Nə üçün İmam Hüseynİn (ə) qəbrİnİ zİyarət etməyə gedİrİk? Bu zİyarətİn faydası nədİr?
Həzrət İmam Hüseynin qəbrini ziyarət etməyin özünə məxsus fəlsəfəsi vardır. Onlardan bir neçəsinə işarə edirik:
1- Bildiyimiz kimi Əhli-beytə (ə) olan sevgi və məhəbbət Qurani-Kərimdə vacib sayılmışdır(Şura surəsi, ayə 23). Bundan əlavə əziz Peyğəmbərimizin (s) «Hər kəs Hüseyni (ə) sevsə məni sevmiş olur, məni sevən isə Allahı sevmiş olur.
Kərbəla qİyamı bİzə nə öyrədİr?
İmam Hüseyn (ə) öz şəhadətilə bizə azadlığın qiymətini, dəyərini anlatdı. Azad insanın heç vaxt zillətə qul olmadığını, dünyanın və bər-bəzəklərin qarşısında əyilmədiyini nümayiş etdirdi. Haqq yolda olduğuna inanaraq, adəm övladının ürək bağlaya biləcəyi bütün maddi həvəsləri kənara atıb, özünü və ən çox sevdiyi yaxınlarını Allah yolunda qurban verdi. Onun; «şərəfli ölüm, zillətlə yaşamaqdan üstündür!(1)» kəlamı, yer üzünün bütün azadələrinə ibrət dərsi oldu.
İmam Hüseynə (ə) ağlamağın nə fəzİlətİ vardır?
Rəvayətlərdə şəhidlər sərvəri İmam Hüseynə (ə) ağlayan, kədərlənən, yaxud növhə, mərsiyə oxuyan şəxslər haqqında çoxlu fəzilətlər qeyd edilmişdir.
İmam Rzadan (ə) nəql edilən bir rəvayətdə oxuyuruq:
“Ağlamaq istəyən şəxs İmam Hüseynə (ə) ağlasın. Çünki, O həzrətə ağlamaq günahların bağışlanmasına səbəb olur”.
“SALİHUL-MUMİNİN” (MÖMİNLƏRİN ƏMƏLİSALEHİ) AYƏSİNDƏ NƏ DEYİLİR?
“Təhrim” surəsinin 4-cü ayəsində Allah-taala Peyğəmbəri-əkrəmin (s) bəzi zövcələrinə xitabən buyurur:
إِن تَتُوبَا إِلَى اللَّهِ فَقَدْ صَغَتْ قُلُوبُكُمَا وَإِن تَظَاهَرَا عَلَيْهِ فَإِنَّ اللَّهَ هُوَ مَوْلَاهُ وَجِبْرِيلُ وَصَالِحُ الْمُؤْمِنِينَ وَالْمَلَائِكَةُ بَعْدَ ذَلِكَ ظَهِيرٌ
“Əgər (siz iki qadın) ona qarşı bir-birinizə kömək etsəniz də (əlinizdən bir iş gəlməyəcək), çünki Allah onun mövlası (hamisi), Cəbrail və əməlisaleh möminlər, bunlardan sonra mələklər onun köməkçiləridir.”
Peyğəmbərlərİn möcüzələrİndəkİ fərqlərİn hİkmətİnədİR?
İmam Hadi (ə)(Musanın əsa, nurani əl və caduya qarşı vasitələrlə, İsanın təbabət vasitələri və Məhəmmədin (Ona, əhli-beytinə və bütün peyğəmbərlərə Allahın salamı olsun) söz və kəlamla göndərilməsinin səbəbi haqda ibn Sikkitin sualına cavabından): «Allah Musanı (ə) göndərəndə cadugərlər zəmanə əhlinə qalib gəlmişdi. O, Allah tərəfindən camaata elə bir şey gətirdi ki, onların qüdrətindən xaric idi. ...
Xasİfun-nəl hədİsİ hansı hədİsdİr?
İbn Əbil Hədid «Nəhcül Bəlağə»nin şərhinin altıncı cildində 79-cu xütbəni şərh edərkən Əbu Müxnəfdən belə nəql edir: Aişə Ümmü Sələməni aldatmaq və onu Osmanın qanının tələbi üçün qiyama təşviq etmək üçün onu yanınagəlib dedi: Əbi Üməyyənin qızı, Sən Peyğəmbərin(s) xanımlarının arasından hicrət edən ilk adamsan və onun xanımlarının hamısından böyüksən, və həzrət bizim aramızda növbəni sənin evindəbölürdü, Cəbrail hamıdan çox sənin evinə get-gəl edirdi. ...
Səcdə üçün hansı torpaq fəzİlətlİdİr
Yüz illər boyunca Əhli-beytə məhəbbəti olanlar namaz vaxtı bu pak torpağın üstünə səcdə etməyi özlərinə fəxr biliblər. Kərbəla torpağı bütün torpaqlar içində ən fəzilətli olduğu üçün, onun üzərinə səcdə etmək də xüsusi üstünlüyə malikdir. ...
Zəqqum nədİr? Zəqqumun acılığının sİrlərİ nədİr?
Zəqqum - Cəhənnəmdə bitib acı, zəhərli meyvəsi Cəhənnəmliklərə yediriləcək ağacdır. Ərəb dilində \"şəcərətüz-zakkum\" (\"mənşəyi zəhər olan\") adlanır.
Qurani-Kərim zəqqumu ümumiyyətlə \"Cəhən-nəm xalqına əziyyət çəkdirən yemək\" olaraq açıqlamışdır. Hədislərə görə, əgər Cəhənnəm zəqqumundan bir damla Yer üzünə damladılsa, insanların həyatını zəhər edər.
Nə üçün İmam Hüseyn (ə) qİyam üçün Kufənİ seçdİ?
Tarix boyu hər bir alim bu suala öz elmi səviyyəsi və qəbul etdiyi mənbələr əsasında cavab verib. Bu sualın cavabını ikiqat əhəmiyyətli edən bə`zi məsələlər var:
İmam Hüseyn (ə) öz siyasi-hərbi hərəkatında zahirən məğlub oldu. Bu məğlubiyyətin ilkin səbəbi qiyam üçün Kufənin seçilməsi idi.
Kərbəla zİyarətİnə necə gedİlməlİdİr?
Çox insan Kərbəlaya gedib. Şimr (məlun)-da İmam Hüseyn (ə)- ın başını Kərbəlada kəsib. Hər Kərbəlaya gedən əgər bu şərəfə nail olsa, onda Şimir və başqa ona bənzər insanlar da Kərbəlada olublar. Allahın bu ziyarət müqabilində verəcəyi dünya fəzilətinin, axirət fəziləti və həm də mənəviyyatın nuraniliyinin qazanılmasında bir şərt. O ziyarətin şərti var, elə belə deyil.