İmam Həsən (ə)-ın hədisinə əsasən Məscidə get-gəl getməyin nə belə faydaları vardır?!


İmam Həsən (ə) məscidə get-gəl etməyin səkkiz faydası və əhəmiyyəti, başqa sözlə, məscid əhlinin səkkiz xüsusiyyətindən danışaraq buyurur: Daim məscidə gedən insan səkkiz faydadan birini əldə edər:
1. “Möhkəm ayə və nişanə”: Məscidə get-gəl edən insan həmin məscidin ruhanisi, İmam camaatı və yaxud digər məscid əhlindən ilahi ayə və nişanələr dinləyəcək və onların məna, məfhumunu dərk edəcəkdir.
2. “Bəhrələnə biləcəyi dost”; İnsanın cismani və ruhi-psixoloji sağlamlığında yaxşı dostun təsiri danılmazdır. Məscid fürsət və imkan yaradır ki, cismani və psixoloji sağlamlığımıza təsir göstərə, bizi ilahi aramlığa çatdıra biləcək yaxşı dost tapaq. Dostundan boş vaxtını doldurmaq və xoş güzəran keçirmək məqsədilə istifadə edənlər yanılırlar.
3. “Yeni elm və bilik”: İslamda elm və elm əhlinə xüsusi yer ayrılır. Sözsüz, Quran təlimlərinə əsasən, elm əhli olmaq imtiyazdır, Quran ayələrində bilənlə bilməyən bərabər tutulmur. İnsan məscidə get-gəl etməklə İslam alimlərinin elmindən istifadə edəcək, yeni-yeni mətləblər eşidəcək, öyrənəcəkdir...


İmam Səccad (ə) hədisində İmanı kamil edən günahları bağışladan əməllər hansılardır?!


İmam Zeynəlabidin (ə) buyurmuşdur: “Dörd xüsusiyyətə sahib olan şəxsin imanı kamil olar, günahları bağışlanar və Allah-Taalanın razılığını qazandığı halda Onun hüzuruna gedər (dünyadan köçər); 1. ilahi qorxu, belə ki, heç bir təvəqqesi olmadan xalqa xidmət etmək; 2. insanlarla doğru danışmaq; 3. Allah-Taalanın və insanların nəzərində (şəri və ürfi baxımdan) çirkin sayılan işlərdən uzaq olmaq; 4. əhli-əyalı ilə xoş rəftar etmək.” “Mişkatul-ənvar”, səh.172; “Biharul-ənvar”, 66-cı cild, səh.385, hədis 48.


İMAM HÜSEYNİN (Ə) AŞURA GÜNÜ SÖYLƏDİYİ SON KƏLAMLARDAN – 12 HƏDİS


1. Düşmən qoşunundan bəziləri İmam Hüseynin (ə) qətlə yetirildiyini güman edərək xeymələrə hücum çəkdikdə, İmam (ə) fəryad edərək buyurdu:
“Əgər dininiz yoxdursa və qiyamətdən qorxmursunuzsa, heç olmasa, dünyada qeyrətiniz olsun!”[1]
2. İmam Hüseyn (ə) buyurmuşdur: “And olsun Allaha, mən nə özümü zillətlə sizə təslim edəcək, nə də qul kimi qarşınızdan qaçasağam!”[2]
3. İmam Hüseyn (ə) buyurmuşdur: “Agah olun ki, bu zinazadə oğlu zinazadə (İbn Ziyad) məni iki işin arasında saxlayıb; ya zillətlə beyət edim, ya da qılıncla doğranım. Zillət isə bizdən çox-çox uzaqdır!”[3]
4. İmam Hüseyn (ə) buyurmuşdur: “İzzətli ölüm zillətli ömürdən yaxşıdır!”[4]
5. İmam Hüseyn (ə) buyurmuşdur:“Mən ölümü səadət, zalımlarla yaşamağı isə alçaqlıqdan başqa bir şey bilmirəm!”[5]


Şaban ayında hansı günlərdə oruc tutmaq insana dünya və axirətdə 40 hacət qazandırar?!


Şəban ayında ən çox tövsiyə olunan ibadətlərdən biri də orucdur. Bəndə bu ayda oruc tutaraq, ruhunu və canını paklayar və bu halda Ramazan ayına daxil olar.
Həzrət Peyğəmbər (s) buyurur: “Şəban ayının hər cümə axşamı günündə səmanı bəzəyərlər. Mələklər deyərlər: “Pərvərdigara! Bu gün oruc tutanları bağışla. Onların duasını yerinə yetir!””.
Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim Şəban ayının bazar ertəsi və cümə axşamı gününü oruc tutarsa, 20 dünya hacəti və 20 axirət ehtiyacı yerinə yetər”. (Beytutə)
Əmirəl-möminin (ə) buyurur: “Şəban ayının orucu daxili vəsvəsələri və qəlbin pərişanlığını və təşvişini aradan aparar”.


Peyğəmbərin (s) bu mübarək ayı şəbanda hansı əməllər daha fəzilətli hesab olunur?


Qəməri aylarının içində Rəcəb, Şəban və Ramazan ayının xüsusi yeri vardır. Mübarək Rəcəb ayını artıq arxada qoyuruq və gözəl Şəban ayına daxil oluruq. Bəs Peyğəmbərin (s) bu mübarək ayında hansı əməllər daha fəzilətli hesab olunur?
1. Peyğəmbərə (s) yaxınlaşmaq. Hədislərimizin buyurduğu kimi, Şəban ayı – Həzrət Peyğəmbərin (s) ayıdır və ona görə də hər birimiz bu ayda ona yaxınlaşmağa çalışmalı və Həzrətin (s) inayətini qazanmalıyıq. Hər kim bu ayın onun üçün bərəkətli olmasını istəyirsə, gərək bu ayın sahibinə təvəssül etsin və yaxınlaşsın. Ona görə də bu ayda salavatlarımızın sayını artırmalı və Həzrətə (s) daha çox təvəssül etməliyik.
2. Oruc tutmaq. Şəban ayında oruc tutmağın xüsusi fəziləti vardır. İmam Rza (ə) buyurur: “Əgər kimsə Şəban ayının bir gününü oruc tutsa, Allah behişti ona vacib edər”. Bu ayın son üç gününün orucu – çox tövsiyə edilən əməllərdəndir. Hər kim bu üç günü oruc tutub, onu Ramazan ayına birləşdirərsə sanki iki ay dalbadal oruc tutmuş kimi olar və onun savabına çatar...


Şəban ayının xeyir əməl hesab olunan bölümləri hansılardır?!


Mərhum Qumi bu ayın fəziləti barəsində hədis nəql etmişdir ki, onun qısaldılmış halına nəzər salaq: “Əmirəl-möminin (ə) Şəban ayının ilk günündə insanları müşahidə edir ki, məsciddə əyləşib qəza və qədər haqqında yersiz söhbətlər edirlər. İmam (ə) buyurur: “Bu cür sözləri buraxın. Bu gün Şəban ayının birinci günüdür. O cəhətdən Şəban adlandırılmışdır ki, yaxşılıqlar və xeyirlər şöbəsinin mərkəzidir.
Xeyir şöbələri: namaz, oruc, zəkat, əmr-be-məruf və nəhy-əz-munkər, ataya, anaya, qonşulara yaxşılıq etmək, yoxsullara sədəqə vermək, insanların arasını düzəltmək və onun kimi əməllərdir. Həzrət Peyğəmbər (s) buyurur: “Şəban ayının birinci günü olan zaman Allah əmr edər ki, behiştin qapılarını açsınlar və Tuba ağacına əmr edər ki, budaqlarını insanlara yaxınlaşdırsın. Allah tərəfindən olan carçı car çəkər: “Bu Tuba ağacının budaqları sizin əlinizdədir, onlardan asılın ki, (tutun ki) sizi behiştə tərəf aparsın””...


Bəzi elmi kəşflər dinlə uzlaşmır. Əksinə bəzən dini nəzəriyyələrin əksinə olur. Din bu məsələni necə həll edir?


Bismillahir-rəhmanir-rəhim. Elm və dinin uzlaşmaması mövzusu zristianlıqdan İslam dininə daxil olan bir mövzudur. Müqəddəs İslam dinində bu məsələnin həlli üçün aşağıdakı qeydlərə diqqət yetirmək lazımdır.
1. Dindən hər hansı bir nəticəni almaq üçün ilkin surətdə onun qeydlərini və müxəssislərini (xüsusiyyətlərini və istisnalarını) tanımaq lazımdır. Bu geniş və ümumi tanışlıqdan sonra biz dindən hər hansı bir nəticəni ala bilər və ya ona nisbət verə bilərik. Yəni bu prosesi keçməmiş heç bir nəzəriyyəni din barəsində yürütmək olmaz. Bundan əlavə ayə və hədislərə müraciət etmədən heç bir nəticə ala bilmərik.
2. Zəka İslam dininin nəzərində Allahın ümdə dəlilidir. Əgər hər hansı bir nəzəriyyə əqil və dəlil yolu ilə sübuta yetirilsə din onu sözsüz qəbul edir. Bu yolla sübuta yetirilmiş nəzəriyyə Quranın və hədislərin yazılmamış (qeyri ləfzi, lobbi) qanununa çevrilir. Yəni ayə və hədis onun təsdiq möhrünü vurur...


İşi üçün müxtəlif yerlərdə qalmağa məcbur olan şəxsin namazı qəsrdir? və Oruc tuta bilərmi?!


Bir nefer kənddəndi,ancaq işləmək üçün şəhərə gəlir bir gün bisigildə qalır şəhərdə,bir gün nənəsigildə qalır şəhərdə ,bir gün başqa kəndə qohumlarıgilə gedir.indi bu şəxs 4 rükətli namazlarını necə qılsın?orucunun hökmu nədir?
Bismillahir-rəhmanır-rəhim Hər on gün ərzində ən azı bir dəfə işi ilə bağlı səfərə çıxarsa və bu iş səfərinə gedib gəlmək ən azı iki, ya üç ay davam edərsə, iş səfərlərində (birinci və ikinci səfərdən başqa) namazları, səfərin başlanğıcında, getdiyi yer və yolda tamamdır, orucu da doğrudur; on gün, ya daha artıq bir yerdə qalmaq məqsədi olarsa, birinci iş səfərində namazı qəsrdir (dörd rəkətli namazlar iki rəkət qılınır) lakin sonrakı səfərlərdə tamamdır; şəxsi səfərlərinizdə isə müsafir hökmündəsiniz.


Quran, namaz və bu kimi başqa vacibatlar gərək ərəb dilində oxunsun ya hər dildə ola bilər?


Bismillahir-rəhmanir-rəhim. Qurani-kərim məna cəhətdən möcüzə olmaqla yanaşı, nəzm baxımından da möcüzə olduğu üçün onun ərəb nəzmi qorunmalıdır. Namazın ərəb dilində oxunmasının səbəbi budur ki, namazda hər rəkətdə müəyyən miqdarda Qurandan (“həmd” surəsi, ya başqa surə) oxunmalıdır. Başqa bir tərəfdən dinin əsas mənbəyi olan ayə və rəvayətlər ərəb dilindədir. Müsəlmanların ərəb dilinə olan diqqəti bu səbəbə görədir.


Qadına qaynatanın məhrəm olması barədə dəlil nədir?


Bismillahir-rəhmanır-rəhim Qadının məhrəmlərinin qarşısında şəriət buyuran hicabın örtülməsi vacib olmaması barədə Nisa surəsinin 31-ci ayəsində işarə olunur: Allah-taala buyurur: Mömin qadınlara de ki, (başqalarının ayıb yerləri və yad kişinin bədəni kimi baxılması haram olan şeylərlə qarşılaşanda) gözlərini yumsunlar və öz ayıb yerlərini (üz və əllərindən başqa bədənlərinin hər yerini yadların görməsindən) qorusunlar. Həmçinin öz zinət və bəzəklərini və onların yerlərini (boyun, sinə, saç, biləklər, baldırlar və sairəni, naçarlıqdan öz-özlüyündə) görünən (üst paltarları, əl və üz kimi şeylər) istisna olmaqla, üzə çıxarmasınlar.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter