Camaat namazlarında diqqət edilməli bəzi mühüm məsələlər
İnsanın gündəlik namazları camaatla qılması müstəhəbdir. Mötəbər hədislərdə deyilir ki, camaatla qılınan namaz fərdi qaydada qılınan namazdan iyirmi beş qat daha fəzilətlidir. Sübh, məğrib və işa namazlarının camaatla qılınması, xüsusən, məscidin qonşuluğunda yaşayan və məscidin azan səsini eşidən şəxs üçün daha çox tövsiyə edilmişdir. Həmçinin, digər vacib namazların da camaatla qılınması müstəhəbdir.
İslaminSesi.info – Namaz müqəddəs İslam şəriətinin vacib və ən mühüm məsələlərindəndir. Bu mühüm məsələyə etinasızlıq yol verilməzdir.
Camaatla qılınan namaz da fərdi xarakter daşımaqla yanaşı həm də içtimai yükə və təsirə malikdir. Bu səbəbdən namazı camaatla qılmaq təkidlə tövsiyə olunmuşdur.
Camaat namazının düzgünlüyü barədə bir neçə mühüm mətləbləri Ayətullah Sesyyid Sistaninin fətvalarına uyğun olaraq nəzərinizə çatdırırıq:
1- İmama qoşulmaq üçün iqtida (birləşmə) qəsdi olmalıdır.
2- Camaat namazının İmamı, İmama iqtidaedənlər üçün müəyyən olmalıdır, onu ümumi olaraq tanıması kifayətdir. Məsələn; Hazır olan İmama -onu tanımasa belə - iqtida etmə məqsədi daşımalıdır.
3- Camaat İmamı namazında müstəqil olmalıdır. Buna görə də başqa birinə iqtida etmiş olan birinə iqtida etmək caiz deyil.
4- Namaza qoşulan adam namazına iqtida edərək başlamış olmalıdır. Beləliklə, tək olaraq namaz qılan birinin namaz halında niyyətini camaat namazına çevirməsi caiz deyil.(namazı əda edən İmam, qoşulan isə memum adlanır)
5- İmama iqtida edən adam, namaz arasında şəri bir bəhanə olmadan niyyətini ayrı-ayrı namaza çevir, bunu edəndə camaat namazı şübhəli olur.
6- İmam ilə kişi memum arasında onları bir-birindən ayıracaq bir maneə olmamalıdır. Sözügedən baryerin İmamı görməsinə mane olmasıyla olmaması arasında fərq yoxdur. Eyni şəkildə İmama əlaqəni təmin edən memumla digər memum arasında maneə olmamalıdır. Məsələn, birinci səfdə namaz qılan memum üçün əlaqə, birinci cərgədə onunla İmam arasında olan insanlardır. Əgər memumun yerləşdiyi cərgədə heç kim İmama bağlanmamış olarsa belə, onun əlaqəsi bir əvvəlki səfdə onunla İmam arasında olan kəslərdir.
7- İmamın durduğu yer, camaatın dayandığı yerdən yüksəkdə olmamalı və ürf nəzərində İmamın durduğu yer camaatın dayandığı yerdən yüksək sayılmamalıdır. Amma camaatın dayandığı yerin İmamın durduğu yerdən daha yüksəkdə olmasının eybi yoxdur. Hətta bu yüksəklik camaat namazı vəziyyətindən çıxarmaz və çox da ola bilər.
8- Memumla İmam arasındakı məsafə və ya onunla İmama əlaqəsini təmin edən digər memum arasındakı məsafə çox olmamalıdır. Əksinə ehtiyatı vacib budur ki, memumun səcdə edilən yer ilə İmamın durduğu yer arasında və ya onunla İmam arasında əlaqə təmin edən ön cərgədəki memumun dayandığı yer arasındakı məsafə adi olaraq açılmış ən böyük adımdan (təxminən bir metrdən) çox olmamalıdır.
9- Memum İmamdan öndə dayanmamalı və ehtiyatı vacib İmamla eyni sırada dayanmamalıdır. Əksinə, bir az İmamdan geridə dayanmalıdır. Ancaq memum yalnız bir kişi olarsa İmamla eyni səviyyədə dayana bilər. Əgər memum qadın olursa İmam və ya başqa bir kişi memuma nisbət durması lazım olan yerin şərtlərini 72-ci məsələdə deyildiyi şəkildə riayət etməlidir. ( Qadın məmumdan da arxada olmalıdır. Müstəhəb ehtiyatın tələbi isə budur ki, qadının səcdə yeri kişi məmumun durduğu yerin tamamilə arxasına düşəcək şəkildə ondan arxada olmalıdır).
10- Camaat namazı təşkil olunduqda müstəhəbdir ki, namazını fərdi qaydada qılan şəxs onu yenidən camaatla qılsın və əgər o, sonradan birinci namazının batil olduğunu başa düşərsə, ikinci namazı kifayətdir.
11- Əgər insan İmamın qıldığı namazın gündəlik, yoxsa müstəhəb namaz olduğunu bilmirsə, ona qoşula bilməz.