QƏBİR ÖZ SAHİBİNƏ NƏ DEYİR?


Mömin bəndə qəbirə daxil olan zaman qəbiri ona deyər: \"Mərhəba! Xoş gəlmisən. Allaha and olsun ki, mən səni sevdim. Mənim üzərimdəki torpaqda yol getdiyin vaxtdan, indi ki, qarnımdasan, səni daha çox sevdim”.


ÖZÜNÜ İNSAN ADLANDIRAN VARLIQ HEYVANİ HİSSLƏRƏ NECƏ TƏSLİM OLA BİLƏR?!


İnsan yaranmışların şərəflisi olduğuna diqqət etsə, çirkin əxlaq və günahdan qaçar. Özünü insan adlandıran varlıq heyvani hislərə necə təslim ola bilər?!
Həzrət Əli (ə) buyurur: \"Özünü əziz tutan insan üçün şəhvətlər ləyaqətsiz görünür.”


ŞEYTANDAN QABAQ KAFİR OLUBMU?


Bəqərə surəsinin 34-cü ayəsində oxuyuruq: \"(Ya Peyğəmbər!) Biz mələklərə: \"Adəmə səcdə edin! – dedikdə İblisdən başqa (hamısı) səcdə etdi. (Yalnız) O, lovğalanaraq (səcdə etməkdən) imtina etdi və kafirlərdən oldu.” Ayədən belə görünür ki, şeytandan qabaq kafirlər olub. Qeyd edək ki, şeytan cin növündəndir. Kəhf, 50


BƏRZƏX HARADADIR?


Dünya aləmi insan bədəni kimi iki hissədən ibarətdir: dünya və bərzəxdən. Dünya maddi -zahiri aləmdir, bərzəx isə batini-misali aləmdir.
Dünya maddidir və hiss olunasıdır. İnsan bədəni ilə dünyanı hiss edə bilir. Öləndən sonra isə insanın bədəni və zahiri qəlibi gücsüzləşəndən sonra, bərzəx bədəni onun yerini alar. Çünki bu bədən həmin aləmə uyğun gəlir. Bərzəx aləmindəki hadisələri dərk etmə qabiliyyətinə malik olur.


HƏZRƏT HƏMZƏYƏ NİYƏ “ALLAHIN VƏ RƏSULUNUN ŞİRRİ” ADINI VERMİŞDİLƏR?


Həmzə ibni Əbdülmüttəlib ibn Haşim ibni Əbdülmənaf, Həzrət Peyğəmbərin (s) və İmam Əlinin (ə) əmisi idi. O, Peyğəmbərimizdəndən (s) təxminən 2 ya 4 yaş böyük idi.
Həmzə İslam dinini besətin 3-cü və ya 4-cü ilində qəbul etmişdir. O, Peyğəmbərin (s) yanına gəlir və deyir: \"Qardaş oğlu! O şey ki, deyirsən, haqdır?”.


Nә üçün Аllаh şеytаnı İnsаnа qаlİb еtdİ?


Şеytаnın insаnlа rаbitәsi vә оnun tәsir imkаnı insаndаkı hеyvаni hisslәrin tәsirindәn hеç dә güclü dеyil. Аllаh insаnа hеyvаni mеyllәrlә yаnаşı düşüncә, vicdаn әtа еtmiş, әn üstün tаrаzlıq vә tәnzim vаsitәlәrini оnun iхtiyаrındа qәrаr vеrmişdir.


MÖMİN CAN VERƏNDƏ KIMLƏRİ GÖRƏR?


İlahi rəhmətlə əhatə olunmuş can verən mömini mələklər qarşılamaqla yanaşı, İlahi Övliyalar da onun görüşünə gələrlər. Can verən zaman bu görüş onun ruhuna təskinlik verər.


MƏSCİDDƏN TƏLƏSİK ÇIXMAĞIN HANSI MƏNFİ TƏSİRLƏRİ OLA BİLƏR?


Məscidə getmək barədə tövsiyə edilir ki, məscidə gedən şəxslər arasında siz ilk şəxs olun və məsciddən çıxanlar arasında da siz sonuncu şəxs olun və beləliklə əgər məsciddən çıxan zaman və məsciddən çıxmaq üçün tələssəniz yoxsulluq sizlərə üz gətirəcək. İslam mədəniyyətində işindən asılı olmayaraq (xeyir və yaxşı əməllərdən başqa) tələsmək bəyənilmir.


PEYĞƏMBƏRİMİZ (S) NECƏ GÖRSƏNİRDİ, NECƏ BİRİ İDİ?


Bir gün İmam Həsən (ə) ogey dayısı Hinddən xahiş etdi ki, Həzrət Mühəmməd Peyğəmbəri (s) təsvir etsin. Hind Həzrət Xədicənin əvvəlki ərindən olan oğlu idi və Peyğəmbərin ögey oğlu sayılırdı. Hind Allahın Rəsulunu belə təsvir etdi:


HİCAB ALLAHIN HAQQIDIR YOXSA İNSANIN?


Tanınmış İslam alimi Ayətullah Cavadi Amuli hicab barəsində bunları deyir:
\"Qadınlar bunu tam formada dərk etməlidirlər ki, hicab yalnız onun özünə, həyat yoldaşına və ya ailəsinə məxsus olan bir məsələ deyil ki, “mən öz haqqımdan keçirəm” və ya “mən ailəmin hicabsız olmağına razıyam” deyərək bu haqqdan boyun qaçırtsın.r. İstəsəkdə istəməsəkdə bu belədir.\"


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter