Necə olur ki, mömin müşrik olur?
İnsanların bir çoxu, heç özləri də bilmədən, bəzən Allaha şərik qoşurlar. Ona görə də əməldə müşrik olurlar. Qurani-Kərim bu insanlar haqqqında buyurur: “Və onların (dünyada insanların) çoxu Allaha ancaq şərik qoşaraq (bütə, Üzeyirə, İsaya, nura, zülmətə etiqad bəsləməklə və hər hansı bir aşkar və gizlin şirkə düçar olaraq) iman gətirərlər”. (“Yusif” 106).
Şirkin iki növü vardır: əqidədə edilən şirk və əməldə edilən şirk.
Əqiqədə edilən şirkin də 3 növü vardır:
1. Uluhiyyətdə edilən şirk. Yəni, bütün kamallara malik olan başqa bir məbudun olduğuna əqidə bəsləyəsən.
2. Xaliqqiyyətdə edilən şirk. Yəni, insan bu əqidədə olar ki, aləmi iki və daha artıq məbud idarə edir.
3. Rübubiyyətdə edilən şirk. Yəni, insan bu əqidədə olar ki, rəbb olan məbudların sayı iki və daha çoxdur.
Əməldə edilən şirk.
Adətən itaətdə edilən şirkə əməl şirki deyirlər. Bu mənada ki, insanın müti olması o səbəbdən olar ki, itaətdə etdiyi kəslərə qarşı uluhiyyət, xəlqiyyət və rübubuyyət əqidəsinə oxşar bir əqidə bəsləyər. Onlara həddən artıq çox ehtiram göstərər və bu ehtiramı axirəvi səciyyə daşımaz.
Eyni zamanda, insan öz əmmarə nəfsinə də itaət edə bilir. Yəni seçim anında Allahın razılığını deyil, öz əmmarə nəfsinin istəklərini üstün tutur.
Qurani-Kərimin ayəsindən belə nəticəyə gəlmək olur ki, insanlar Allaha və Peyğəmbərə (s) iman gətirsələr də, əməldə şirkə düçar olurlar. İmam Baqir (ə) bu ayənin təfsirində buyurur: “Bu ayədəki məqsəd – itaətdəki şirdir, nəinki ibadətdəki şirk. İnsanların düçar olduqları günahlar – itaətdəki şirkdir. Çünki orada şeytana itaət edərlər. Bu işdə Allah üçün itaətdə şərik qoşurlar”.
İmam Sadiqə (ə) bu ayə ilə bağlı sual verirlər ki, möminlərin əksər hissəsi müşrikdir, nə deməkdir? Həzrət (ə) buyurur:“İnsanlar diqqət etmədən şeytana itaət edərlər. Şeytana itaət etmək isə şirkdir”. (Tebyan)
Beləliklə, deyə bilərik ki, bu ayəni araşdıraraq bu nəticəyə gəlib çıxırıq ki, ancaq Allahı və dini zahirdə qəbul etməklə kifayətlənmək olmaz. Əməldə gərək həqiqətən Allaha imanı təzahür etdirək. Ondan qeyrisini Məbud bilməyək. O cümlədən, öz istəyimiz və düşüncələrimizlə deyil, Allahın rizası üçün hərəkət edək./Deyerler.