İşi üçün müxtəlif yerlərdə qalmağa məcbur olan şəxsin namazı qəsrdir? və Oruc tuta bilərmi?!


Bir nefer kənddəndi,ancaq işləmək üçün şəhərə gəlir bir gün bisigildə qalır şəhərdə,bir gün nənəsigildə qalır şəhərdə ,bir gün başqa kəndə qohumlarıgilə gedir.indi bu şəxs 4 rükətli namazlarını necə qılsın?orucunun hökmu nəfir
Ad: , Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Xamenei

Bismillahir-rəhmanır-rəhim
Hər on gün ərzində ən azı bir dəfə işi ilə bağlı səfərə çıxarsa və bu iş səfərinə gedib gəlmək ən azı iki, ya üç ay davam edərsə, iş səfərlərində (birinci və ikinci səfərdən başqa) namazları, səfərin başlanğıcında, getdiyi yer və yolda tamamdır, orucu da doğrudur; on gün, ya daha artıq bir yerdə qalmaq məqsədi olarsa, birinci iş səfərində namazı qəsrdir (dörd rəkətli namazlar iki rəkət qılınır) lakin sonrakı səfərlərdə tamamdır; şəxsi səfərlərinizdə isə müsafir hökmündəsiniz.
http://sual.nur-az.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter