Imam Hüseynin (ə) Kərbəlaya yetişməsi – Unudulmayan tarix
Bu gün hicri təqvimi ilə məhərrəm ayının 2-sidir. İslam tarixşünasları İmam Hüseynin (ə) karvanının məhz məhərrəm ayının ikisində Kərbəla çölünə daxil olduğunu deyiblər. Rəcəb ayında Mədinədən, zilhiccənin ilk 10günlüyündə Məkkədən ayrılan İmam (ə) artıq bu gün Kərbəla adlı yerə yetişir. Bu gün Kərbəlanın ilk günüdür!
Hədəsilərə əsasən İmam Kərbəla səhrasına çatanda, bölgənin adını soruşur. Bölgənin Ğadiriyyə adlandığını deyirlər. Digər bir ada malik olduğunu soruşanda isə oranın Şatiul-Fərat (Fərat sahili) adlanmasını bildirirlər. İmam bu bölgənin daha bir ada malik olmasını soruşanda, ona buraya bəzən Kərbəla da deyildiyini çatdırırlar. Bu zaman İmam ay çəkərək buyurur:
“Allaha and olsun Kərbəla torpağı budur. And olsun ki bizim oğullarımızı burda öldürəcəklər və qadın və uşaqlarımız burada əsir götürəcəklər. Burada bizim hörmətimiz ayaq altına atılacaq. Ey kişilər atlardan düşün ki bizim qəbirlərimizin yeri elə buradır”
Tarixşünaslar məhərrəm ayının iksində İmam Hüseynin qiyamı ilə bağlılığı olan digər bir hadisənin, küfəlilərə daha bir mətubun yazılması olduğunu bəyan ediblər. İmam bu gündə küfəlilərə daha bir məktub yazaraq, Qeys ibni Müsəhhərlə göndərir. Amma Qeys məqsədə çatmamış tutulur və şəhid edilir.|islaminsesi.