Niyə İmam Hüseyn (ə) İmam Həsəndən (ə) 1 dinar az ehsan etdi?


İbni Qətiyyə nəql edir: “Bir nəfər İmam Həsənin (ə) yanına gəlir və Həzrətdən (ə) yardım istəyir.
Həzrət (ə) buyurur: “(Verməli olduğum yardım) Məgər ağır borc, ya xar edən yoxsulluq və ya əda etməli olduğun diyədir ki, rüsvaylığa səbəb olar?”.
Həmin şəxs deyir: “Onlardan biri üçün sizin xidmətinizə gəlmişəm”.
İmam (ə) əmr edir ki, ona yüz dinar pul versinlər. Həmin şəxs sonra İmam Hüseynin (ə) xidmətinə gedir və yardım istəyir. İmam (ə) da qardaşının dediyi sözləri təkrar edir, həmin cavabı eşidir. İmamHüseyn (ə) həmin şəxsdən soruşur: “Qardaşım sənə nə qədər (pul) vermişdir?”.

Həmin şəxs deyir: “Yüz dinar”. İmam Hüseyn (ə) əmr edir ki, ona 99 dinar versinlər. Çünki ehtiram qoymaq baxımından, qardaşıilə bərabərlik etmək istəmirdi”./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter