Günahlardan tövbə etmək dedikdə həqiqət olaraq nə başa düşülür?!
Allah-Taala Quranda bəndələrini dəfələrlə tövbə etməyə və qayıtmağa dəvət etmiş! Tövbə və günahlardan paklanmaqdan əlavə ...
Rəbbin firavan rəhməti və əfvi وَإِنِّي لَغَفَّارٌ لِمَنْ تَابَ وَآمَنَ وَعَمِلَ صَالِحًا ثُمَّ اهْتَدَىٰ
\"Mən, həqiqətən də, tövbə edib, iman gətirib yaxşı işlər görən, sonra da doğru yolu tutanları bağışlayıram.\"(Taha, 82).
İzah: Əxlaqi inkişaf amillərindən biri də tövbə və Allaha qayıtmaqdır. Tövbənin həqiqi mənası nəfsdən Allaha doğru hicrət etməkdir. Əxlaq alimləri tövbəni nəfsi saflaşdırmaq istiqamətində ilk addım hesab etmişlər. Çünki qəlbi şeytani düşüncələrdən təmizləmək nəfsi ruhani fəzilətlərlə bəzəməkdən öndə gəlir. Bəzilərinin inancının əksinə olaraq, tövbə yalnız günahdan qayıtmaq deyil. Hətta peyğəmbərlər və Allahın xüsusi övliyaları da tövbənin və Allaha qayıdışın ən yüksək mərtəbəsinə sahib olmuşlar. Allah-Taala Quranda bəndələrini dəfələrlə tövbə etməyə və qayıtmağa dəvət etmiş, Öz rəhmət və məğfirət sifətlərini qeyd etməklə onların qəlbində ümid nurunu aydınlatmışdır. Bu sifətlərdən biri Qəffar sifətidir. Qəffar başqalarının yanlışından çox keçən və günahları çox bağışlayan deməkdir.
Hədis: İslam peyğəmbəri (s): “Allah bağışlayandır. O, yalnız dəvənin sahibindən qaçdığı kimi Onun itaətindən qaçanları bağışlamaz.” (Kənzül-ümmal, c. 16, səh. 12, hədis: 43717)./nur-az