneinin baxışında müsəlman qadının üstünlükləri:
İnsanın mənəvi yüksəlişində əməl və rəftarlar böyük rol oynayır. Elə xanım Fatimeyi-Zəhranın (ə) gənc yaşlarında mənəviyyat və hikmətin ali dərəcələrinə yiyələnməsi məhz onun əməllərinin səmərəsi olmuşdur. Peyğəmbərin (s) əziz qızı atasının qəm şəriki, fədakar həyat yoldaşı və övladları üçün böyük tərbiyəçi idi. Bu xanım İmam Həsən (ə), İmam Hüseyn (ə) və xanım Zeynəb (s.ə) kimi şəxsiyyətlər yetişdirmişdir. O xanım Allaha ibadət etməklə imanını gücləndirdi, mənəviyyatını zənginləşdirdi və qəlbini İlahi nura qərq etdi. Həyatı boyu dünya bər-bəzəyindən və maddi ləzzətlərdən çəkindi. İslamın müdafiəsi, Peyğəmbər (s) və İmamı (ə) himayə etmək üçün cihad edən ən nümunəvi qadın idi.
-Hər bir müsəlman qadını elmə yiyələnmək, özünü tərbiyə etmək, mənəviyyatını saflaşdırmaq və zənginləşdirmək üçün səy göstərməli, dünya bər-bəzəyinə, cah-cəlalına əhəmiyyət verməməli, ismət və iffətlərini qorumalı, ailəsinin, övladlarının və həyat yoldaşının rahatlığını təmin etməli və öz isti qucağında sağlam düşüncəli və pak insanlar yetişdirməlidir. ...
Şəriətə görə alqı-satqısı haram olan alverlər hansılardır?
İslam şəriətinə görə hər bir müsəlman şəxsin ticarətində alqı-satqısı 5 hökmdən birinə sahib olur. Yəni Haram, məkruh, Vacib, müstəhəb, və mubah olan alqı-satqılar bu yazımızda İslam şəriətinə görə ticarətdə haram alqı-satqılar:
1-Nəcis şeylərin alqı-satqısı haramdır, murdar olan heyvanın ətinin satılması kimi, 2-Haram üçün istifadə olunan şeylərin alqı-satqısı qadağandır, misal üçün qumar alətləri, 3-Qumar uduşu və oğurluqla ələ gələn şeylərin alqı-satqısı haramdır, 4-Azdırıcı kitabların alqı-satqısı qadağandır, misal: İslamın ziddinə fikirləri təbliğ edən kitabların alqı-satqısı haramdır, 5-Cəmiyyətdə dəyərsiz olan pullarla alqı-satqısı haramdır, 6-İslam düşmənlərinə müsəlmanların ziddinə güclənməsinə səbəb olan əşyaların satılması haramdır, 7-İslam düşmənlərinə müsəlmanların əleyhinə silah satmaq haramdır, 8-Gələcəkdə haram ola biləcək alqı-satqılar, Yəni əgər dini alimlər alqı-satqısı müsəlmanların qeyri-müsəlmanlarla İslam ümmətinin ziyanı olaraq dəyərləndirilərsə, onu etmək də qadağan olunacaqdır.
Qəza namazlarına nisbətdə insanın müxtəlif vəzifələri hansılardır?
Qəza namazına nisbətdə müsəlman bir şəxs müxtəlif vəzifələrlə üzləşə bilər:
1-Qəza namazının olmamasını bilir, heç bir şey ona vacib deyildir,
2-Qəza namazının olması və ya olmaması arasında şəkk edir, yenə də heç bir şey ona vacib deyil,
3-Güman edir ki, qəza namazı qalmışdır, müstəhəbdir ki, ehtiyat edərək qəzaya getmiş namazın börclarını ödəsin,
4-Qəza namazının olduğunu bilir, amma nə müddətlik qəza namazı qalmışdır, onun haqqında heç bir biliyə sahib deyil, yəqin həddinə əməl etsə borcunu ödəmişdir,
5-Əgər qəza namazının neçə gün olduğunu bilirdi, amma yadından çıxartdısa, azını qılsa kifayətdir.
6-Qəza namazının sayını dəqiqliklə bilirsə gərək hamısını qılsın,
Kimlərin namazı səfərdə bütöv qılınmalıdır?
Səfərə çıxan şəxsin 4 rəkətli namazı 2 iki rəkət olacaqdır. Amma İslam şəriətində isə 5 dəstə namaz qılan şəxsin səfərdə Zöhr, Əsr və İşa namazı bütöv qılınmalıdır:
1-Səfərə çıxanda təyin etdiyi məsafə ölçüsünün içində vətənin içindən və ya məsafənin arasında 10 gün bir yerdə qalmaq niyyəti olan yerdən keçə,
2-Vətənindən çıxanda namazın qəsr qılınması üçün lazım olan şəri məsafəni getməyə niyyəti olmaya,
3-Qəsd etdiyi şəri məsafədən, səfərinin ortasında fikrindən dönsə,
4-İşi səfər olan şəxsin namazı tamam qılınmalıdır. misal üçün, gəmişi, pilotçu, taksici və pravadniklərin namazı səfərdə bütöv qılınmalıdır.
5-Səfəri haram ola və ya haram üçün olan şəxsin namazı bütöv qılınmalıdır. Uşağın valideyn narazılığı, qadının ərindən icazə almadan və qulun sahibindən icasi olmadan səfər çıxması qadağan və eləcə də namazları tamam qılınmalıdır.
İmam Zamanın (ə) öz zühurundan xəbərsiz olması qeybdən xəbərdar olmasına nöqsan deyildirmi?
İmam Zaman (ə) öz zühurunun vaxtından xəbərsizdir. Bu baxış bütün şiə alimləri tərəfindən qəbul olunmuşdur. İmam Zamanın (ə) zuhurdan xəbərsiz olması onun qeybə elmi olmaması demək deyildir. Çünki ilahi övliyaların hamısı Allahın verdiyi həddə qeybi biliyə sahib olurlar. Zuhur vaxtının bilinməməsi də Allahın, bilinməsi istənilməyən məsələlərdəndir. Necə ki, İnsan ruhunun mahiyyəti haqda və eləcə də Qiyamətin nə zaman baş verməsi haqda heç bir peyğəmbər və canişinləari məlumat verməmiş və verməkdə aciz olduqlarını etiraf etmişlər! (Əraf/187) ...
Sakkal qırxmağın qadağan olunmasının fəlsəfəsi nədir?
Tarix boyunca fiqh elminin nəzəriyyə sahibləri sakkal qırxmağı icazəli bilməyiblər. Bunun dini söykənəcəyi isə rəvayət və səhabələrin bu əmrin ziddinə getməməsidir.
Mərhum Ayətullah Xoinin sakkal qırxmağın qadağan olunması haqda bir neçə fəlsəfəsi:
1-Sakkalı qırxmağ Allahın yaratdığında dəyişiklik etməkdir, bu da qadağandır, (Nisa/118).
2-Rəvayətlərdə gəlmişdir ki, sakkalı uzadın və bığları kəsin, Məcus və Yəhudilərə oxşamaqdan çəkinin,
3-Cəfərilərə məxsus olan rəvayətdə gəlmişdir: Sakkalı kəsən adama Allah lənət edər,
4-Rəvayətlərdə gəlmişdir: Allah düşmənlərinin yolunu getmək icazəli deyildir. Sakkalı qırxmaq da özünü ilahi düşmənlərə oxşatmanın bariz nümunəsidir.
5-Peyğəmbər (s) İran padişahının 2 elçisinə cavabında buyurdu: \" ... Məni Yaradan Allah mənə əmr etmişdir ki, Sakkalımı saxlayım və bığımı qırxım!.
6-İmam Əlinin (ə) bu haqda buyurduğu: \"Bir dəstə tayfa var idi ki, sakkallarını qırxdı və bığlarını saxladılar. Sonucda (heyvani simaya) məsx olundular\".
7- Mərhum Xoi bu hədisi sakkal qırxmağın qadağan olmasına ən kamil dəlil hesab edir: İmam Rzadan (ə) nəql edirlər: \"Peyğəmbər (s) dövründəki dindar təbəqələrin bu sünnətə əməl etməsi. Sakkal qırxmağın qadağan olunmasına ən kamil dəlil hesab olunur\".
Duanız qəbul olubsa, bu 3 hala, qəbul olmayıbsa, bu 3 halla bağlı diqqətli olun!
Dua - insanın Allahla etdiyi söhbət, yalvarış, hacət istəməsi və dərdləşməsidir. Allah hər bir bəndəsinin duasını eşidər, lakin qəbul olması üçün müəyyən şərtlərin olması zəruridir. (Tebyan) Dua etməyin şərtləri: = 1. Günahlarını etiraf etmək. 2. Nemətlərinə görə şükür etmək. 3. Peyğəmbər (s) və Ali-Peyğəmbərə (ə) salavat göndərmək. 4. Dua edib, hacətini istəmək. 5. Sonda yenə salavat göndərmək.
Duamız qəbul olubsa, bu üç halla bağlı xüsusi diqqətli olaq:
1. Təkəbbür etməyəsən, mən deməli yaxşı insanam ki, Allah duamı qəbul etdi!.
2. Allaha duanı qəbul etdiyinə görə şükür edəsən.
3. Duanı yerinə yetən zaman duanı tərk etməyəsən.
Əgər duanız qəbul olmayıbsa, bu üç haldan ehtiyatlı olun:
1. İlahi rəhmətdən məyus olmayasan.
2. Dua etməyi tərk etməyəsən.
3. İlahi təqdirə razı olasan. ...
İnsanın daxilində kin yaradan 6 əsas amil və müalicəsi nələrdir?
Əxlaqın rəzil sifətlərindən biri də kindir. Kin qəlbin elə bir halıdır ki, zahirdə düşmənçilik edərək aşkar olar. Kin bəsləyən insanlar həmişə əzabdadırlar. Çünki fikirləri bu mövzu ilə məşğuldur ki, qarşı tərəfdən necə intiqam alsınlar. Lakin qafildirlər ki, başqasına əziyyət vermək istəyən insan əvvəl özünə əziyyət verər. Bu insanların bütün həyatı intiqam almağa sərf olunduğu üçün, qətiyyən kamala çata bilmirlər. Onlar kifayət qədər imana malik deyildirlər.
İnsanda kin yaradan əsas amillər: 1. Qəlbin xəstə olması. 2. Şeytanın (lən) vəsvəsələri. 3. Gözləntinin çox olması. 4. Fəzilətə malik olmamaq. 5. Söz gəzdirmək və yersiz zarafatlar. 6. Başqaları ilə mübahisə etmək və xırdaçılıq etmək.
Quranda kinin müalicəsi. 1. Pisliklərə yaxşılıqlarla cavab verin. 2. İmanı gücləndirmək. 3. Təqva.
Bu 17 günahdan çəkinərək kiçik günahlarımızı əfv etdirək!
Peyğəmbəri-Əkrəm (s) ümmətini hidayət etmək üçün iki şeyi irs qoymuşdur. Biri Quran və o birisi də Əhli-Beyti (ə). İslam ümmətinin məsələlərinə bu iki dəyərli nemət cavab verə bilər. Müsəlmanlar özlərinin hidayət olması üçün gərək bu ikisinə müraciət etsinlər. Çünki Peyğəmbərimiz (s) bizə nəsihət edib ki, onların hər ikisindən də ayrı düşməyək. Yəni, həqiqi mömin olmağımız üçün bu iki nemətin bir yerdə olması vacibdir. Nə Quran tək olsun və nə də Əhli-beyt (ə). Məsumlar (ə) Quranın ən gözəl təfsirçiləri və Quran mütəxəsisləridir. Bu Məsumlardan (ə) biri də İmam Sadiqdir (ə).
Əmr ibni Əbid İmam Sadiqin (ə) yanına gedir və Həzrətə (ə) bu Quran ayəsini oxuyur: “Əgər sizə qadağan olunmuş böyük günahlardan çəkinsəniz, Biz sizin kiçik günahlarınızı silər və sizi şərəfli bir yerə daxil edərik”. (“Nisa” 31). Sonra deyir: “İstəyirəm ki, kəbirə günahları Qurandan eşidəm”. İmam Sadiq (ə) qəbul edir və buyurur: 1. Allaha şirk bəsləmək. 2. İlahi rəhmətdən ümidsiz olmaq. 3. Ağvalideyn olmaq. 4. İnsan öldürmək. (istər abrını tökmək və ya təhqir etmək olmuş olsun). 5. İffətli qadına töhmət vurmaq. 6. Yetimin malını yemək. 7. Müharibədən qaçmaq. 8. Sələm yemək. 9. Zina. 10. Yalandan and içmək. 11. Xəyanət. 12. Zəkat verməmək. 13. Yalandan şahidlik etmək. 14. Şəhadəti gizlətmək. 15. Şərab içmək. 16. Namazı tərk etmək. 17. Naşükürlük.
Nicat tapmaq üçün bu 4 yolu bilmək lazımdır.
Qurani-Kərim səma kitabı olaraq insanın təkamül və hidayət yolunu müəyyən edir. Quran bizlərə ya birbaşa və ya dolayı yollarla haqq yolunu tanıdır. Bəs Quranın nəzərində kimlər nicat tapmışdır?
1. Allah Təala və Peyğəmbərə (s) iman gətirənlər. İslamın nəzərinə görə hər kim Allaha və Peyğəmbərə (s) iman gətirməzsə, behiştə getməz. Lakin dildə sadəcə “Allahu Əkbər” deməklə müsəlman olmaq olmaz. Mömin o kəsdir ki, həm iman gətirər və həm də saleh əməl yerinə yetirər. İmanı, onun həyatının hər bir sahəsinə təsir qoyar. 2. Allah yolunda cihad etmək. Cihad sözünün ümumu və xüsusi mənaları vardır. Ümumi mənada səy, çalışma, əziyyətlərə səbir etmək şamil olur. Lakin cihadın ən ali dərəcəsi Allah yolunda şəhid olmaqdır. 3. Təqva. İslam dini nəfsi islah etmək haqqında çox sayda göstərişlər vermişdir. Ruh və canı pak etmək gözəl və bəyənilən sifətlərin inkişaf etməsinə səbəb olar. 4. Əhli-beyt (ə) davamçıları. O kəslər ki, vilayəti qəbul edər, onların ardıcılı olar, nicat taparlar.