Mübahİlə günü hansı günə deyİlİr?


\"Ey Peyğəmbər, (İsanın Allahın qulu və peyğəmbəri olması barədə) sənə göndərilən elmdən sonra buna (İsanın əhvalatına) dair səninlə mübahisə edənlərə de: “Gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı; biz də qadınlarımızı, siz də qadınlarınızı; biz də özümüzü, siz də özünüzü (bura) çağıraq! Sonra (Allaha) dua edib yalançılara Allahın lənət etməsini diləyək!” .\"(1)


İslam dünyagörüşündə İnsan hansı məqama sahİbdİr?


İnsanın həqiqəti və mahiyyəti bir problem olaraq əsrlərlə mütəfəkkirlərin diqqətini özünə cəlb etmiş və onlardan öz həllini tələb etmişdir. Məsələ ilk baxışda olduqca sadə görünsə də, filosoflar tərəfindən bu sahədə yürüdülən fikirlərin bir-biri ilə nə dərəcədə ziddiyyət təşkil etdiyini nəzərə alsaq demək olar ki, insan adlı müəmmalı bir aləmin sirlərini kəşf etmək o qədər də asan deyildir.


Nə üçün İbadət etməlİyİk?


Aləmin yaranışı və peyğəmbərlərin be’sətinin ibadət üçün olması ibadətin əhəmiyyətini lazımınca göstərir. Allah-təala buyurur: “Mən cinləri və insanları yalnız mənə ibadət etmək üçün yaratdım!”


Zəkat digər ilahi dinlərdə mövcuddurmu?


1. Zəkat təkcə İslam dininə məxsus deyil. Əksinə, bundan öncəki dinlərdə də var idi. Zəkat (və namaz) bütün səma dinlərindəki müştərəklərdəndir.
Həzrət İsa (ə) beşikdə dilə gəldi və dedi: “O, mənə diri olduqca namaz qılıb zəkat verməyi tövsiyə buyurdu.”[1]


Təvəlla və Təbərra NƏ deməkDİR?


Təvəlla ərəb lüğətində dostluq, məhəbbət, Təbərra isə dönmə, üz döndərmə, əl çəkmə, rədd etmə, imtina etmə, özünü saxlama və s. kimi mənalarda işlənir. Bu iki kəlmə dini termindir və İslam dininin əsas vaciblərindəndir. Mənası isə Allahın, Peyğəmbərin, Əhli-beytin və möminlərin dostlarını və istədiklərini sevmək və məhəbbət bəsləmək, onlara itaət etmək və onların düşmənlərindən üz çevirməkdir.


Necə dost seçməlİYİK?


“Bir gün zalım öz əllərini didər və deyər: Ey kaş, Allahın peyğəmbəri getdiyi yolu gedəydim. Vay olsun mənə! Kaş filankəslə dostluq etməyəydim! Quran mənə gəlib çatdıqdan sonra, o məni Allahı yad etməkdən yayındırdı. Şeytan həmişə insanı yalqız qoyub gedəndir”. (Furqan surəsi, ayə 27-29)


Qurani – Kərimə aid bu məlumatları bilirsiznizmi?


1. Bismillahsız olan surə tövbə surəsidir.
2. İki Bismillah olan surə Nəml surəsidir.
3. Quranın ərusu Ər-rəhman surəsidir.


İslam dini uşağı döyməyə icazə verirmi?


İslam dinində uşağı tərbiyə məqsədilə tənbeh etməyə icazə verilir. Ancaq əgər o həddə çatar ki, diyəsi vacib olar, haramdır. Yəni əgər bir valideyn uşağı elə vura ki, əti göyərər - bu əməl haram hökmündədir.


Din nədir?


Din – peyğəmbərlərin Allah tərəfindən bəşəriyyəti hidayət etmək və onlara yol göstərmək üçün gətirdiyi bir sıra elmi, əxlaqi və əqidəvi göstərişlərdən ibarətdir. Bu əqidələrə e`tiqad bəsləyib onun göstərişlərini yerinə yetirmək insanın hər iki dünyada səadət və xoşbəxtliyini tə`min edir.


ALLAH İNSANI NƏ ÜÇÜN YARATDI?


Allah-taala insanı ali bir hədəfə yetişmək üçün yaratmış, həmin hədəfə yetişməsi üçün onu müxtəlif qüvvələrlə təmin etmişdir. Bu hədəf insanın Allah-talanın bəndəliyi və Onu tanımaq məqamına yüksəlişdən başqa bir şey deyil. Həmin hədəfə yetişən insan Allahın uca xəlifəlik-canişinlik məqamına çatmış olur.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter