İmam Hüseyni(ə) şiələr öldürdü iftirasına gözəl cavab?!
Cavab: - \"\"Bu cür sözlər demək qəlbində Şiə məzhəbinə qarşı mərəz (kin, xəstəlik) olan kəslərin işidir. Həqiqət heç də bu cür deyildir. İmamı (ə) qətl edənlər Ali Əbu Süfyan “şiələridir”. Bunu İmamın (ə) Aşura günü dediyi cümlə də təsdiq edir. İmam (ə) buyurdu: “Vay olsun sizə ey Əbu Süfyan şiələri (ardıcılları). Dininiz olmasa belə, qiyamət günündən qorxmasanız belə, heç olmasa bu dünyanızda azad insanlar olun! Məgər özünüzü ərəb hesab edirsinizsə özünüzlə hesab çəkin (nə etdiyinizi düşünün). (Əyanuş-şiəti-609) Birdə əlavə edək ki, heç bir Şiə alimlər, o cümlədən heç bir mənbə Ömər Sədi, Husayn ibn Nəmiri, Şəbs ibn Rəbini və bunlar kimi başqa qatilləri Şiə kimi qeyd etməyim. Onlar yalnız müsəlman cəmiyyətinin bir üzvü idilər. Birdə ki, onların İmam Əlinin (ə) hakimiyyəti altında olmaları və xilafət ordusunda döyüşmələri onların Şiə olmaları demək deyildir.
“Fəcr” surəsində işarə olunan “on gecə”də məqsəd nədir?
Təfsirçilər bu ayə ilə bağlı çox fikirlər bildirmişlər. Ən münasibi isə budur ki, “fəcr” deyilərkən bütün sübh vaxtları nəzərdə tutulur. Allah Quranın ayrı-ayrı ayələrində sutkanın fərqli-fərqli vaxtlarına and içmişdir. Ola bilsin ki, burada Qurban bayramının, yəni Zilhiccə ayının onuncu gününün sübh vaxtı nəzərdə tutulmuşdur. “On gecə” deyilərkən ehtimal ki, Zilhiccə ayının birinci ongünlüyünün gecələri nəzərdə tutulur... Deməli, bu andlarla bəlkə də əzəmətli həcc mərasimlərinin keçirildiyi günlərin nəzərdə tutulduğunu deyə bilərik. (“Əl-Mizan” c. 20, səh. 315) Bəzi təfsirçilər bu on günlüyü mübarək Ramazan ayının ilk bəziləri isə son ongünlüyünə dəlalət etdiyini yazarkın, digər təfsirçilər də bu ongünlüyü Məhərrəm ayının ilk ongünlüy kimi təfsir edirlər...
Kərbəlanin həqiqəti və hədəfləri İmam Hüseynin (ə) öz dilindən - İmamın (ə) məktubu
\"Bismilləhir-rəhmanir-rəhim. Bu Hüseyn ibn Əlinin Hənəfiyyə kimi tanınan qardaşı Muhəmmədə vəsiyyətidir. Hüseyn şəhadət verir ki, heç bir şəriki olmayan Allahdan qeyri məbud yoxdur. Muhəmməd (s) Onun qulu və rəsuludur. O (s) Haqq Təala tərəfindən haqq olaraq göndərilmişdir. Cənnət və cəhənnəm haqdır. Qiyamətin gəlişində heç bir şübhə yoxdur. Həqiqətət Allah qəbirdə olanları dirildəcəkdir. Mən şərr, kibr, zülüm və qarışığlığ məqsədi ilə qiyam etmirəm. Mən babam Peyğəmbərin (s) ümmətini islah etmək, pisliklərdən çəkindirib yaxşılığa dəvət və Atamın və Babamın yolunu yaşatmaq üçün ayağa qalxıram. Kim məni haqq bisə Allah böyükdür, kim məni inkar etsə mən səbr edərəm Allah Özü mənim və o inkar edən tayfa arasında ədalətlə hökm eləsin. O ən yaxşı hakimdir. Ey qardaşım bu mənim sənə olan vəsiyyətimdir. Mənim tofiqim yalnız Allahdandır. Ona təvəkkül edir və Ona doğru dönürəm\".
Təhqir və məsxərə Quranın qadağan etdiyi bir əməldir!
Dinimiz baxımından təhqir və məsxərə çox böyük cəzası olan əməldir. Uca Yaradan bu işi görənlər barədə “vay” kəlməsin istifadə edir: Huməzə surəsi, 1: “İnsanlarda eyb axtarmağa adət edən və başqaları haqqında pis danışan hər bir kəsin vay halına”. Məsxərə etmək o qədər rəzil bir əməldir ki, Allah Qiyamət günü həmin əməl sahibləri ilə danışmaz və onları təhdid edər: Allah buyurar: “Orada zəlil vəziyyətdə sakit və uzaq olun, Mənimlə əsla danışmayın!” (“Muminun” surəsi, 108) Növbəti ayədə isə bu ağır cəzanın səbəbi açıqlanır: “Həqiqətən Mənim bəndələrimdən bir dəstəsi: “ey Rəbbimiz, biz iman gətirdik. Buna görə də bizi bağışla və bizə rəhm et. Sən rəhm edənlərin ən yaxşısısan” deyərdilər. (“Muminun” surəsi, 109) “Lakin siz onları ələ saldınız və nəhayət sizə Məni yad etməyi unutdurdu və siz həmişə onlara güldünüz.” (“Muminun” surəsi, 110) Bu ayədən daha bir nəticə çıxır. Məsxərə etməyin axirət cəzasından əlavə dünyada da cəzası var. O da Allahı unutmaq, Allahdan uzaq düşməkdir....
Camaat namazlarında diqqət edilməli bəzi mühüm məsələlər
Camaat namazının düzgünlüyü barədə bir neçə mühüm mətləbləri Ayətullah Sesyyid Sistaninin fətvalarına uyğun olaraq nəzərinizə çatdırırıq:
1- İmama qoşulmaq üçün iqtida (birləşmə) qəsdi olmalıdır.
2- Camaat namazının İmamı, İmama iqtidaedənlər üçün müəyyən olmalıdır, onu ümumi olaraq tanıması kifayətdir. Məsələn; Hazır olan İmama -onu tanımasa belə - iqtida etmə məqsədi daşımalıdır.
3- Camaat İmamı namazında müstəqil olmalıdır. Buna görə də başqa birinə iqtida etmiş olan birinə iqtida etmək caiz deyil.
4- Namaza qoşulan adam namazına iqtida edərək başlamış olmalıdır. Beləliklə, tək olaraq namaz qılan birinin namaz halında niyyətini camaat namazına çevirməsi caiz deyil.(namazı əda edən İmam, qoşulan isə memum adlanır)
Imam Hüseynin (ə) Kərbəlaya yetişməsi – Unudulmayan tarix
Bu gün hicri təqvimi ilə məhərrəm ayının 2-sidir. İslam tarixşünasları İmam Hüseynin (ə) karvanının məhz məhərrəm ayının ikisində Kərbəla çölünə daxil olduğunu deyiblər. Rəcəb ayında Mədinədən, zilhiccənin ilk 10günlüyündə Məkkədən ayrılan İmam (ə) artıq bu gün Kərbəla adlı yerə yetişir. Bu gün Kərbəlanın ilk günüdür! Hədəsilərə əsasən İmam Kərbəla səhrasına çatanda, bölgənin adını soruşur. Bölgənin Ğadiriyyə adlandığını deyirlər. Digər bir ada malik olduğunu soruşanda isə oranın Şatiul-Fərat (Fərat sahili) adlanmasını bildirirlər. İmam bu bölgənin daha bir ada malik olmasını soruşanda, ona buraya bəzən Kərbəla da deyildiyini çatdırırlar. Bu zaman İmam ay çəkərək buyurur:
“Allaha and olsun Kərbəla torpağı budur. And olsun ki bizim oğullarımızı burda öldürəcəklər və qadın və uşaqlarımız burada əsir götürəcəklər. Burada bizim hörmətimiz ayaq altına atılacaq. Ey kişilər atlardan düşün ki bizim qəbirlərimizin yeri elə buradır”
Əhli-beyt imamları (ə) əzadarlıq məclislərini hansı formada keçiriblər?
Bu sualları Nəcəf elmi hövzəsinin etiqadi məsələlər üzrə bürosu cavablandırıb: -Bəli, İmam Hüseynə (ə) ilk əza saxlayan İmam Səccad (ə) olub, hətta Əməvilərin zamanında. O Həzrət kütlənin içində təbliğ edərkən, atasının xüsusiyyətlərini sayar, ağlayar və ətrafdakılar da ağlayırdı. Bu onun (ə) etirazını göstərir. Həmçinin mərhum Əllamə Məclisi möhkəm və etibarlı mənbələrə istinad edərək, bu vaqiənin peyğəmbər (s) tərəfindən də xəbər verilidiyini qeyd edib. Beləki, Allah rəsulu (s) qızı Fatiməyə (s.ə) övladı Hüseynin (ə) qətli barədə xəbər verdi və müsübət üz verəcəyini dedi. Fatimə (s.ə) bərk ağladı və dedi: Bu nə vaxt baş verəcək? Peyğəmbər (s): Mənim, sənin və Əlinin olmadığı bir vaxtda. Həzrət Fatimə (s.ə) ağladı və dedi: Atacan, mənim övladıma kim ağlayacaq, ona kim matəm saxlayacaq? Peyğəmbər (s): Ey Fatimə! Ümmətimin qadınları Əhli-beytimin qadınlarına, ümmətimin kişiləri isə Əhli-beytimin kişilərinə ağlayacaq və qiyamətə qədər bunu nəsildən nəsilə ötürəcəklər. Qiyamətin günündə sən qadınlara, mən isə kişilərə şəfaət edəcəyik. Biz Hüseynə ağlayanların əlindən tutub, xilas edib cənnətə aparacayıq.
İslam ümməti düşmən qarşısında hansı vəzifəni daşıyır?!
Aranızdakı fərqlərə görə bir-birinizdən uzaqlaşmayın!
Cavab: Quran müsəlmanları birliyə dəvət edərək, istənilən bir təfriqəyə qadağa qoyur. (“Ali-İmran”, 103; “Ənfal”, 42.)
Yağış damlaları ayrı-ayrılıqda zərif olsalar da, bir hövzəyə daxil olduqda əzəmətli bir təlatüm yaradıb, ağır turbinləri hərəkətə gətirir, böyük şəhərləri elektrik enerjisi ilə təchiz edirlər.
Barmaqlar ayrı-ayrılıqda zəif olsalar da, sıxılıb yumruq yaratdıqda düşməni qorxuya salırlar. Əldəki barmaqların biri uzun biri gödək, biri kobud biri incə olsa da, hər barmağın öz işi var. Müxtəlif istedadlı barmaqlar bir yerə toplandıqda isə böyük güc yaranır.
Ey əziz müsəlman bacı və qardaşlar! Aranızdakı fərqlərə görə bir-birinizdən uzaqlaşmayın. İnanın ki, eyni uzunluqda, eyni qalınlıqda olan beş barmağın yaratdığı yumruq fərqli barmaqların yaratdığı yumruqdan qat-qat zəifdir. Düşmən qarşısında yumruq tək birləşin. Qələbə sizin vəhdətinizdədir!
Fərqli mübarizə metodlarından istifadə edən məsum imamların arasında məqsəd fərqi varmı?
Bütün İmamların məqsədi insanların təkamülüdür!
Bütün İmamların məqsədi tövhiddir və bu məsələdə şübhəyə yer yoxdur. Amma hər bir İmamın hərəkəti mövcud şəraitə görə fərqlənmişdir. Qayçının iki ağzı bir-birinə zidd hərəkət etsə də əslində eyni bir işi görür. Komanda oyunlarında hər oyunçu öz mövqeyinə uyğun hərəkət etsə də, ümumi məqsəd komandanın qələbəsidir. Bəli, bütün İmamların məqsədi insanların təkamülüdür. Amma bu məqsədə çatmaq üçün bəzən vuruşmaq, bəzən elmlə məşğul olmaq, bəzən hicrət etmək, bəzən də susmaq lazım gəlir.
İmam Hüseynin (ə) Kərbəla faciəsinə nə səbəb oldu?
Sözü gedən qrup İmam Hüseyni (ə) qiyamçı kimi tanıtdırmaqda uğur qazandı. Zalım hökumətin ürəyi nə istəyir deyir. Bəs xalq nə üçün inanmalıdır, xalq nə üçün sakit qalmalıdır? Məni nigaran edən məsələ hadisənin bu yeridir. Deyirəm necə oldu ki, vəziyyət bu həddə çatdı? Necə oldu ki, İslam hökmlərinin və Quran ayələrinin xırdalığına varan İslam ümməti belə bir aydın hadisədə bu formada qəflətə və səhlənkarlığa düçar oldu, birdən-birə belə bir faciə baş verdi? Belə hadisələr insanı nigaran edir. Məgər biz Peyğəmbər (s) və Əmirəlmöminin (ə) dövrünün cəmiyyətindən daha möhkəmik? Belə olmamaq üçün nə etməliyik? Dediyimiz “belə olmasına səbəb nə idi?” sualına kimsə hərtərəfli cavab verməmişdir. Bəzi məsələlər irəli sürülüb, amma yetərli deyil. Bu səbəbdən bu gün qısa və konkret şəkildə hadisənin özü barəsində bir qədər söhbət etmək istəyirəm. Sonra məsələnin ipucunu sizin öhdənizə buraxacağam ki, özünüz bu barədə fikirləşəsiziniz. Araşdırma və düşüncə adamı olanlar bunun ardınca tədqiqat aparsınlar, mütaliə etsinlər. İş və əməl adamı olanlar düşünsünlər ki, belə hadisələrin təkrar olunmasının qarşısını almaq üçün hansı hazırlıqlar lazımdır. Əgər bu gün mən və siz hadisənin qarşısını almasaq, 50 ildən, 10 ildən, yaxud 5 ildən sonra bizim İslam cəmiyyətimizin İmam Hüseynin (ə) dövründəki vəziyyətə düşməsi mümkündür...