Bəndənin Allahdan bərəkət qazanmasının əlamətləri nələrdir?


Bəndənin Allahdan bərəkət qazanmasının əlamətləri nələrdir?Əli (ə) buyurmuşdur: \"İnsanın ilahi dərgahdan rəhmətə və bərəkətə sahib olmasını üç əlaməti vardır: 1-Az danışar, Az yeyər və az yatar\". (Elm və mərifət insanı hidayət edər və üç qeyd olunan pis əməllərin nəticələrindən amanda saxlaya bilər.


Hansı dəstə insanlar lənətlənmişlər?


Hansı dəstə insanlar lənətlənmişlər?Peyğəmbərin (s) rəvayətində bəzi dəstə insanlar lənətlənmişlər (yəni rəhmət və bərəkətdən məhrum olarlar). Onlar ibarətdirlər: 1- Allahın haramını halal bilənlər. 2-Allahın kitablarına artıranlar (eləcə də azaldanlar). 3-Allahın yazısına (olan şeyləriə nisbətdə Allahın elminə) imanı olmayanlar. 4-Peyğəmbərin (s) Əhli-beyti () haqda haram və vaciblərin əksinə əməl edənlər. 5-Peyğəmbər (s) sünnətini məhv edənlər və sair.ə


Yaxşı bəndəliyin 5 əsas qaydaları hansılardır?


Yaxşı bəndəliyin 5 əsas qaydaları hansılardır?“Nəhcul-bəlağə” başdan başa nəsihətlərlə dolu bir kitabdır. Əgər onlara qulaq assaq, dünya və axirət səadətinə (gözəl bəndəliyə) çata bilərik. İmam Əli (ə) “Nəhcul-bəlağə”nin 82-ci xütbəsində buyurur: “Sizə beş şeyi tövsiyə edirəm. Əgər onların hər biri üçün dəvələrinizi sürətlə çapsanız, səfərin əziyyətinə dözsəniz - daha layiqli olar: 1. Sizlərdən heç kəs Allahdan qeyrisinə ümidvar olmasın. 2. Öz günahınızdan qeyrisindən qorxmayın. 3. Əgər birinizə sual verilsə və cavabını bilməsə, xəcalət çəkməsin, desin ki, bilmirəm. 4. O kəs ki, bilmədiyini öyrənərsə, xəlacət çəkməsin. 5. Səbir etmək, imanda səbir - mömin üçün bədənin başı kimidir. Səbirsiz olan iman - başsız bədən kimidir və dəyəri yoxdur”.


Hər kəsdə bes xususiyyət tapilmasa onda dunya və axirət xeyri olmaz?


Hər kəsdə bes xususiyyət tapilmasa onda dunya və axirət xeyri olmaz? İmam Rza (ə) buyurur: Hər kəsdə bes xususiyyət tapilmasa onda dunya və axirət xeyri olmaz: 1. Etimad xasiyyəti olmayan. 2- kərəm simasına sahib olmayan, 3. Həyatinda iradəsiz. 4. Iffəti olmayan. 5. Allahdan qorxmayan.


İnsafın 3 tərkib hissəsi hansilardir?


İnsafın 3 tərkib hissəsi hansilardir?İmam Sadiqin (ə) buyurdu: ... “Allah bəndələrinin ən ağır vəzifələri üç şeydir:
1. Özünlə insanlar arasında insafa riayət etmək. Din qardaşınla elə rəftar et ki, səninlə də bu cür rəftar etməsini istəyərdin. 2. Malını din qardaşlarından əsirgəmə və onlara qarşı xeyirxah ol. 3. Hər bir halda Allahı yada sal. Allahı yada salmaqda məqsəd o deyildir ki, davamlı olaarq “Sübhənallah”, “Əlhəmdulillah” desin. Bəlkə məqsəd budur ki, əgər haram malla qarşılaşsa, Allahı yada salsın və həmin işi görməsin”.


Əgər ağıl varsa dinə nə ehtiyac duyulur?


Əgər ağıl varsa dinə nə ehtiyac duyulur?Cavabda belə deyirik ki. İki cəhət əsas tutula bilər: 1-İnsan bütün mümkün faydaları əldə etmək istəyində olan bir varlıqdır. Eləcə də 2-Din əsassız istək və şəhvətləri kontrol edəndir və dinin qəlblərə hakim olduğu cəmiyyətlərdə heç bir ixtilaf nəzərə çarpmaz. Əgər cəmiyyət şəhvət və günah girdabındadırsa, əlbəttə ki, dinin özündən imtina edəcək. Deməli əql dindən birlikdə olanda səadət gətirən olar. Təklikdə başqa bir qüvvələrin nəfsani istrəklərin əhatəsi nəticəsində zəlalət yolunu gedə bilər.


Tələbə vətəndən uzaq bir məsafədə təhsil aldıqda namaz və oruclarının hökmü nədir ?


Tələbə vətəndən uzaq bir məsafədə təhsil aldıqda namaz və oruclarının hökmü nədir ?Xamenei həzrətləri bu haqda 654-cu suala cavab olaraq buyururlar: İbadətləri (namazları qəsr və oruc tutması icazəli deyil) vətənindən qıldığından fərqli olacaq. Yəni səfərdə olan şəxsin hökmünü daşıyacaq.


Övladlığa götürülmüş uşaq məhrəmdir?


Övladlığa götürülmüş uşaq məhrəmdir?Övladlığa götürülmüş uşaq məhrəm deyil. bəzi yollarla naməhrəmlik hökmündən azad ola bilər. İki əsas yolu bunlardır. Süd vermək (şəraitləri nəzərə alınmalıdır. Misal üçün: Süd verməklə məhrəm olmaq olar o uşaqla ki, 2 yaşından aşağı olsun, və sair şəraitləri nəzərə almaqla), evlənmə əqdi və ya məxsus şərait əsasında məhrəm olur.


İnsanlıq meyarı haqqında ustad Mütəhhərinin baxışı necədir?


İnsanlıq meyarı haqqında ustad Mütəhhərinin baxışı necədir?Bəziləri insanlığın kamalını rifahda və maddi kamala çatmaqda görürlər. Bəziləri maddiyattdan qaçaraq, mənəviyyata və ruhi kamala çatmaqda görürlər. Bəziləri isə mötədillikdə, yəni orta həddi qoruyaraq, həm maddiyyatda, həm də mənəviyyatda görürlər. Ustad Şəhid Mütəhhəri belə yazır: \" ... İnsanın insanlığı onun ruhu ilədir. Şəkk yoxdur ki, Quran insanın ruh və bədəndən ibarət olduğunu söyləyir. Ancaq həqiqətdə ruh - elə bir şeydir ki, bədəndən fərqlənir. O, olmasa insan olmaz”. (Nəticə belə olur ki, maddiyyat əgər axirətin yəni bədən ruhun səadət xidmətində olsa onda olar insanlıq məqamı və mələklərin təzim olunan dərəcə.


İslam hansı növ təəssübkeşliyi sevir və hansını məzəmmət edir?


İslam hansı növ təəssübkeşliyi sevir və hansını məzəmmət edir?Təəssüb batini nəfsani əxlaqdan biridir ki, onun təsirindən insan özünü, yaxınlarını, məskənini müdafiə edər (bunu qeyd etmək lazımdır ki, təssübkeşlik əgər haqqı müdafiə olsa olur qeyrət nümunəsi). Amma başqa hallarda bu sifət rəzil sifət olduğu üçün bir çox əxlaqi fəsada şərait yaradar. Təəssübkeşlik Quranda da məzəmmət olunmuşdur. “Yəhudilər dedilər: «Xristianlar haqq dində deyildirlər». Və xristianlar dedilər: «Yəhudilər doğru dində deyildirlər». Halbuki, onların hamısı (səma) kitab(ı) oxuyurlar”. (“Bəqərə” 113).


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter