Nə zaman günahlar bağışlanmaz?


Hər bir insan günah işlədən zaman bağışlanacağına ümidsiz olmamalıdır. Əgər ümidli olarsa, tövbə edər və bağışlanar. Ancaq ümidsiz insan bağışlanmaz. Çünki bağışlanmağına görə heç bir ümidi yoxdur. Ona görə də tövbə etməz.


İlahİ tofiqİ necə əldə edək?


Ayətullah Behcət buyurur: “İnsan xəyal edir ki, xeyir iş görəndə o işi görənin əsli özüdür. O, hər işi görə bilər. Halbuki, bilmir nə qədər yaşacaqdır. Məgər ömrünün axırına qədər bu işi görə bilərmi?”


Teyyül-ərzİn həqİqətİ nədİr?


Əllamə Təbatəbayidən soruşurlar ki, teyyül-ərzin həqiqəti nədir? Buyurur ki, yeriyənin addımları altında yeri bükməkdir.
Mərhum Qazi ziyarət əyyamında həmişə Nəcəfdən Kərbəlaya gələrdi. Heç kim onun maşına mindiyini görməzdi. Bu sirdən heç kim xəbərdar deyildi. Bazar satıcılarından birindən başqa. O, Məşhədə gedir və mərhum Qazini orada görür. Həmin şəxs Nəcəfə qayıdan zaman Mərhum Qazini Məşhəddə gördüyünü söyləyir.
Teyyül-ərz, yəni insan İlahi iradə ilə bədənini məqsədində tutduğu məkana çağırır.


ƏQİQƏ NƏDİR?


Əqiqə yeni doğulmuş körpə üçün yerinə yetirilən müstəhəb bir işdir. Müstəhəbdir ki, yeni doğulmuş qız uşağı üçün dişi heyvan, oğlan uşağı üçün erkək heyvan əqiqə edilsin. Əqiqə, körpənin yeddi günlüyündə edilsə yaxşıdır.


\"SUBHANƏLLAH\" KƏLMƏSİNİN MƏNASI NƏDİR?


Bu zikrin məfhumu Allahın təqdis olunması, hər bir nöqsan və eybdən uzaqlaşdırılmasıdır.
“Subhanəllah” kəlməsi həm islami düşüncə və əqidələrin kökü, həm də insanın Allahla və kamillik sifətləri ilə əlaqəsinin əsası olan bir həqiqəti bəyan edir.
İzah: “Tövhid” Allaha təsbihə əsaslanır. Yə’ni, Allahı şəriklərdən uzaq bilmək.


NAMAZDAN ƏVVƏL AZAN VƏ İQAMƏ DEMƏYİN FƏLSƏFƏSİ NƏDİR?


Namazdan əvvəl oxunan azan və iqamənin çox böyük əhəmiyyəti vardır. Fəzl ibni Şazan İmam Rzadan (ə) nəql edir ki, buyurub: “İnsanlar ona görə azan deməyə əmr olunublar ki, çox sayda hikmət və səbəbləri vardır. O cümlədən unudanlar üçün bir yada salma, qafillər üçün ayıltmadır. O kəslər ki, namazın vaxtını bilmir, ya da başqa işlə məşğuldurlar, namaz vaxtı ilə tanış olarlar.


ALLAH TƏALA HANSI PEŞƏNİ BƏYƏNİR?


İslam dinində peşə və sənət ən müqəddəs məsələlərdəndir və hətta ibadət belə sayılır. İslam dini həmişə ardıcıllarını iş görməyə, zəhmətə çəkmətə təşviq etmişdir.
Allah yerdə və göydə olan İlahi nemətlərdən halal ruzi qazanmaq üçün istifadə etməyi mədh edir və bəyənir. Bu insanları Allah yolunda cihad edənlərə bərabər tutar. Ancaq tənbəl və səhlənkar insanları həmişə məzəmmət etmişdir.


NİYƏ MÖMİNLƏRİN BƏZİSİ YOXSULDUR?


Ətrafımızda elə insanlar vardır ki, səmimi qəlbdən Allahın buyurduqlarına əməl edərlər. Ancaq həyatlarında minlərlə kiçikli və böyüklü problem vardır. İstəklərinə və arzularına çatmazlar. Həmişə başqalarından geri düşərlər.


HƏQİQİ MUNİS KİMDİR? MUNİSLİYƏ NECƏ NAİL OLMAQ?


Həzrət Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq ki, insanın tək həqiqi dost və munisi Allahdır. Həzrət (s) bu haqda buyurur: “Allah hər kimin munisi və həmdəmi olsa, qəlbi pərişan və nigaran olmaz”.


İNSANIN ƏMƏLLƏRİNİ YAZAN MƏLƏKLƏR KİMDİR? GÜNAHIN YAZILMASINA NEÇƏ SAAT MÖHLƏT VERİLİR?


“Və əlbəttə, sizin üstünüzdə gözətçilər vardır. Şərəfli (möhtərəm) yazanlar (mələklər vardır). Onlar sizin nə etdiklərinizi (zahir və batini, ixlası və riyanı, kamal və nöqsan dərəcələrini) bilirlər”. (“İnfitar” 10-12).


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter