Dində sabitqədəm (davamlılıq) olmaq İmanın əsas rüknüdür?!


Düşmənlərə qarşı səbir və möhkəmlik istəmək!

...رَبَّنَا أَفْرِغْ عَلَيْنَا صَبْرًا وَثَبِّتْ أَقْدَامَنَا وَانْصُرْنَا عَلَى الْقَوْمِ الْكَافِرِينَ

\"... “Ey Rəbbimiz! Bizə səbir ver, qədəmlərimizi möhkəmlət və kafir qövmə qələbə çalmaqda bizə yardım et!\" (Bəqərə, 250).

İzah: Yuxarıdakı dua da insanın son taleyi və müvəffəqiyyəti ilə bağlı dərin və həlledici məzmuna malikdir. Düşmənlərə qarşı səbirli və möhkəm olmaq, din yolunda sabitqədəm olmaq imanın əsas rüknüdür. Belə bir nemət Allahın lütfü olmadan əldə olunmur. Ona görə də yaxşı olar ki, Allahdan bizə səbir verməsini, addımlarımızı möhkəmlətməsini və düşmənlərimizi nakam qoymasını istəyək.

Hədis: İmam Sadiq (ə): “Tezliklə elə şübhələrlə üzləşəcəksiniz ki, sizi yönləndirəcək elm və rəhbər olmayacaq. Bu şübhədən yalnız o adam nicat tapacaq ki, “Qəriq duası”nı oxusun”. Həzrətdən (s) soruşdum ki, “Qəriq duası” necə olur? Buyurdu: “Ya Allah, ya Rəhman, ya Rəhim! Ey ürəklərin və düşüncələrin gərdişi əlində olan! Qəlbimi öz dinində sabitqədəm et!” (Kəmalud-din, səh. 532, hədis: 50).
Facebook


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter