İmam Səccad (ə) cahil Şamlı kişinin səhv düşüncəsini necə düzəltdi?!


İmam Səccadın (ə) təvazökarlığı səhv düşüncəli Şamlını hidayət etdi!

Həm peyğəmbərlik, həm də İmamət məqamı Mütəal Allahın təyin etdiyi mühüm bir vəzifədir. Allah Təala insanların hidayəti üçün onların içindən ən paklarını seçər, bu
ağır yükü onlara əmanət edər. İsəmət məqamına (paklıq və günahsızlıq) sahib olan bu şəxslərin elmi və helmi Allah tərəfindəndir.

İslaminsesi – İmam Səccad (ə) Allahın bəşər əhli üçün seçdiyi 4-cü İmamdır. İmamətin helmini (davranış) tərənnüm edən rəvayətlərin birində nəql olunur ki, bir gün İmam Səccad (ə) məclisdə öz yaxın əshabı ilə oturub söhbət edirdi. Bu vaxt içəri bir şəxs daxil olur və məclisə ehtiramsızlıq edər, hətta İmama (ə) layiq olmayan sözlər deyir. İmam (ə) bir söz deməyir. Həmin adam getdikdən sonra camaat İmam (ə) bu ayəni oxuyuyr və yanında olanlarlar onunla gəlməsini istəyir:

“O müttəqilər ki, bolluq zamanı da, qıtlıq zamanı da (mallarındanAllah yolunda) xərcləyir, qəzəblərini boğur və insanları bağışlayırlar. Allah yaxşı iş görənləri sevir.” (Ali-İmran-134) Hədisəni nəql edən ravi qeyd edir ki, İmam (ə) bu ayəni oxuyanda başa düşdük ki, İmam (ə) həmin şəxslə xoş rəftar edəcək. Sonra nəql edir ki, biz həmin şəxsin evinə çatdıqda İmam (ə) həmin adamı çağırıb dedi:

-Mən Əli ibn Hüseynəm (ə)! Sən mənim yanıma gəldin, pis rəftar edin və layiq olmayan sözlər dedin. Əgər mən dediklərinə layiqəmsə Allah məni bağışlasın. Yox əğər dediklərin məndə yoxdursa Allah səni bağışlasın!

Ravi nəql edir ki, həmin adam utandığından qızarıb, başını aşağa saldı. İmamın (ə) əlini öpub dedi: Siz mənim dediklərimə layiq deyilsiniz. Bütün bunlara layiq olan mən özüməm./Yaşar Nuriyev


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter