Allah-Təala (c.c) Qurani Kərimdə bizi narahat edən suallara hansı cavabları verir?!


Dedim: Çox tənhayam.

Dedi: Mən ki sənə çox yaxınam. (\"Bəqərə\",186)


Dedim: Bilirəm SƏN mənə yaxınsan, amma mən SƏNDƏN uzağam. Kaş ki mən də SƏNƏ yaxın ola biləydim.

Dedi: Səhər-axşam yalvararaq, qorxaraq, səsini qaldırmadan ürəyində RƏBBİNİ yad et. (\"Əraf\", 205)


Dedim: Bu da SƏNİN köməyini istəyər.

Dedi: ALLAHIN sizi bağışlamasını istəməzsinizmi? (\"Nur\", 22)


Dedim: Əlbəttə ki, məni bağışlamağını çox istəyirəm.

Dedi: (Elə isə) RƏBBİNİZDƏN bağışlanmağınızı diləyin və ONA tövbə edin. Həqiqətən, RƏBBİM (bəndələrinə) rəhm edəndir, (onları çox) sevəndir! (\"Hud\", 90)


Dedim: Çox günahkaram, bu qədər günahla mən nə edim?

Dedi: Məgər onlar bilmirlər ki, ALLAH qullarından tövbə qəbul edər, sədəqə (zəkat) alar. Və ALLAH tövbələri qəbul edəndir, rəhmlidir?! (\"Tövbə\", 104)


Dedim: Dəfələrlə tövbə edib tövbəmi pozdum, artıq üzüm qalmadı.

Dedi: Günahları bağışlayan, tövbələri qəbul edən, cəzası şiddətli, kərəmi böyük olan (ALLAHDIR)! Ondan başqa heç bir tanrı yoxdur. (\"Ğafir\", 3)


Dedim: Bu qədər günahım var, hansının tövbəsini edim?!

Dedi: ALLAH bütün günahları bağışlayandır. (\"Zumər\", 53)


Dedim: Yəni gəlsəm, yenə məni bağışlayarsanmı?

Dedi: Axı günahları ALLAHDAN başqa kim bağışlaya bilər? (\"Ali-İmran\", 135)


Dedim: Nə qədər gözəlsən ALLAHIM! Bilmirəm bu sözlərin qarşısında nə üçün içim içimə sığmır və şam kimi yanmağa başlayıram, Səni çox sevirəm.

Dedi: Şübhəsiz ki, ALLAH tövbə edənləri və təmizlənənləri sevir.


Dedim: \"İLAHIM və RƏBBİM, mənim SƏNDƏN başqa kimim var”,

Dedi: \"ALLAH ÖZ bəndəsinə kifayət deyilmi?” (\"Zumər\", 36)


Dedim: SƏN ki məni bu qədər çox sevirsən və mənə qarşı bu qədər həlimsən mən nə edə bilərəm?

Dedi: Ey iman gətirənlər! ALLAHI çox zikr edin! Onu səhər-axşam təqdis edib şəninə təriflər deyin! (Sübh,zohr,esr, sam və isa namazlarını qılın!). Sizi zülmətdən nura çıxartmaq üçün mələkləri ilə birlikdə sizə mərhəmət bəxş edən Odur. (Və ya: mələkləri də Ondan sizin bağışlanmağınızı dilərlər!). ALLAH möminlərə rəhm edəndir! (\"Əhzab\", 41-43)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter