Quran haqqında bilmədiklərimiz ... Riyazi hesablamalar


Quran haqqında bilmədiklərimiz ..
1. Quranın 114 surəsi var. 2. Quranın «6236» ayəsi var. 3. Quranda «1015030» nöqtə işlənmişdir.
4. Quranın «93243» fəthəsi var. 5. Quran \"1000” rükuya bölünür.
6. Quranın «114» \"Bismilləhir Rəhmanir Rəhim”i var. 7. Quranın \"5098” vəqf yeri var.
8. Quranın \"120” hizbi var. 9. Quranda «39586» dənə kəsrə işlənmişdir. 10. Quranda «19253» dənə təşdid var.


İslam maarifi və Quran ayələrinə əsasən ALLAH QORXUSUNUN 7 ƏLAMƏTI hansılardır?!


Mömin, bədəninin bütün üzvləri ilə Allahdan qorxandır. Necə ki, böyük əxlaq və fiqh məlumatı Əbu Leys əs-Səmərqəndi, Allah qorxusunun yeddi əlaməti olduğunu xəbər verər. Bunlar belədir:
1. Dil yalandan uzaqlaşar= Allahdan qorxan qul dilini yalandan, dedi-qodudan, intriqaçılıqdan, böhtandan və boş danışmaqdan qoruyar, bunlar yerinə onu zikrlə, Quran oxumaqla və elmi danışmalarla məşğul edər.
2. Qəlbdən qısqanclıq qalxar = Allahdan qorxan qul başqalarına qarşı ürəyində düşmənlik, böhtan və qısqanclıq saxlamaz. Çünki qısqanclıq yaxşılıqları məhv edər. Necə ki, Peyğəmbərimiz (s) belə buyurar: Atəş odunu necə yeyərsə qısqanclıq da yaxşılıqları elə yeyər (yox edər).
Biləsiniz ki, qısqanclıq, ürək xəstəliklərinin başlıca əlamətlərindən biridir və bu xəstəliklər də ancaq elmlə və yaxşı əməllər işləyərək müalicə edilə bilər...


Allah-Təala (c.c) Qurani Kərimdə bizi narahat edən suallara hansı cavabları verir?!


Dedim: Çox tənhayam. = Dedi: Mən ki sənə çox yaxınam. (\"Bəqərə\",186)
Dedim: Bilirəm SƏN mənə yaxınsan, amma mən SƏNDƏN uzağam. Kaş ki mən də SƏNƏ yaxın ola biləydim.
Dedi: Səhər-axşam yalvararaq, qorxaraq, səsini qaldırmadan ürəyində RƏBBİNİ yad et. (\"Əraf\", 205)
Dedim: Bu da SƏNİN köməyini istəyər. = Dedi: ALLAHIN sizi bağışlamasını istəməzsinizmi? (\"Nur\", 22)
Dedim: Əlbəttə ki, məni bağışlamağını çox istəyirəm.
Dedi: (Elə isə) RƏBBİNİZDƏN bağışlanmağınızı diləyin və ONA tövbə edin. Həqiqətən, RƏBBİM (bəndələrinə) rəhm edəndir, (onları çox) sevəndir! (\"Hud\", 90)...


Qurani-Kərim Qiyamət günü nələrdən şikayət edəcəkdir?!


Müqəddəs Quran Qiyamət günü belə şikayət edəcəkdir:
- Allahım, baxmayaraq ki, Quran insanlara tilavət etməyi tövsiyə etmişdir, ancaq müsəlmanlar məni hətta üzündən belə oxumurdular.
- Allahım, bəzi insanlar ki, məni oxuyurdular, tilavətimin haqqını əda etmirdilər. Yəni, təharətsiz, dəstəmazsız və təfəkkür etmədən sorağıma gələrdilər. Məni oxuyan zaman tələskənlik edərdilər.
- Allahım, bəziləri mənim ayələrimi oxuyur və başa düşürdülər, ancaq ona əməl etmirdilər. - Allahım, onlar ki, əməl edirdilər, başqalarına çatdırmazdılar.
- Allahım, bəziləri Qurana əməl edən zaman, hətta Qurana müxalif olanlardan belə geri qalardılar. Belə ki, İmam Əli (ə) buyurur: “Məbada başqaları Qurana əməl etməkdə siz müsəlmanlardan qabağa düşərlər”.- Allahim, bəziləri ibadi və fərdi ayələrə əməl edərdilər. Ancaq hicrət, cihad, fədakarlıq və siyasət ayələrinə qarşı etinasızdırlar. Bəzi ayələrə iman gətirərdilər, bəzi ayələrə qarşı etinasız olardılar...


Nə üçün zalım və günahkar insanlardan bir hissəsi nemətlər içində qərq olmuşdur?


Cavab: Yuxarıdakı sual çoxlarını düşündürür. Qurani-kərimin ayələrinə əsasən, belələri islahedilməz olduqlarından, yaranış qanunları və iradə azadlığına əsasən öz başına buraxılmışlar. Allah tərəfindən verilmiş bu möhlət, əslində onları uçuruma aparır. «Ali-imran» surəsinin 178-ci ayəsində buyurulur: «Küfr edənlər, onlara verdiyimiz möhləti özləri üçün xeyirli bilməsinlər. Biz onlara möhlət verimişik ki, günahlarını daha da artırsınlar. Onlar üçün zəliledici bir əzab vardır».
Bəzi ayələrdən məlum olur ki, bəzən Allah zalım və günahkarlara verdiyi nemətləri hədsiz dərəcədə artırır və onlar ləzzət içində xumarlandıqları zaman, qəfildən onları bütün nemətlərdən məhrum edir. Misilsiz firavanlıqdan sonra qəfil səfalət və zəlalət həmin insanlar üçün böyük əzaba çevirilir. «Ənam» surəsinin 44-cü ayəsində oxuyuruq: «Onlar edilmiş xəbərdarlıqları unutduqları bir an bütün nemət qapılarını onların üzünə açdıq ki, şadlansınlar. Sonra isə qəfildən bütün verdiklərimizi geri aldıq. Bununla da, onlar hədsiz narahatlığa düçar oldular»...


Qurani-kərimdə zeytun, xurma və üzümün adı nə üçün xüsusi qeyd edilir?


Cavab: «Nəhl» surəsinin 11-ci ayəsində buyurulur: «...Sizin üçün əkin, zeytun, xurma, üzüm və bütün meyvələrdən yetişdirir». Nə üçün ayədə zeytun, xurman və üzümün adı xüsusi çəkilir? Bəziləri həmin dövrdə ərəbistanda bu meyvələrin geniş yayıldığını səbəb göstərirlər. Lakin Quran hökmləri zaman və məkanla məhdudlaşmadığından, həmin fikir qəbul edilə bilməz.
Həyatını bağçılığa sərf etmiş böyük alimlərin fikirincə, meyvələr arasında bu üç meyvə qədər qidalısı yoxdur. İnsan orqanizmi üçün zeytun yağı qədər faydalı ikinci bir yağ məlum deyil. Bu yağ orqanizmin enerji ehtiyaclarının ödənməsində olduqca mühüm rol oynayır. Əksər yüksək kalorili yağlar çətin həzm olunursa, zeytun yağı həzm prosesinə kömək edir. Həzrət Əli ibn Musa ər-Riza (ə) buyurur: «Zeytun, yaxşı qidadır. Ağızda xoş qoxu yaradır, bəlğəmi aparır, üzə təravət verir, əsəb sistemini gücləndirir, qəzəb alovunu söndürür». Bütün bu əhəmiyyətlərinə görə, Quranda zeytun «mübarək ağac» adlandırılır...


Quran ayələrinə əsasən Allah Təala (c.c) kimləri lənətləmişdir?!


Allah-təalanın «Qurani-Məcid»də lənət etdiyi şəxslərdən biri də yalançılardır. Həmin dəstəyə bunlar daxildir:
1-Münafiqlər «Quran»da lənət olunmuşların ən birincisi münafiqlərdir:
\"Allah münafiq kişilərə, münafiq qadınlara və kafirlərə içində əbədi qalacaqları cəhənnəm odu vəd etmişdir. (Atəş, əzab) onlara kifayətdir. Allah onlara lənət elədi (mərhəmətindən qovdu). Onları daimi bir əzab gözləyir! ((«Tövbə»-68 («Fəth»-6 və «Əhzab»-61-də də lənət olunmuşlar.)).
2-Müşriklər: \"Allah Onun barəsində bədgüman (bədniyyət) olan münafiq kişi və qadınları, müşrik kişi və qadınları əzaba düçar etsin.Onların bədniyyətliyi öz başlarında çatlasın! Allahın onlara qəzəbi tutmuş və (Allah) onlara lənət etmişdir. (Allah) Cəhənnəmi onlar üçün hazırlamışdır. Ora necə də pis məskəndir!” («Fəth» - 6)...


\"Allah istədiyini yoldan çıxarar, istədiyini isə doğru yola yönəldər.” ayəsində мəqsəd nədir?


Cavab: Qurani-мəcidin ayələri bir-birini təfsir edir. Bir çox ayələr qrup şəklində nəzərdən keçirildikdə onların həqiqi мənası aydın olur. Zəlalət və hidayətdən danışan uyğun ayə də həмin qəbildəndir. Bu ayənin həqiqi мənasını dərk etмək üçün bəzi digər ayələrə də nəzər salмaq lazıмdır. Quranın digər bir ayəsində buyurulur: \"Allah kafirləri belə azdırar.” Digər bir ayədə isə buyrulur: \"Allah israf edən, şəkk içində olanları bu yolla azdırır.” Bu iki ayə insanların hansı səbəblərdən Allahın diqqətindən kənarda qalмasını aydınlaşdırır. Bu iki ayəni nəzərdən keçirмəklə əvvəlki ayənin мəfhuмunu dərk edə bilərik. Мəluм olur ki, Allahın hidayətindən yalnız və yalnız günahkarlar, iмansızlar və zalıмlar мəhruм olur.
Doğrudan da, günaha batмış insanların Allahın tovfiqindən мəhruм olмası təbii bir işdir. İnsanın səadəti onun öz мaddi və мənəvi istedadlarını hansı yolda sərf etмəsindən asılıdır. İnsan təkaмülünün ən yaxşı yolu Allahın Peyğəмbərlər vasitəsi ilə göndərdiyi göstərişlərə əмəl etмəkdir. Bu təliмlərə əмəl etмəkdən boyun qaçıranlar, günaha batanlar özləri səadət qapısını üzlərinə bağlayırlar...


\"Allahdan başqa hər şey мəhvə мəhkuмdur” ayəsinin мəfhuмu nədir?


Cavab: Nəzərə alмalıyıq ki, ayədə \"həlak” kəlмəsi işlədilмişdir. Həlak olмaq isə мəhv olмaq, fəna olмaq deyil. İnsanın nəinki ruhu, həм də cisмi taмaмilə мəhv olмur. Çürüyüb torpağa qarışan insan cisмi qiyaмət günü yenidən əvvəlki vəziyyətinə qayıdır. Deмək, insanın nə ruhu, nə də cisмi taмaмilə мəhv olub getмir. Ayədəki \"həlak” kəlмəsi parçalanмa мənasında da işlənə bilər. Əgər insanın ruhu ilə cisмi arasındakı əlaqə qırılırsa, onun haqqında \"həlak oldu” deмək olar. Aммa bu o deмək deyil ki, insan taмaмilə fani olur.
Мəsələni aydınlaşdırмaqdan ötrü başqa ayələrə nəzər salaq: \"Əvvəlki Ad qövмünü o həlak etdi. Səмud qövмünü də; onlardan kiмsə qalмadı; Nuh qövмünü isə onlardan da qabaq; Şübhəsiz ki, Ad, Səмud və Nuh qövмünün həlak edilмəsi onların öldürülмəsinə işarədir...


Quran oxunarkən ona qulaq asmaq lazımdır, yoxsa onunla tilavət etmək? f


Bu sualın cavabını \"Əraf\" surəsinin 204-cü ayəsində tapmaq olar. Ayənin nazil olma səbəbində İbn Abbas və başqaları demişlər: \"Müsəlmanlar ilk günlərdə namazda bəzən söhbət edirdilər. Bəzən elə olurdu ki, məscidə daxil olan şəxs namaza başlaması üçün başqalarından neçə rükət qıldıqlarını soruşardı. Onlarda cavabında neçə rəkət qıldıqlarını deyərdilər. Belə olduqda yuxarıdakı ayə nazil oldu, onları bu işdən çəkindirdi. Nəql olunduğuna görə Zöhri bu barədə demişdir: \"Peyğəmbər (səlləllahu əleyhi və alih) Quran tilavət edərkən ənsardan olan bir gənc də onunla birgə ucadan Quran oxuyardı. Ayə nazil oldu, onu bu işdən çəkindirdi.\" Hər halda Quran yuxarıdakı ayədə belə əmr edir:
Quran oxunan zaman ona qulaq asın və susun ki, bəlkə bağışlanasınız. \"Ənsitu\" feli \"İnsat\" kökündən götürülmüş, sükutla qulaq asmaq mənasındadır. etməkdir...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter