İTİN OVLADIĞI HEYVANIN ƏTİ HALALDIRMI?


Yalnız ov itlərinin ovladığı heyvanın əti halaldır. Ov itinin dişləyib öldürdüyü heyvanı kəsməyə (zibh) ehtiyac yoxdur. Çünki itin vurduğu yara kəsilməyə bərabərdir. Ov itinin şərtlərindən biri budur ki, tutduğu ovu sahibi çatanadək yeməsin.


ƏQİQƏ NƏDİR?


Əqiqə yeni doğulmuş körpə üçün yerinə yetirilən müstəhəb bir işdir. Müstəhəbdir ki, yeni doğulmuş qız uşağı üçün dişi heyvan, oğlan uşağı üçün erkək heyvan əqiqə edilsin. Əqiqə, körpənin yeddi günlüyündə edilsə yaxşıdır.


Nə üçün İmam Zamanın (ə) zühur dövrü hələ gəlİb çatmayıb?


Nə üçün İmam Zamanın (ə) zühur dövrü hələ gəlib çatmayıb?
Çünki o, 313 nəfər, nə azı və nə də çoxu hələ dünyaya gəlməyib, yəni zaman o qədər irəli hərəkət etməlidir ki, bir baxımdan hər nə qədər fəsad ilə dolsa da hakimiyyət təşkil edib İmam Zamanın (ə) rəhbərliyi altında dünyaya hökmranlıq etmək istəyən insanlar da vücuda gəlməlidir. Hələ ki, belə bir layiqli insanlar dünyaya gəlməyib.


Nə üçün zalım və günahkar İnsanlardan bİr hİssəsİ nemətlər İçİndə qərq olublar?


Cavab: Bu sual çoxlarını düşündürür. Qurani-Kərimin ayələrinə əsasən, belələri islahedilməz olduqları üçün yaranış qanunları və iradə azadlığına əsasən özbaşına buraxılmışlar. Uca ALLAH tərəfindən verilmiş bu möhlət, əslində, onları uçuruma aparır. «Ali-İmran» surəsinin 178-ci ayəsində buyurulur: «Küfr edənlər, onlara verdiyimiz möhləti özləri üçün xeyirli bilməsinlər.


Allahın ən çox nİfrət etdİyİ kəslər kİmlərdİr?


Allahın Peyğəmbəri (s):«Allah zinakar qocaya, zalım varlıya, lovğa yoxsula və həyasız dilənçiyə nifrət edir. Həmçinin bağışlayıb minnət qoyanı mükafatsız qoyacaq.Yalançı və üzlü təkəbbürlüyə nifrət edir.»


\"SUBHANƏLLAH\" KƏLMƏSİNİN MƏNASI NƏDİR?


Bu zikrin məfhumu Allahın təqdis olunması, hər bir nöqsan və eybdən uzaqlaşdırılmasıdır.
“Subhanəllah” kəlməsi həm islami düşüncə və əqidələrin kökü, həm də insanın Allahla və kamillik sifətləri ilə əlaqəsinin əsası olan bir həqiqəti bəyan edir.
İzah: “Tövhid” Allaha təsbihə əsaslanır. Yə’ni, Allahı şəriklərdən uzaq bilmək.


Nə edək kİ, övladımız əməlİsaleh olsun?


Uşaqlarımızın ilk tərbiyə aldığı məktəb - ailə məktəbidir. Bizim ilk müəllimimiz isə ata və anamızdır. Bu məktəbdə valideynlərin agahlığı və ya nadanlığı nəticəsində istedadlar üzə çıxar və yaxud da, əksinə - bəzi qabiliyyətlər viran olar. Valideyn o zaman yaxşı müəllim sayılar ki, övladına şərafət və fəzilət dərsi verər. Onları dini təlimlər əsasında böyüdər və yetişdirər.


NƏFSİN TƏRBİYƏSİNDƏ MƏQSƏD NƏDİR?


Nəfsin tərbiyəsi dedikdə nəfsani bəlalardan qorunmaq nəzərdə tutulur. Nəfs bağbanın əkdiyi cavan ağac kimidir. Bağban gecə-gündüz onun qulluğunda durur, onu zərərverici həşəratlardan qoruyur. Nəfs də ağaca bənzəyir. İnsan bağban kimi ona qulluq etməlidir.


HANSI SURƏNİ OXUMAQ DAHA ÇOX SAVABA MALİKDİR?


Quranın bütün surələrini oxumaq insana dünya və axirət səadəti bəxş edər. Hər bir surənin öz fəziləti vardır. Bu məsələyə diqqət etmək lazımdır ki, Quran həyat proqramımız və əməl etməli olduğumuz kitabdır. Onu oxumaq təfəkkür və imanın başlanğıcıdır. İnsan Quranı oxuyaraq ona əməl edə bilər.


NAMAZDAN ƏVVƏL AZAN VƏ İQAMƏ DEMƏYİN FƏLSƏFƏSİ NƏDİR?


Namazdan əvvəl oxunan azan və iqamənin çox böyük əhəmiyyəti vardır. Fəzl ibni Şazan İmam Rzadan (ə) nəql edir ki, buyurub: “İnsanlar ona görə azan deməyə əmr olunublar ki, çox sayda hikmət və səbəbləri vardır. O cümlədən unudanlar üçün bir yada salma, qafillər üçün ayıltmadır. O kəslər ki, namazın vaxtını bilmir, ya da başqa işlə məşğuldurlar, namaz vaxtı ilə tanış olarlar.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter