Peyğəmbərin (s) bu mübarək ayı şəbanda hansı əməllər daha fəzilətli hesab olunur?
Qəməri aylarının içində Rəcəb, Şəban və Ramazan ayının xüsusi yeri vardır. Mübarək Rəcəb ayını artıq arxada qoyuruq və gözəl Şəban ayına daxil oluruq. Bəs Peyğəmbərin (s) bu mübarək ayında hansı əməllər daha fəzilətli hesab olunur?
1. Peyğəmbərə (s) yaxınlaşmaq. Hədislərimizin buyurduğu kimi, Şəban ayı – Həzrət Peyğəmbərin (s) ayıdır və ona görə də hər birimiz bu ayda ona yaxınlaşmağa çalışmalı və Həzrətin (s) inayətini qazanmalıyıq. Hər kim bu ayın onun üçün bərəkətli olmasını istəyirsə, gərək bu ayın sahibinə təvəssül etsin və yaxınlaşsın. Ona görə də bu ayda salavatlarımızın sayını artırmalı və Həzrətə (s) daha çox təvəssül etməliyik.
2. Oruc tutmaq. Şəban ayında oruc tutmağın xüsusi fəziləti vardır. İmam Rza (ə) buyurur: “Əgər kimsə Şəban ayının bir gününü oruc tutsa, Allah behişti ona vacib edər”. Bu ayın son üç gününün orucu – çox tövsiyə edilən əməllərdəndir. Hər kim bu üç günü oruc tutub, onu Ramazan ayına birləşdirərsə sanki iki ay dalbadal oruc tutmuş kimi olar və onun savabına çatar.
3. İstiğfar. Allaha tövbə və istiğfar etmək zaman və məkana baxmır. İnsan hər bir şəraitdə və hər bir zamanda etdiyi günahlarına və xatalarına görə tövbə edib peşmançılığını bildirməlidir. Ancaq Şəban ayı tövbə üçün lazımlı zəminələri hazır etdiyi üçün, bu ayda edilən istiğfarların təsiri daha çoxdur. İmam Rza (ə) buyurur: “Şəban ayının ən ütsün duası – istiğfardır. Əgər hər kim bu ayda 70 dəfə istigfar edərsə, o kəs kimi olar ki, bu aydan qeyrisində 70 000 dəfə istiğfar etmişdir”.
4. Sədəqə vermək. Bu ayda verilən sədəqənin savabı başqa aylardan daha çoxdur. İmam Rza (ə) buyurur: “Əgər kimsə Şəban ayında hətta yarım xurma qədər sədəqə verərsə, Allah onun cismini cəhənnəm atəşindən uzaqlaşdırar”. (Tebyan)
Allah Təbarəkə və Təala bizləri Şəban ayını dərk edənlərdən qərar versin, inşəallah./Deyerler.