Xasİfun-nəl hədİsİ hansı hədİsdİr?
İbn Əbil Hədid «Nəhcül Bəlağə»nin şərhinin altıncı cildində 79-cu xütbəni şərh edərkən Əbu Müxnəfdən belə nəql edir: Aişə Ümmü Sələməni aldatmaq və onu Osmanın qanının tələbi üçün qiyama təşviq etmək üçün onu yanınagəlib dedi: Əbi Üməyyənin qızı, Sən Peyğəmbərin(s) xanımlarının arasından hicrət edən ilk adamsan və onun xanımlarının hamısından böyüksən, və həzrət bizim aramızda növbəni sənin evindəbölürdü, Cəbrail hamıdan çox sənin evinə get-gəl edirdi. Ümmü Sələmə dedi: Bu sözləri nə üçün deyirsən? Aişə dedi: Abdullah ibn Zubeyr mənə xəbər verdi ki, o qövm, öncə Osmandan tövbə etməsini istədi və tövbə edən kimi onu ağzıoruc halda özü də haram ayda öldürdülər. İndi mən Bəsrəyə getməyi qərara almışam, Təlhə və Zubeyr də mənimlə olacaqdır. Sən də bizimlə gəl bəlkə Allah Təala bizim vasitəmizlə bu işi islah elədi. Ümü Sələmə dedi: Sən dünən camaatı Osmanın əleyhinə qaldırır, onun barəsində ən pis sözləri deyirdin. Onun barəsində sənin dilindən «Nəsəl»dən (axmaq yəhudi) yaxşı söz çıxmırdı. Sən özün Əli ibn Əbi Talibin(ə) Peyğəmbərin(s) nəzərindəki məqamını bilirsən. İstəyirsənmi onların bəzisin sənin yadına salım? Aişə dedi: Bəli.
Yadına salıram ki, mən və sən Peyğəmbərlə(s) birlikdə səfərdə idik. Əli(ə) o səfərdə Peyğəmbərin(s) geyim və ayaqqabılarının mühafizəçisi idi. Onları təmir etmək və yumaqla məşğul idi. Təsadüfən Peyğəmbərin(s) ayaqqabılarından biri deşildi. Elə bu vaxt atanla Ömər gəlib icazə istədilər. mən və sən pərdənin arxasına keçdik. Onlar daxil oldular və Peyğəmbərlə(s) istədikləri barədə söhbət edib dedilər: Ey Allahın Rəsulu, biz bilmirik ki, sən nə qədər bizimlə qalacaqsan. Əgər məsləhət bilsən bizə, səndən sonra kimin xəlifə olacağını de ki, səndən sonra o bizə pənah yeri olsun. Peyğəmbər(s) o iki nəfərə buyurdu: İndicə mən onu görürəm. Əgər onu sizə tanıtsam, ondan Bəni-israil Harun ibn imrandan qaçdığı kimi uzaq qaçacaqsınız. O ik nəfər sükut edib çıxdılar. Biz pərdənin dalından çıxıb gəldik. Sən Peyğəmbərə bizim hamımızdan çox cəsarət edirdin. Odur ki, dedin: Ey Allahın Rəsulu, onlara kim xəlifə olacaqdır? Buyurdu:
خاصف النعل - ayaqqabını təmiz edən. Diqqətlə baxıb Əlidən(ə) başqa heç kəsi görmədik. Sən dedin: Ey Allahın Rəsulu, mən Əlidən başqa heç kəsi görmürəm. Buyurdu: Bəli, elə odur. Aişə dedi: Xatirimdədir. Ümmü Sələmə dedi: onda sənin qiyamının nə mənası vardır? Aişə dedi: Xalqın arasında sülh yaratmağa gedirəm. Allahın istəyilə bu işdə ümidliyəm. Ümmü Sələmə dedi: özün bilərsən. Aişə geri döndü.