İnsanlıq meyarı haqqında ustad Mütəhhərinin baxışı necədir?


İnsanın insanlığı və kamalı haqqında bir çox nəzəriyyərlər söylənmişdir. Bəziləri insanlığın kamalını rifahda və maddi kamala çatmaqda görürlər. Bəziləri maddiyattdan qaçaraq, mənəviyyata və ruhi kamala çatmaqda görürlər. Bəziləri isə mötədillikdə, yəni orta həddi qoruyaraq, həm maddiyyatda, həm də mənəviyyatda görürlər. (Erfan)
İnsanlığın meyarı haqqında Ustad Şəhid Mütəhhəri belə yazır: “Əgər təbitəşünaslıq elmi baxımından insanlığa meyar qoymaq istəyiriksə, çox asan və sadə bir iş olar. Çünki burada insanın ancaq cismindən söhbət gedir. Burada deyirik ki, insan heyvanlıq pilləsinin hansı səviyyəsindədir. Təbiətşünaslıq baxımından yer üzərində yaşayan bütün insanlar iki ayaqla yol gedir və danışır, aqildirlər. Ancaq ilahiyyət elmində insanlığın kamalından bəhs edilir. İnsan ilahiyyət elminin nəzərincə əgər kamala çatarsa, sitayişə və təzimə layiq olar. Bu, həmin məsələdir ki, lap qədimdən müxtəlif din və məzhəblərdə bəyan edilmişdir. Məsələn, Quran insanı mələklərdən üstün bilmiş və ona səcdə etmələrini əmr etmişdir. Ancaq bəzi insanlar haqqında danışanda Quran buyurur ki, dördayaqlılar onlardan üstündürlər. Ona görə də insanlığın meyarlarını tanımaq lazımdır ki, bu ikisini bir-birindən fərqləndirmək olsun.
Maddiyatçıların nəzərinə görə üstün və alçaq insan, üstün və alçaq meyar yoxdur. Məsələn elmi insanlığın meyarı qərar vermək olar. Ancaq təbiətşünaslıq elmi bütün insanları bərabər hesab edir. Üstün və alçaq insanı müəyyən edən meyar - elm və bilikdir. Ona görə deyə bilərik ki, ali məktəbə gedən tələbə, şagirddən insanlıq baxımından daha üstündür.
Başqa bir nəzəriyyə belə deyir ki, insanlıq elmlə deyildir. Əlbəttə, insanlığın meyarı olan elmin də öz şərtləri vardır. Ancaq insanın xasiyyəti insanlığın ən üstün mənbəyidir. Bu nəzəriyyənin tərəfdarları çoxdur. Bu nəzəriyyədə adı çəkilən ilk meyar insanı sevməkdir. Üstün insan o insandır ki, insanları sevər. Bu meyar əsasında Əbuzər (r.ə) Müaviyədən (lən) daha üstün və daha insandır. Çünki Əbuzər xoş xasiyyət və insansevər idi və o, təkəbbürlü, eqoist və havayi-nəfsinə məğlub olan Müaviyədən üstündür. Belə ki, insanlıq meyarı Əbuzərdə Müaviyədə olandan daha çoxdur. Necə ki, Əmiərl-möminin (ə) əxlaqi cəhətdən başqaları ilə müqayisə edilərsə, hamıdan üstün olar. O, Osman ibni Hənifə yazdığı məktubda buyurur: “İnanmıram ki, mənim rəhbərim elə məclisə gəlsin ki, ora ancaq sərmayə qoyanlar və varlılar dəvət edilmişdir, yoxsullar və imkansızlar dəvət edilməmişdir”.
O, insanların dərdini özününkündən çox hiss edir. İnsanların taleyi, xüsusilə də yoxsulların taleyi onu düşündürür. Bəziləri insanlığın meyarını onun azad olmasında görürlər. Yəni insan hər nə qədər azad yaşaya bilərsə, daha çox insan olar. Bu meyar insanlığın şərtlərindən olsa da, əsl meyar deyildir. İslamın nəzərincə insana məhəbbət və sevgi təşviq edildiyi kimi, azadlıq da təşviq edilmişdir.
İnsanlığın başqa bir meyarı - məsuliyyət və vəzifəsidir. Deyirlər ki, insan o kəsdir ki, məsuliyyət hiss edər. Bilər ki, cəmiyyəti qarşısında məsuldur. İslam arifləri insanlığın kamalını İlahi yolda seyr etməkdə, Allaha çatmaqda görürlər. İslam alimlərinin nəzərinə görə, insan kamalının biri hikmətdir və o biri ədalət. Ədalət dedikdə, əxlaqi ədalət nəzərdə tuturlar. Yəni insan qüvvəsi ilə instinktləri arasında orta hədd gözlənilsin və onlara ağıl hakim olsun. Yəni, ağıl insanın bütün qüvvələrinə hakim olmalıdır. Deməli, İslam alimlərinin nəzərinə görə, kamil insan o insandır ki, elmi və nəzəri məsələlərdə ağlı hakim olsun. Əməli məsələlərdə isə insan olsun, yəni gözəl əxlaqa malik olsun.
İnsanın insanlığı onun ruhu ilədir. Şəkk yoxdur ki, Quran insanın ruh və bədəndən ibarət olduğunu söyləyir. Ancaq həqiqətdə ruh - elə bir şeydir ki, bədəndən fərqlənir. O, olmasa insan olmaz”. Deyerler.org


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter