“Fəcr” surəsində işarə olunan “on gecə”də məqsəd nədir?
“Fəcr” surəsində işarə olunan “on gecə”də məqsəd nədir? - And olsun dan yerinə.وَالْفَجْرِ - And olsun on gecəyə.وَلَيَالٍ عَشْرٍ
Təfsirçilər bu ayə ilə bağlı çox fikirlər bildirmişlər. Ən münasibi isə budur ki, “fəcr” deyilərkən bütün sübh vaxtları nəzərdə tutulur. Allah Quranın ayrı-ayrı ayələrində sutkanın fərqli-fərqli vaxtlarına and içmişdir. Ola bilsin ki, burada Qurban bayramının, yəni Zilhiccə ayının onuncu gününün sübh vaxtı nəzərdə tutulmuşdur. “On gecə” deyilərkən ehtimal ki, Zilhiccə ayının birinci ongünlüyünün gecələri nəzərdə tutulur... Deməli, bu andlarla bəlkə də əzəmətli həcc mərasimlərinin keçirildiyi günlərin nəzərdə tutulduğunu deyə bilərik. (“Əl-Mizan” c. 20, səh. 315)
Bəzi təfsirçilər bu on günlüyü mübarək Ramazan ayının ilk bəziləri isə son ongünlüyünə dəlalət etdiyini yazarkın, digər təfsirçilər də bu ongünlüyü Məhərrəm ayının ilk ongünlüy kimi təfsir edirlər.
Lakin yenə qeyd edirik ki, bu ayədəki on gecə də məqsəd ən məşhur rəyə əsasən Zilhiccə ayının ilk ongünlüyüdür.| Mahir Şəkərov – İlahiyyatçı, araşdırmaçı.