İslam maarifinin tapşırıqlarına əsasən Nə edək ki, insanların sevimlisi olaq?


İnsan xilqət baxımından həmişə sevilib və sevməyi xoşlayan varlıqdır. Bəs nə edək ki, başqaları tərəfindən sevilək?
1. Gülər üz. İmam Əli (ə) buyurur: “Sənin gülər üzün – ilk yaxşılığındır və sənin nəcibliyinə dəlalət edir”. İmam Əli (ə) buyurur: “Gülər üz düşmənçilik atəşini söndürər”.
2. İnsaflı olmaq. İnsana başqalarının məhəbbətini qazandıra bilən əməllərdən biri də insaflı olmaqdır. İmam Əli (ə) buyurur:“Hər kim insanlarla insafla rəftar edərsə, Allah onun izzətini artırar”.
3. İnsanlara “xoş gəlmisən” demək. İmam Əli (ə) buyurur: “Gülər üz, bəxşiş, yaxşılıq və “xoş gəlmisən” demək insanların dostluğuna səbəb olar”...


Allah-Taala (c.c)hansı 3 dəstə insanı həqiqi ziyankar hesab edir?!


Qurani-Kərim bu haqda buyurur: “Həmin kəsləri ki, Allahla əhd-peyman bağladıqdan sonra onu pozur (Allahın hökmləri əqli və nəqli cəhətdən sübuta yetirildikdən sonra onlarla müxalifət edir), Allahın, birləşdirilməsini əmr etdiyi şeyləri (qohum-əqrəba, Məsumlar (ə) və din kimi şeylərlə əlaqəni) kəsir və yer üzündə fitnə-fəsad törədirlər. Ziyana uğrayanlar da onlardır”. (“Bəqərə” 27).
1. İlahi əhd hər bir insan üçün fərqlidir. Peyğəmbərlər (ə), vəsilər (ə) üçün bir növdür, başqa insanlar üçün bir növdür. Kitab əhlinin boynunda olan əhd isə daha ağırdır.
2. Allah Təbarəkə və Təala istəyir ki, cəmiyyətdə həmişə əmin-amanlıq və hüzur olsun. Ona görə də sileyi-rəhmə həmişə təşviq etmiş və onun savablarını bəyan etmişdir: ömrü uzadar, ruzini artırar, yoxsulluğu uzaqlaşdırar...
3. Bu dəstə insanlar fasiq insanlardır ki, yer üzündə ancaq fəsad törətmək istəyirlər. Quran onların bu əməllərini xusran hesab edir və onları ziyankar adlandırır.


Hidayət istəyənə Əllamə Təbatəbai hansı qısa və dəyərli nəsihət etmişdir?!


Doğru yol istəyən şagirdlərinə mərhum Əllamə Təbətəbaidən qısa və mühüm nəsihət. – Mərhum Əllamə Məhəmməd Hüseyn Təbatəbai, İslamin böyük filosof və təfsir alimlərindəndir. O, həmçinin arif, böyük mənəviyyata sahib bir şəxs idi.
Bir çox dəyərli əsərin, o cümlədən “Təfsir-Mizan”ın sahibi olan mərhum Əllamə yazdığı əsərlərlə bərabər, verdiyi dəyərli həsihət və hikmətli kəlimələrlə də insanların qəlbini fəth edib. O böyük insandan nəql olunan xatirələrin birində qeyd olunur ki, Əllamə öz şagirdlərinə daim belə bir nəsihət edərdi: “Sübh yuxudan durandan nəzarət altında olduğunu bilən şəxs özünə nəzarət edə bilər...”


Hz Peyğəmbərin (s) hədisinə əsasən Pisliyi yaxşılığa çevirən 4 sifət hansılardır?!


Həzrət Peyğəmbər (s) buyurur ki, 4 şey pisliyi həsənəyə çevirər:
1. “Doğru danışmaq”. Allahın doğru danışan insandan xoşu gəlir. Çünki Allah Təala – doğruluq məzhəridir (simvoludur), salam məzhəridir, əmin-amanlıq məzhəridir.
2. “Həya və utancaqlıq hissi”. Əgər kiminsə həyası olarsa və xəcalət çəkərsə, Allah Təala onun günahlarını bağışlayar. Pis işlərini aradan aparar və onun yerinə həsənə yazar.
3. “Xoş əxlaq”. O bəndə bəyənilən olar ki, namazında, orucunda, başqalarına xidmətdə və gözəl əxlaqda olar. Allah insanların xoş əxlaqlarını sevir və ona görə də bu sifəti onun pisliklərini aradan aparar və həsənəyə çevirər. Yeri gəlmişkən, gözəl sözün gətirdiyi bərəkətlərə nəzər salaq...


Nəfsani istəklərin insana 6 növ təsiri hansılardır?!


Nəfsani istəklər insanın ruhuna və cisminə necə təsir edir? Bu təsirlərdən bəzisi ilə tanış olaq:
1. Əməli qəlb üçün bəzəyir. “Və onun köynəyinin üzərində yalançı qan gətirdilər. (Ata) dedi: « Əksinə, nəfsiniz (pis) işi nəzərinizdə gözəl göstərmişdir. Buna görə də gərək gözəl bir səbir edəm. Sizin dediyiniz şey barəsində yalnız Allahdan yardım diləmək lazımdır»”. (“Yusif” 18).
2. Qəlb, əmələ qarşı müsbət nəzərdə olur. Nəhayət əməl üçün hökm verir. “Bəs nə üçün Bizim əzabımız onlara yetişəndə, boyun əymədilər və yalvarıb-yaxarmadılar? Əksinə, onların qəlbləri daşlaşdı və şeytan etdiklərini (günahları) bəzəyərək onlara gözəl göstərdi”. (“Ənam” 43).
3. Nəfsani istəklər qəlbin qərarlarına təsir edər. “Buna görə də nəfsi istəyə tabe olmayın ki, (nəticədə) haqdan üz çevirəsiniz”. (“Nisa” 135)...


İnsan niyə söyüş söyür? Necə xilas olmaq olar?!


Dilin bəlalarından biri də söyüş söymək və pis sözlər deməkdir. İnsan bu zaman qəbahətli sözləri dilinə gətirər və qarşı tərəfə nisbət verər. İnsanlıq şənindən uzaq sözlərin dilə gəlməsi onun məqamını alçaldar və Allah yanında xar edər. Ona görə də mömin gərək dilini bu kimi sözlərə adət etdirməsin, əksinə onları söyləməkdən çəkinsin və dilinə nəzarət etsin. Hətta istisnavi hallarda belə, dilinə hakim olmağı bacarsın. Bəs söyüş söyməyə hansı amillər səbəb olur?
1. Qəzəb. O zaman ki, insan başqa bir insandan narazı olur və qəzəblənir, ona əziyyət vermək istəyir. Söyüş yolu ilə onu incitmək istəyir. Yəni, söyüş söyməklə bir növ öz ürəyini sakitləşdirmək, onu incidən adamı sarsıtmaq istəyir. Halbuki, özünü həmin zülm edən insanla bir səviyyəyə qoyur.
2. Adət. O zaman ki, insan alçaq və fasiq insanlarla dostluq edir, istər-istəməz onların pis sözləri dilinə hakim olur və adət halını alır. Bu zaman insan dediyi sözlərə diqqət etmir və nə qədər çirkin bir iş gördüyünü hiss etmir...


Qəzəbin qarşısında qoyulan hansı 5 yolla özünü idarə etmək olar?!


Qəzəb – lənətlik şeytandandır və ona görə də insan qəzəbə qalib gəlməyi bacarmalıdır. Bunun üçün beş əməl tövsiyə olunur.
1. Səbir silahı. Qəzəbin tormozunu çəkə bilən əməllərdən biri – səbir silahıdır. Səbir, insanın daxili və mənəvi sabitliyindən xəbər verər. Səbir, insana həyəcan və hisslərini kontrolda saxlamağa yardım edər. İmam Əli (ə) buyurur: “Səbir – yəni insan ona çatan müsibətə dözsün və o şey ki, onu qəzəbləndirər – onu yatızdırsın”.
2. Göz yummaq. Dinimiz göz yummağa təğaful deyir. Yəni, insan özünü qəflətə və xəbərsizliyə vurar. Sanki heç bir söz eşitməmiş və heç bir hadisə olmamışdır. İmam Əli (ə) buyurur: “Hər kim işlərin çoxunda təğaful etməz və göz yummazsa – həyatı zülmətli olar”. Bu tövsiyə xüsusilə ailəli insanlara aiddir.
3. Tələsməkdən qaçmaq. Əgər insan qəzəbləndiyi mövzuda bir neçə dəqiqə səbir edərsə və tələsməzsə, o zaman ağlı işə düşər və bu mövzunu ağlı ilə həll etməyə fürsət tapar. İmam Əli (ə) buyurur: “Heç bir zaman qəzəblənməyə tələsmə, çünki adət kimi sənə hakim olar”...


Möminə yaraşmayan Sui-zənni müalicə etmək olarmı?


Sui-zənni tərk etmək istəmək – əslində müalicənin yarısı deməkdir. Çünki insan bu əxlaqi xəstəliyini dərk edər və onu aradan qaldırmaq əzminə malik olar. Artıq bu yolda ilk addımı atmış sayılar. Sui-zənni müalicə etmək üçün bəzi tövsiyələr verilir ki, onlara nəzər salaq:
1. Sui-zənni məzəmmət edən ayə və hədisləri oxumaq və onlar haqqında təfəkkür etmək.
2. Nə zaman kiməsə sui-zənn etdiniz, çalışın bu sui-zənni hüsnü-zənnə çevirib, rəftarınızı o şəxsə qarşı yaxşı edəsiniz. Nəticədə bu rəzil sifət zəifləyəcək və sizi tərk edəcəkdir.
3. Nə zaman sui-zənn etsəniz, Allaha pənah aparın, istiğfar və tövbə ilə Ondan yardım istəyin. Bu tövsiyələrə əməl etmək sayəsində insan sui-zənn kimi rəzil xislətdən islah oluna bilər.


Əhdi pozanlara hansı beş ilahi əzab verilər?!


Qurani-Kərimdə buyurulur: “Həqiqətən, öz əhd-peymanları və andları(nı – dini qəbul etmək barəsində olan əhd-peymanlarını və haqqa kömək üçün olan andlarını pozmaq) müqabilində ucuz bir qazanc (vəzifə və mal) əldə edən kəslərin axirətdə bir payları yoxdur. Həmçinin, Allah onlarla danışmayacaq, Qiyamət günü onlara (rəhmət) nəzər(i) salmayacaq, onları paklaşdırmayacaq və onlar üçün ağrılı bir əzab olacaqdır”. (“Ali-İmran” 77).
Bu mübarək ayədə əhdi pozanları gözləyən beş İlahi əzaba işarə edilmişdir:
1. Axirətdə bəhrəsiz qalmaq. 2. İlahi xitabdan məhrum olmaq. 3. İlahi lütfdən məhrum olmaq. 4. Günahdan pak olmaqdan məhrum olmaq. 5. Ağrılı əzaba düçar olmaq.


Övladın tərbiyəsi hansı 4 yolda olmalıdır?!


Ailə - kiçik bir cəmiyyətdir ki, körpə orada böyüyər və tərbiyə alar. Hər nəyi görərsə, təqlid edər və təkrar edər. Ya həmin qalada süqut edər, ya da ucalar. Çünki insan şəxsiyyətinin xəmiri ilk olaraq ailədə yoğrular və ora nə qatılarsa, ömrü boyu onu izləyər və ona təsir qoyar. Ona görə də valideynlər əgər sağlam və dindar övlad böyütmək istəyirlərsə, gərək dinimizin tərbiyə üçün buyurduğu dörd yolu özləri üçün sərlövhə qərar versinlər. Bu yollar ilə tanış olaq:
1. Tanıma. Əgər övladınızın dindar və sağlam ruhiyyəli böyüməsini istəyirsinizsə, onu, uyğun dərk səviyyəsində Allah və din ilə tanış etməlisiniz. Yəni, dinin toxumları ona, ilk dil açdığı və ətrafını dərk etməyə çalışmaq istədiyi mərhələdə səpilməlidir. Uşaq gərək din sahəsində zənn və gümanlara söykənməsin. Çünki Quran buyurur: “(Etiqad, danışıq və əməldə) bilmədiyin şeyin arxasınca getmə. Çünki qulaq, göz və ürəyin hər biri sorğu-suala tutulacaqdır (insandan onların işləri barədə və onlardan öz işləri barəsində soruşulacaqdır)”. (“İsra” 36)...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter