Həzrət Abbasın (ə) məqamına qibtə etmək olarmı?
Nəinki olar, hətta bu, yaxşı bir keyfiyyətdir də. Belə ki, Həzrət Abbasın (ə) məqamına qibtə edən, o Həzrət (ə) kimi olmağa çalışacaqdır və ona xas fəzilətləri əldə etməyə səy edəcəkdir. Bu səbəbdəndir ki, bütün şəhidlər Həzrət Abbasın (ə) uca məqamına hər zaman qibtə edir və onun kimi olmağa çalışırlar. İmam Sadiq (ə) bu böyük şəxsiyyət haqqında buyurur: “Əmimiz Abbas bəsirətə, mərifətə və möhkəm imana malik idi. İmam Hüseynin (ə) bayrağı altında cihad etdi və gözəl mübarizə etdi – o zamana qədər ki, şəhid oldu”. Bu gün Vətəni və dini müdafiə etmək meydanına qədəm basan hər bir cavan bilir ki, onun İmam Hüseyn (ə) və Həzrət Abbas (ə) kimi örnək və nümunəsi vardır. Bu, doğrudur ki, tarix artıq İmam Hüseynə (ə) və Həzrət Abbasa (ə) bənzər birini tanımayacaqdır. Ancaq bir nümunə kimi onlar kimi olmağa çalışan və səy göstərən möminlərin sayı çox olacaqdır.
İmam Zaman ağa (ə.f) besətin hansı hədəflərini yerinə yetirəcəkdir?
Hədislərimizdən bu nəticəyə gəlmək olur ki, İmam Zaman ağa (ə.f) elə bir cəmiyyət quracaqdır ki, orada besətin bütün hədəflərini yerinə yetirəcəkdir. Bəs besətin hədəfləri nə idi?
1. Cahiliyyəti aradan aparmaq və ubudiyyəti sübut etmək. Həzrət Peyğəmbər (s) buyurur: “Bilin ki, cahiliyyət dövrünün bütün inanclarını və adətlərini ayaq altında qoyur və batil elan edirəm”. Həzrət Rəsuli-Əkrəm (s) bütün ömrü boyu cahiliyyəti aradan qaldırmaqla məşğul olur. Ancaq çox təəssüf ki, rehlətindən sonra cahil adət və ənənələr geri qayıtmağa başladı.
2. Əxlaqı islah etmək. İslam dini əxlaq dinidir. Həzrət Peyğəmbər (s) özü besətinin hədəfini məkarim əxlaqda görmüşdür. Ancaq çox təəssüf ki, Həzrət (s) məkarim əxlaqı istədiyi kimi yaya bilmədi və insanları islah edə bilmədi...
İnsanların mənəviyyatını xəstələndirən 4 xasiyyətlər hansılardır?!
Ömür keçdikcə, insan bir çox xəstəliklərə düçar olar. Xəstə insan çalışar ki, tez bir zamanda sağlamlığını geri qaytarsın. Bəzi xəstəliklər vardır ki, ancaq insan övladına aiddir və bu xəstəlik heyvanlarda və ya bitkilərdə, başqa canlılarda yoxdur. Bu xəstəliklər ilə tanış olaq:
1. Küfr. Qəlb bəzən insanın həqiqətlərə qarşı laqeyd olmasına görə küfrə düçar olur. İnad üzündən inkar etmək, iman əldə etdikdən sonra inkar etmək, nemətləri şeytan (lən) yolunda sərf etmək – küfrün nişanələrindəndir. Qurani-Kərim küfr barəsində buyurur: «Kafirlərə gəldikdə isə onlara dünyada və axirətdə şiddətli əzab verəcəyəm və onların heç bir köməkçisi olmayacaqdır». (“Ali-İmran” 56).
2. Nifaq. Qəlbin başqa bir xəstəliyi – nifaqdır. Yəni, ikiüzlü olmaq, zahirdə bir cür və batində başqa cür olmaqdır. “Şübhəsiz, münafiqlər odun ən aşağı təbəqəsindədirlər və onlar üçün əsla bir yardımçı tapmayacaqsan”. (“Nisa” 145).
Münafiq o kəsdir ki, Allaha iman və vacibatları yerinə yetirmək mövzusunda Allahla ikiüzlü rəftar edir. Allahın xəlqi ilə də rabitəsi o cürdür.
Necə olur ki, mömin müşrik olur?
İnsanların bir çoxu, heç özləri də bilmədən, bəzən Allaha şərik qoşurlar. Ona görə də əməldə müşrik olurlar. Qurani-Kərim bu insanlar haqqqında buyurur: “Və onların (dünyada insanların) çoxu Allaha ancaq şərik qoşaraq (bütə, Üzeyirə, İsaya, nura, zülmətə etiqad bəsləməklə və hər hansı bir aşkar və gizlin şirkə düçar olaraq) iman gətirərlər”. (“Yusif” 106). Əməldə edilən şirk. Adətən itaətdə edilən şirkə əməl şirki deyirlər. Bu mənada ki, insanın müti olması o səbəbdən olar ki, itaətdə etdiyi kəslərə qarşı uluhiyyət, xəlqiyyət və rübubuyyət əqidəsinə oxşar bir əqidə bəsləyər. Onlara həddən artıq çox ehtiram göstərər və bu ehtiramı axirəvi səciyyə daşımaz. Eyni zamanda, insan öz əmmarə nəfsinə də itaət edə bilir. Yəni seçim anında Allahın razılığını deyil, öz əmmarə nəfsinin istəklərini üstün tutur. Qurani-Kərimin ayəsindən belə nəticəyə gəlmək olur ki, insanlar Allaha və Peyğəmbərə (s) iman gətirsələr də, əməldə şirkə düçar olurlar. İmam Baqir (ə) bu ayənin təfsirində buyurur: “Bu ayədəki məqsəd – itaətdəki şirdir, nəinki ibadətdəki şirk. İnsanların düçar olduqları günahlar – itaətdəki şirkdir. Çünki orada şeytana itaət edərlər. Bu işdə Allah üçün itaətdə şərik qoşurlar”.
Nə üçün Allah Təala, Quranda dastanlar vasitəsilə bizə çatdırışlar edir?
Hamı üçün aydındır ki, Qurani-Kərim adi kitab deyildir. Ona görə də burada bəyan olunan dastan və hekayələr də səbəbsiz deyildir. Bəs Quranın bu dastanları bizə nəql etməkdə məqsədi nədir?
1. Allah Təala bu dastanları bəyan etməklə, bizləri keçmiş ümmətlərlə tanış etmiş və səyahət etməyin faydalarını bizə göstərməyə çalışmışdır. “Əlbəttə, sizdən öncə İlahi ənənəyə əsasən bir sıra hadisələr ötüb keçmişdir. Odur ki, yer üzündə gəzib-dolanın və təkzib edənlərin aqibətinin necə olmasına baxın”. (“Ali-İmran” 137).
2. Bu dastanlarda cəmiyyətin nə üçün süqut etdiyinin səbəbləri göstərilmişdir. “Və (camaatı) hədələmək və iman gətirmiş şəxsi Allahın yolundan saxlamaq və Allahın yolunu əymək istəyi ilə (onu əymək və ya əyri göstərmək istiqamətində çalışmaqla) hər yolun başında oturmayın.
Həmçinin az olduğunuz və Allahın sizi çoxaltdığı zamanı xatırlayın və fəsad törədənlərin aqibətinin necə olduğuna nəzər salın!”. (“Əraf” 86).
İmamın (ə) davamçısı, yoxsa İmamı (ə) sevən?
Bir nəfər İmam Həsənə (ə) deyir: “Mən sizin davamçılarınızdanam”. Əziz İmam (ə) buyurur: “Ey Allah bəndəsi! Əgər bizim əmr və qadağalarımızın mütisi olsan – düz deyirsən. Ancaq əgər belə olmasan, bu uca məqamı iddia edərək ki, əhli deyilsən – günahına əlavə etmə. Demə ki, mən sizin davamçılarınızdanam. Bəlkə de: “Mən sizi sevənlərdən və düşmənlərinizin düşmənlərindənəm”. Belə olan halda (o deməkdir ki) sən yaxşı insansan və yaxşılıqlara meylin vardır”.
İmam Rzaya (ə) zəhərli qılıncla hücum edən zalımlar, nəyin şahidi oldular?
Əbu Həbib Hərsəmə - Məmunun işçilərindən idi. Amma həm də İmam Rzanı (ə) sevənlərdən idi. O, nəql edir: “Məmunun sarayında şayiə yayılır ki, İmamı (ə) öldürüblər. Ancaq bu xəbərin doğruluğunda şəkkim var idi. Saraya getdim. Məmunun nökərləri arasında Səbih Diləmi adlı bir nəfər var idi və o, məni görən kimi, bir kənara çəkib dedi: “Keçən gecə Məmun bizi yanına çağırmışdı. Sarayında o qədər şam yandırmışdı ki, elə bil gündüz idi. Zəhərə batılrılmış qılıncları gördük. O, bizdən əhd aldı ki, ona itaət edəcəyik və dediklərini yerinə yetirəcəyik. Bizə əmr etdi ki, hər birimiz bu qılınclardan birini götürək və İmamın (ə) evinə gedək. Onu əhatəyə alıb, qılıncla tikə-tikə edək. Əgər bu işi görsək, Məmun bizə on kisə pul və on mülk hədiyyə edəcəkdir. Biz də onun əmr etdiyi kimi İmamın (ə) evinə getdik və İmam (ə) yataqda idi. Onu qılınclarımızla tikə-tikə etdik və qanını yatağın örtüyü ilə silib, saraya qayıtdıq. And verdik ki, Məmunun əmrini yerinə yetirmişik. Məmun çox şad oldu...
İmam Baqirin (ə) hədisinə əsasən insanların ən yaxşısı hansı əməl sahibidir?!
...Bu kimi hadisələrdə Allahın bəyəndiyi tərzdə davranan insanlar ən xeyirli bəndələr hesab olunur. İmam Baqir (ə)-dan nəql olunan hədisdə buyrulur: “Allahın rəsulundan (s) soruşdular ki, ən xeyirli bəndə kimdir? O həzrət (s) cavab verdi: Bir yaxşılıq etdikləri zaman sevinənlər, pis bir iş gördükləri zaman (peşman olub) bağışlanma diləyənlər, onlara bir şey əta olunduğda şükr edənlər, çətinliklər qarşısında səbrli olanlar, qəzəbləndikləri zaman əfv edənlər.” Həqiqətən qəlbində yaxşılıqlara meyl olan, pis bir işə səbəb olduqda qəlbən peşman olan, gözü tox olan, ilahi nemətlərə şükr etməyi bacaran, səbli olmağı bacaran, insanlara qarşı mehriban olmağı bacaran, kinli olmayan birisi nümunəvi və xeyirli bir bəndədir. Qurani Kərim bu mətləbi qısa şəkildə belə bəyan edir:
“Şübhəsiz ki, iman gətirib yaxşı işlər görənlər məxluqların ən yaxşısıdırlar” (Bəyyinə-7)
İmam Rzanın (ə) hədisinə əsasən hafizəni günləndirən və sinəni təmizləyən nəyi yemək lazımdır?!
Bunlar hafizəni gücləndirir, sinəni təmizləyir – Hədis Bu kimi işlərə işarə olunan hədislərin birində İmam Rza (ə) yaddaşın güclənməsinə və sinənin sağlamlığına faydalı olan tövsiyəsində buyurub: “Quran oxumaq, bal yemək, buxur iyləmək hafizəni gücləndirir, sinənin bəlğəmini təmizləyir.”
Xatırladaq ki, Qurani Kərim, Allahın yer əhli üçün göndərdiyi sonuncu möcüzəvi kitabdır. Bu kitab müxtəlif bilikləri ehtiva etməklə yanaşı həm də güclü mənəvi təsirə malikdir. İnsan ruhiyyəsində müsbət iz buraxır...
Məsumlar Dəstəmazın hikmət və misilsiz faydaları haqda nələr buyurmuşlar?
Dəstəmaz almaq Allahın biz insanlara bir əmr və göstərişidir. Bəzi əməllər dəstəmazsız icra olunmaz. Dəstəmaz paklıq mənasındadır. Yəni insan dəstəmaz aldıqdan sonra pak olur, yalnız bundan sonra Quran yazılarına və Allahın adı yazılmış yazılara toxuna bilər. Dəstəmaz almaq bəzən təmizliklə müqaisə olunur. Lakin bilməliyik ki, dəstəmaz təmizlik deyil, paklıqdır. Çünki dəstəmaz alarkən belə insanın dəstəmaz üzvləri təmiz olmalıdır. Bu da o deməkdir ki, paklıqla təmiz olmaq arasında fərq vardır. Dəstəmaz insanın ruhunu paklayır. Hədislərdə dəstəmazın hikməti və dəstəmazlı olmaq barədə buyrulub:
-İmam Baqir (ə) buyurub: Dəstəmaz Allahın təyin etdiyi həddlərdəndir. Mütəal Allah dəstəmaz vasitəsi ilə itaətkar və üsyankarı ayırd edir”.
-Peyğəmbər (s) buyurub: “Mütəal Allah Qiyamət günü insanları toplayanda mənim ümmətim digər ümmətlərdən dəstəmazın əsəri olan parlaq nurla tanınacaq”.