İmam Rzanın (ə) hədisinə əsasən hafizəni günləndirən və sinəni təmizləyən nəyi yemək lazımdır?!


Bunlar hafizəni gücləndirir, sinəni təmizləyir – Hədis Bəzi işlər vardır ki, bunlar insanın həm cisminə həm də ruhuna müsbət təsir edir, insanın mənəvi və fiziki sağlamlığını qoruyur. “İslaminSesi” – Bunlar müxtəlif qidalar, yaxud müxtəlif mənəvi təsirə malik işlər ola bilər.

Bu kimi işlərə işarə olunan hədislərin birində İmam Rza (ə) yaddaşın güclənməsinə və sinənin sağlamlığına faydalı olan tövsiyəsində buyurub:
“Quran oxumaq, bal yemək, buxur iyləmək hafizəni gücləndirir, sinənin bəlğəmini təmizləyir.”

Xatırladaq ki, Qurani Kərim, Allahın yer əhli üçün göndərdiyi sonuncu möcüzəvi kitabdır. Bu kitab müxtəlif bilikləri ehtiva etməklə yanaşı həm də güclü mənəvi təsirə malikdir. İnsan ruhiyyəsində müsbət iz buraxır.

Buxur isə ədətən Ərəbistan, Hindistan bölgələrində geniş yayılmış, yandırdıqda gözəl qoxsu olan bir bitkidir. Buxur yandırmaq, iyləmək qədim dini ayinlərdə də istifadə olunub.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter