Gözəl və pis əxlaqı ölçmək üçün sadə meyar hansıdır?!


Əxlaqın bəzi sifətləri fəzilətli, bəziləri isə rəzildir. Əxlaqın gözəl və ya pis olmasını müəyyən etmək üçün müxtəlif yollar təklif olunmuşdur.
Dinimiz buyurur ki, o sifət ki, sənin təkamül etməyinə yardım edər, o, fəzilətli sifətdir. O sifətlər ki, səni insanlıqdan süqut etdirir, o, rəzil sifətdir.
İmam Hüseynə (ə) sual verirlər ki, insanın kəramət və fəziləti nədədir? Həzrət (ə) buyurur: “Dilinə nəzarət etməsində və səxavətli olmasındadır”.
Sual verirlər ki, bəs insanın nöqsanı nədədir? Buyurur: “Özünü faydalı olmayan şeylərə məcbur etməsindədir”.


Dünyada xoşbəxtlik və izzətlilik üçün hansı 3 şeyi dərk etməliyik?!


Övliyaların nəsihətlərindən: “Ey insanlar! Bilin ki, dünya üç şeyə görə rəğbət edilməldir: izzət üçün, ehtiyacsızlıq üçün, rahatlıq üçün. O kəs ki, qənaət edər, davamlı olaraq əziz olar. O kəs ki, dünya məsələrinə qarşı rəğbət göstərməz və istəkləri, meyilləri olmaz – həmişə ehtiyacsız olar. O kəs ki, dünyaya çatmaq üçün səylərini az edərsə, rahat olar”. Hz Peyğəmbər (s) buyurur: “Bir şey vardır ki, hər kəs məndən qəbul edərsə, behişti onun üçün qəbul edərəm”. Suban deyir: “Mən qəbul edirəm”. Həzrət (s) buyurur: “Heç kəsdən heç nə istəmə. O şeyin ki, var – ona qane ol”...


İslam maarifinə əsasən həqiqi ehtiyacsızlıq nədir?


İnsanların əksər hissəsinin nəzərinə görə, ehtiyacsız olmağın əsil yolu – mal və sərvət toplamaqdadır. Halbuki, zənginlərin bir çoxu yoxsul insanlar kimi yaşayırlar. Davamlı olaraq mallarının az olmasından danışarlar. Buradan məlum olur ki, sərvətin çoxluğu insanın ehtiyacsız olmasının meyarı ola bilməz. Əslində insanı ehtiyacsız edən meyar – insanın nəfsinin zəngin və razı durumda olmasıdır.
Həzrət Peyğəmbər (s) buyurur: “Ehtiyacsızlıq malın çoxluğu ilə deyildir. Həqiqi ehtiyacsızlıq – nəfsin ehtiyacsızlığıdır”.
İmam Rza (ə) buyurur: “Hər kim ruzisinin az olmasına görə Allahdan razı olarsa, Allah da onun az əməlindən razı olar”.


Hacəti olan, bu surəni xüsusi qayda ilə oxusun!


Din alimlərinin nəzərinə görə, hacətlərin yerinə yetməsi üçün “Vaqiə” surəsinin xüsusi yolla oxunmasının çox böyük təsiri vardır. Belə ki, Məsumların (ə) tövsiyə etdiyinə görə, bu surənin xətm olunduğu gün – Qəməri ayının ilk günü ki, bazar ertəsinə təsadüf edir, o gündə xətm olunmalıdır.
Bu surə 14 gün oxunulur. Oxumaq qaydası belədir ki, birinci gün hacətini tutub, bu surəni bir dəfə oxuyursan. İkinci gün isə iki dəfə, üçüncü gün üç dəfə oxuyursan. Beləliklə 14-cü gün bu surəni 14 dəfə oxuyursan. Bu surələr gün ərzində oxuna bilər. Bu surənin oxunmasının bir çox fəziləti vardır ki, onlarla tanış olaq: ...


Cümə namazında niyə 2 qunut tutulur?


İmam Sadiq (ə) bu haqda buyurur: “Bütün namazlarda qunutlar rükudan əvvəl olur. Cümə namazından başqa ki, birinci qunutu rükudan əvvəldir, ikinci qunutu isə rükudan sonradır”. Niyə cümə namazında iki qunut tutulur?Bəli, bu iki qunut cümə namazını başqa namazlardan fərqləndirir və əhkama yenilik qatır. Bu qunutların iki üstünlüyü vardır:
1. İnsanlar üçün yeni bir əməl olduğu üçün onu fərqli halla yerinə yetirirlər.
2. Onlara xatırladır ki, bu ibadət başqa ibadətlərdən daha üstündür.
İnsan hər nə qədər cümə namazını unutsa, bir şeyi yadda saxlayar ki, onun qılınma qaydası başqalarından fərqlidir. Bu namaz – adi namaz deyildir.


Camaat namazında iştirak etmək üçün hansı 6 mühüm nöqtəyə diqqət etmək lazımdır?


Həzrət Peyğəmbər (s) namazdan sonra mənə buyurdu: “Niyə camaat namazında iştirak etmədin?”. Dedim: “Bilmirdim ki, siz hələ namaz qılırsınız. Ona görə də namazı evdə qılmışdım”. Həzrət (s) buyurdu: “Yenə də camaatla qıl, baxmayaraq ki, evdə qılsan belə”. Camaat namazında iştirak etmək üçün 6 mühüm nöqtə:
1. Camaat namazında iştirak etmək hamı üçün müstəhəbdir, xüsusilə də məscidlə qonşu olanlar üçün.
2. Müstəhəbdir ki, insan səbir etsin və namazını camaatla qılsın.
3. Camaat namazı əvvəl vaxtda qılınmasa da, əvvəl vaxtda qılınan fərdi namazdan daha yaxşıdır.
4. Qısa qılınan camaat namazı, uzun qılınan fərdi namazdan daha yaxşıdır...


Kərbəlada ZEYNƏBİ ÜZƏN XƏBƏR hansı hadisədən ibarət idi?


İmam Səccad (ə) buyurur: Atam şəhid olan günün gecəsi mən xəstə idim. Bibim Zeynəb mənimlə məşğul idi. Atam öz xeyməsinə getdi. Əbuzərin azad etdiyi qul Con onun yanında qılıncını tə`mir edirdi. Atam neçə dəfə bu şe`ri oxuyurdu: «Ey ruzigar bezmişəm səndən. Sən nə pis dostsan! nə vaxtacan səhər və axşam qanına qəltan olmuş (insan) arzu edəcəksən? Ruzigar heç kimi başqasının yerinə qəbul etmir. ölüm Allahın əlindədir və hamı ölüm yolu keçəcəkdir.» ...
İmam Hüseyn (ə) Zeynəbə baxıb buyurdu: «Əziz bacım! Sə`y et ki, Şeytan səbrini əlindən almasın.» Sonra isə gözləri dolmuş halda bu məsəli dedi: «Əgər ovçu Qəta quşunu rahat qoysaydı, yuvasında yatardı.» (Yə`ni düşmən bizdən əl çəkməyəcək.) Sonra bibim dilləndi: «Bizi daha çox ağrıdan odur ki, sənin üçün çıxış yolu olmaya və çarəsiz ölüm şərbətini içəsən.» Bunu deyəndən sonra o, huşunu itirib yerə yıxıldı.


Günahlardan tövbə etmək dedikdə həqiqət olaraq nə başa düşülür?!


Rəbbin firavan rəhməti və əfvi: \"Mən, həqiqətən də, tövbə edib, iman gətirib yaxşı işlər görən, sonra da doğru yolu tutanları bağışlayıram.\"(Taha, 82).
Əxlaqi inkişaf amillərindən biri də tövbə və Allaha qayıtmaqdır. Tövbənin həqiqi mənası nəfsdən Allaha doğru hicrət etməkdir. Əxlaq alimləri tövbəni nəfsi saflaşdırmaq istiqamətində ilk addım hesab etmişlər. Çünki qəlbi şeytani düşüncələrdən təmizləmək nəfsi ruhani fəzilətlərlə bəzəməkdən öndə gəlir. Bəzilərinin inancının əksinə olaraq, tövbə yalnız günahdan qayıtmaq deyil. Hətta peyğəmbərlər və Allahın xüsusi övliyaları da tövbənin və Allaha qayıdışın ən yüksək mərtəbəsinə sahib olmuşlar.


Həzrəti Peyğəmbər (s) rüşvət alıb-vermək haqda nə buyurmuşdur?!


Rüşvәt аlаn cәnnәtin iyini duymаz! Rüşvәt küfrdür. Pеyğәmbәr (s) buyurub:
1-اَلرّاشِي وَالْمُرتَشِي وَالْماشِي بَينَهُما مَلْعُونُونَ “Rüşvәt vеrәn, аlаn vә оnlаrın аrаsındа vаsitә оlаn mәlundur.” (“Cаmiul-әхbаr”, sәh. 439.)
2-إِيَّاكُمْ وَ الرِّشْوَةَ فَإِنَّهَا مَحْضُ الْكُفْرِ وَ لَا يَشَمُّ صَاحِبُ الرِّشْوَةِ رِيحَ الْجَنَّةِ “Rüşvәt аlmаqdаn çәkinin. Çünki bu әmәl хаlis küfrdür. Rüşvәt аlаn cәnnәtin iyini duymаz.” (“Cаmiul-әхbаr”, sәh. 440.)
3-لَعَنَ اللَّهُ الرَّاشِيَ وَ الْمُرْتَشِيَ وَ الْمَاشِيَ بَيْنَهُمَا “Аllаh rüşvәt vеrәnә, аlаnа vә оnlаr аrаsındа vаsitә оlаnа lәnәt еdәr.” (“Cаmiül-әхbаr”, sәh. 439.)


İmam Səccad (ə) cahil Şamlı kişinin səhv düşüncəsini necə düzəltdi?!


İmam Səccadın (ə) təvazökarlığı səhv düşüncəli Şamlını hidayət etdi! Bir gün İmam Səccad (ə) məclisdə öz yaxın əshabı ilə oturub söhbət edirdi. Bu vaxt içəri bir şəxs daxil olur və məclisə ehtiramsızlıq edər! İmam (ə) bir söz deməyir. Həmin adam getdikdən sonra camaat İmam (ə) bu ayəni oxuyuyr və yanında olanlarlar onunla gəlməsini istəyir: “O müttəqilər ki, bolluq zamanı da, qıtlıq zamanı da xərcləyir, qəzəblərini boğur və insanları bağışlayırlar. Allah yaxşı iş görənləri sevir.” (Ali-İmran-134) Hədisəni nəql edən ravi qeyd edir ki, İmam (ə) bu ayəni oxuyanda başa düşdük ki, İmam (ə) həmin şəxslə xoş rəftar edəcək. Sonra nəql edir ki, biz həmin şəxsin evinə çatdıqda İmam (ə) həmin adamı çağırıb dedi: -Mən Əli ibn Hüseynəm (ə)! Sən mənim yanıma gəldin, pis rəftar edin və layiq olmayan sözlər dedin. Əgər mən dediklərinə layiqəmsə Allah məni bağışlasın. Yox əğər dediklərin məndə yoxdursa Allah səni bağışlasın! Ravi nəql edir ki, həmin adam utandığından qızarıb, başını aşağa saldı. İmamın (ə) əlini öpub dedi: Siz mənim dediklərimə layiq deyilsiniz. Bütün bunlara layiq olan mən özüməm.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter