Mömində hansı 3 sifət olsa, Qiyamət günü rəhmət kölgəsində olar?


İmam Səccad (ə) buyurur: “Bu üç sifət hansı mömində olarsa, Allahın pənahında olar, Qiyamət günü İlahi ərşin rəhmət kölgəsində olar və məhşər səhrasının çətinliklərindən amanda olar: 1. Yoxsullara və yardım istəyənlərə köməyini əsirgəməsin.
2. Hər bir hərəkət etməzdən əvvəl düşünsün. O işi ki, görmək istəyir və ya o sözü ki, demək istəyir – Allahın onda razılığı vardır, yoxsa qəzəbi.
3. Başqalarının eybini tutmazdan və deməzdən əvvəl, öz eyiblərini aradan qaldırmaq üçün səy göstərsin”. (İslami saytlara istinadən)/Deyerler.


Hansı yalanlara insan öyrəşir və onlara qarşı səhlənkarlıq edir?!


Yalan – kəbirə günahdır və başqa günahların qapısı hesab olunur. Hər kim yalan danışar, o biri günahları da asan yerinə yetirər.
Bəzi haram yalanlar vardır ki, insanlar ona qarşı səhlənkarlıq edərək yerinə yetirərlər. Ancaq əslində bu yalanlar da haram hökmündə gedir.
Misal üçün, insanların adət etdiyi sözlərdə bəzən elə yalanlar olar ki, ardınca böyük bəlalar gətirər. Misal üçün deyərlər ki, Allah şahiddir ki, belədir. Halbuki, başqa cür olduğunu bilirlər, ancaq yalan deyirlər və Allahı da şahid tuturlar. Həzrət İsa (ə) bu cür günahlar barəsində buyurur: “Bu, Allah yanında böyük günahlardandır”.
Başqa hədisdə oxuyuruq ki, əgər bəndə yalan işə görə Allahı şahid tutarsa, Allah buyurar: “Məndən zəifini tapmadın ki, Məni bu yalan iş üçün şahid tutursan?!”.


Kişinin ailə qarşısında vəzifəsi, övladın ata üzərində haqqı nələrdir?!


Övladın ən böyük vəzifəsi – valideynlərinə itaət etmək və onların hörmətini saxlamaqdır. Məsumlarımız (ə) bizə ataların uca məqamından xəbər verir ki, onlarla tanış olaq.
Bir nəfər Peyğəmbərin (s) yanına gəlir və deyir: “Atam istəyir ki, mənim malımı özününkü etsin”. Həzrət Rəsuli-Əkrəm (ə) buyurur: “Sən də, malın da - atanındır”.
Həzrət Rəsulallah (s) başqa yerdə buyurur: “Allahın razılığı – atanın razılığındadır. Allahın narazılığı – atanın narazılığında”. İmam Səccad (ə) buyurur: “Allah o kəsdən razıdır ki, ailəsini daha çox rifah və nemətdə qərar verər”.İmam Sadiq (ə) buyurur: “Kişi ailəsini idarə etmək üçün gərək üç işi yerinə yetirsin:
1. Xoş rəftar. 2. Ölçüsündə olan əliaçıqlıq. 3. Qeyrət”.


İslam maarifinə əsasən Sirri gizlətməyin faydaları nələrdir?! Məsumlardan hədislər


Sirr saxlamaq və onu ifşa etməmək – möminin bariz sifətlərindəndir. Hər kim sirr saxlamağı bacarırsa, deməli mömin olmağa layiq insandır. Məsumlarımız (ə) özləri sirr saxlayan olub, bizləri də bu fəzilətli əmələ dəvət ediblər.
İmam Əli (ə) buyurur: “O kəs ki, öz sirrini gizlədər, seçim qüdrəti öz əlində olar”.
Həzrət Əli (ə) yenə buyurur: “Sirrini, etimad etdiyin kəsdən başqasına tapşırma”.
İmam Sadiq (ə) buyurur: “Sirri ifşa etmək – süqut mənbəyidir”.


Hansı bədən üzvü onun kimi əzab görməz?!


Ayətullah Cavadi Amuli əxlaq dərslərindən birində dilin ziyanlarına işarə edərək buyurmuşdur: “İmam Əli (ə) “Nəhcul-bəlağə”də buyurur: “Dil – o vəhşidir ki, əgər boş buraxsan, sənə ziyan vurar və səni parçalayar”. Həqiqətən də, dil – bir əqrəbdir ki, əgər siz onu boş buraxsanız, sizi ziyana sala bilər. Dil haqqında nəinki Ğəzali, o cümlədən başqa alimlər də 20-dən çox günah saymışdılar. Onlar deyirlər ki, bədən üzvlərindən ən çox günah edəni – məhz dildir. Nəql edilir ki, dil hər gün bədən üzvlərinə sual verir ki, halınız necədir? Onlar da cavabında deyirlər ki, əgər sən imkan versən, biz amanda olarıq. Həzrət Peyğəmbər (s) buyurur: “Allah dilə elə əzab verər ki, heç bir başqa üzvə o qədər əzab verməz. Dil deyər: “Ey Pərvərdigara! Mənə elə əzab verdin ki, heç bir şeyə belə əzab verməmisən”. Cavabında deyilər: “Səndən elə bir söz xaric olmuşdur ki, Yer kürəsinin şərqinə və qərbinə çatmışdır. Ona görə nahaq qan tökülmüşdür, mal qarət olmuşdur, namus tapdalanmışdır””.


Simicliklə necə mübarizə apa bilərik? Qurani-Kərimin tapşırıqları


Simiclik rəzil sifətlərdəndir ki, insanı həm digər insanlardan və həm də Allahdan uzaqlaşdırar. Ona əzab və qəmdən başqa bir şey gətirməz.
Bəs nə edək ki, simicliyimizi aradan apara bilək? Dar düşüncə həmişə ağlın düşməni olmuşdur. Ona görə də bir qədər geniş düşüncəyə malik olub, bu mövzudan çıxış yolu tapmaq lazımdır. Hər kim bu xəstəlikdən xilas olarsa, nicat tapar. “Nəfsin xəsisliyindən qorunub saxlanılan kimsələr – məhz onlar nicat tapanlardır”. (“Həşr” 9).
1. Borc vermək. Başqalarına borc vermək – simicliklə mübarizə aparmağın yollarından biridir. İnsan bu əməli ilə həm Allahı razı salar və həm də simicliyinin qarşısını bir qədər alar. “Kim Allaha gözəl bir borc verməyə hazırdır ki, Allah (da) onu (qaytararkən) onun üçün neçə qat artırsın? (Ruzini) azaldan da, çoxaldan da Allahdır. Ona tərəf qaytarılacaqsınız”. (“Bəqərə” 245)...


İnsanlar arasında əlaqənin kəsilməsinə səbəb olan 3 amil hansılardır?!


İmam Sadiq (ə) buyurur: “Qardaşlar öz aralarında üç şeyə ehtiyac duyurlar. Əgər istifadə etsələr, dostluq yaranar, əks halda bir-birindən ayrılar və düşmən də olarlar. Bu üç şey bunlardır: bir-birinə qarşı insaflı olmaq, bir-biri ilə mehriban olmaq, bir-birinə həsəd aparmamaq”. Deməli, əlaqənin kəsilməsinə səbəb olan birinci amil: bir-birinə qarşı insaflı olmamaq. İkinci amil: bir-birinə qarşı mehriban olmamaq. Üçüncü amil: həsəd aparmaqdır. Hədisin söylədiyinə görə, bu üç amil insanı başqalarından uzaq salar və hətta düşmən belə edə bilər. Bəs insaf nədir? İnsaf - əxlaqın gözəl sifətlərindən biridir ki, ədalətli olmaq, insanların haqqını vermək, özün üçün istədiyi xeyri başqası üçün də istəyəsən, özün üçün bəyənmədiyin ziyanı başqası üçün də bəyənməyəsən mənasını verir. İnsaf - yəni ədaləti iki yerə bölürsən, özünlə başqaları arasında. Özünü başqalarından üstün bilmirsən...


Həsəd aparan insanla necə rəftar etməliyik? Məsumlardan hədis


İslam dini həsəd aparan insanlarla necə rəftar etməyimizi bizə tövsiyələr və nəsihətlər şəklində öyrətmişdir ki, onlarla tanış olaq.
1. Həsəd aparan insanla yola getmək lazımdır. İmam Sadiq (ə) buyurur: “İnsan üç şeydən qaça bilməz: ürəyi yanan insanlarla məsləhət etməkdən, həsəd aparan insanla yola getməkdən, insanlarla dostluq etməkdən”. Yola getmək deyildikdə, həmin insana qarşı mülayim olmaq və mehribanlıq nəzərdə tutulur. Hədislərimiz bizi ətrafımızda olanlarlamehriban olmağa dəvət edir və belə rəftarın dünya və axirət faydalarından xəbər verir.
2. Həsəd aparan insanın gözünün önündən nemətləri yığışdırmaq. Həzrət Peyğəmbər (s) buyurur: “Hacətlərinizin həyata keçməsi üçün gizlilikdən yardım alın. Çünki hər nemət sahibi həsəd oluna bilər”.
3. Allaha pənah aparın. Quran bizə öyrədir ki, hər bir həsəd aparanın şərindən Ona pənah aparaq. “Və paxıllıq etdiyi zaman paxılın şərindən”. (“Fələq” 5).




Niyə İmam Hüseyn (ə) İmam Həsəndən (ə) kasıba kömək edərkən 1 dinar az ehsan etdi?


İbni Qətiyyə nəql edir: “Bir nəfər İmam Həsənin (ə) yanına gəlir və Həzrətdən (ə) yardım istəyir. Həzrət (ə) buyurur: “(Verməli olduğum yardım) Məgər ağır borc, ya xar edən yoxsulluq və ya əda etməli olduğun diyədir ki, rüsvaylığa səbəb olar?”. Həmin şəxs deyir: “Onlardan biri üçün sizin xidmətinizə gəlmişəm”. İmam (ə) əmr edir ki, ona yüz dinar pul versinlər. Həmin şəxs sonra İmam Hüseynin (ə) xidmətinə gedir və yardım istəyir. İmam (ə) da qardaşının dediyi sözləri təkrar edir, həmin cavabı eşidir. İmamHüseyn (ə) həmin şəxsdən soruşur: “Qardaşım sənə nə qədər (pul) vermişdir?”. Həmin şəxs deyir: “Yüz dinar”. İmam Hüseyn (ə) əmr edir ki, ona 99 dinar versinlər. Çünki ehtiram qoymaq baxımından, qardaşıilə bərabərlik etmək istəmirdi”.


İnsanların ən pisi olmamaq üçün hansı xislətdən uzaq olmalıyıq?!


... Quran və hədislərimiz söz gəzdirməyin rəzil sifət olduğunu vurğulayaraq, ona görə əzab veriləcəyi barədə xəbərdarlıq edirlər.
“Allahın (tövhid və dinin qəbul edilməsi barəsindəki) əhd-peymanını (möcüzələr və dəlillərlə) möhkəmləndirdikdən sonra pozan, Allahın birləşilməsinə əmr etdiyi şeyi qıran və yer üzündə fəsad törədən kəslər üçün lənət və bu dünyanın pis sonu vardır”. (“Rəd” 25).
Hər kim söz gəzdirər – yer üzündə fəsad törədənlərin cərgəsinə qoşulur. O, möminlər arasında olan ülfət və məhəbbəti zəiflədər, düşmənçilik toxumları əkər. Ona görə də Allah bu cür insanları lənətləmişdir. Həzrət Peyğəmbər (s) buyurur: “Qiyamət günü ən çox giriftar olanlar o kəslərdir ki, yersiz danışan olmuş və dilləri nəzarətsiz olmuşdur”.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter