Şəban ayının xeyir əməl hesab olunan bölümləri hansılardır?!


Ayətullah Məkarim Şirazi mübarək Şəban ayının fəzilətləri barəsində buyurmuşdur: “Bu ayın fəzilətində elə bu kifayətdir ki, Şəban ayı – Peyğəmbərin (s) ayı adlandırılmışdır. O zaman ki, Həzrət (s) bu ayın hilalını müşahidə edərdi, göstəriş verərdi ki, Mədinə şəhərində car çəksinlər: “Ey insanlar! Bu ay – mənim ayımdır. Allah rəhmət etsin o kəsə ki, mənə mənim ayımda yardım edər, yəni onu oruc tutar”.



Şəban ayı – İslam dininin ən əziz aylarından biridir. Bu ayda dörd dahi insanın mövludu olmuşdur: İmam Hüseynin (ə), Həzrət Əbülfəzl-Abbasın, İmam Səccadın (ə) və İmam Zaman ağanın (ə).



Mərhum Qumi bu ayın fəziləti barəsində hədis nəql etmişdir ki, onun qısaldılmış halına nəzər salaq: “Əmirəl-möminin (ə) Şəban ayının ilk günündə insanları müşahidə edir ki, məsciddə əyləşib qəza və qədər haqqında yersiz söhbətlər edirlər. İmam (ə) buyurur: “Bu cür sözləri buraxın. Bu gün Şəban ayının birinci günüdür. O cəhətdən Şəban adlandırılmışdır ki, yaxşılıqlar və xeyirlər şöbəsinin mərkəzidir.



Xeyir şöbələri: namaz, oruc, zəkat, əmr-be-məruf və nəhy-əz-munkər, ataya, anaya, qonşulara yaxşılıq etmək, yoxsullara sədəqə vermək, insanların arasını düzəltmək və onun kimi əməllərdir. Həzrət Peyğəmbər (s) buyurur: “Şəban ayının birinci günü olan zaman Allah əmr edər ki, behiştin qapılarını açsınlar və Tuba ağacına əmr edər ki, budaqlarını insanlara yaxınlaşdırsın. Allah tərəfindən olan carçı car çəkər: “Bu Tuba ağacının budaqları sizin əlinizdədir, onlardan asılın ki, (tutun ki) sizi behiştə tərəf aparsın””.

İmam (ə) davam edir: “Hər kim bu günü oruc tutar, ya müstəhəb namaz qılar, ya iki həyat yoldaşı, ata, ana, övlad və ya qohumlar arasında sülh və səfa icad edərsə, Tuba ağacının budaqlarından birindən asılmış olar”.

Bu ay – hər birimiz üçün yolları açan aydır. Xüsusilə də bu ay yaxşılıqlar və paklıqlara doğru hərəkətin başlanğıcıdır”./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter