TƏVƏKKÜLÜN MƏNASI NƏDİR? TƏVƏKKÜL EDƏN NƏ QAZANIR?


“Allaha təvəkkül et ki, şübhəsiz, Allah təvəkkül edənləri sevir”. (“Ali-İmran” 159).
Allaha təvəkkül etməyin həqiqəti budur ki, Allaha inanır və Onun əmrinə təslim olursan. Təvəkkülün mənası budur ki, müsəlman insanların əlində olandan ümidsiz və Allahın yanında olandan ümidvar olar.


Zarafatı hansı həddə etməlİyİk?


Zarafat elə bir haldır ki, qarşı tərəfi güldürə və şadlandıra bilər. Maraqlı lətifələr deməklə, məzəli sözlər işlətməklə insan möminləri sevindirə bilər. Möminin qəlbini şad etmək - İslam dininin bəyənilmiş əməllərindəndir. Məsumlar (ə) da onu tövsiyə etmişdilər. Ancaq bu zarafat o zamana qədər gözəldir ki, qeybətə və başqalarının eybini faş etməyə çevrilməsin. Bir neçə nəfəri güldürmək üçün başqasını incitməyəsən.


Dİnİmİzİn nəzərİnə görə aİlədə nə qədər uşaq olmalıdır?


İslam dini övladlarımızı behişt gülləri hesab edir. “Ey insanlar, Rəbbinizdən qorxun. O Allah(dan) ki, sizi bir candan (ilk möcüzəvi varlıq kimi torpaq və gildən yaratdığı adam, insan və bəşər adlı canlıdan) yaratdı, onun cinsindən (həmin cür möcüzəvi şəkildə) zövcəsini yaratdı (və onların arasında ər-arvadlıq nikahı bərqərar etdi) və o ikisindən çoxlu kişi və qadın (törədib) yaydı”. (“Nisa 1).


Vaxtımızı neçə hİssəyə bölək?


Həzrət Peyğəmbər (s) buyurur: “Ey Əbazər! Aqil insan gecə-gündüzünü dörd hissəyə bölə bilər. Vaxtının bir hissəsində dua etsin, vaxtının bir hissəsini əməllərini mühasibə etsin, vaxtının bir hissəsini Allahın xəlq etdikləri haqqında düşünsün, vaxtının bir hissəsini isə nəfəsini halalla bəhrələndirsin ki, bu vaxt o biri üç vaxtın kömək və yardımçısıdır”


Zİyan çəkməmək üçün nə etməlİ?


Quranın nəzərinə görə, həqiqi ziyankarlar maddi cəhətdən ziyan çəkənlər deyildir. Bəlkə həqiqi ziyan odur ki, insan özünə zərər vursun. “De: «Şübhəsiz, (əsl) ziyana uğramış kəslər Qiyamətdə özlərini və ailələrini ziyana uğratmış kəslərdir. Bilin ki, həmin açıq-aşkar ziyan budur»”. (“Zumər” 15).


Riyadan necə xilas olaq?


Riya - insan əməllərini məhv edə biləcək amillərdəndir. Bəzən riyadan çəkinmək insanın əlində olmur. Belə deyildir ki, insan nə zaman istəsə riya edir və nə zaman istəmir, etmir. İblis lənətlik agahsız halda insan qəlbinə təsir qoyar və niyyətini xarab edər. O zaman ki, şeytan insan əməlini riyaya çevirməyi adət etdirər, riyaya xəstələnmiş insan özünü asanlıqla ondan xilas edə bilməz.


Yuxudan əvvəl nələri düşünək?


Yuxu insan həyatında mühüm rola malik olan amildir. İnsanın ayıq olan zaman sağlam həyat sürməsinə kifayət qədər təsir qoyar. Yuxusuzluq və pis yatmaq həyatımıza mənfi təsir vurar.


Nə zaman günahlar bağışlanmaz?


Hər bir insan günah işlədən zaman bağışlanacağına ümidsiz olmamalıdır. Əgər ümidli olarsa, tövbə edər və bağışlanar. Ancaq ümidsiz insan bağışlanmaz. Çünki bağışlanmağına görə heç bir ümidi yoxdur. Ona görə də tövbə etməz.


İlahİ tofiqİ necə əldə edək?


Ayətullah Behcət buyurur: “İnsan xəyal edir ki, xeyir iş görəndə o işi görənin əsli özüdür. O, hər işi görə bilər. Halbuki, bilmir nə qədər yaşacaqdır. Məgər ömrünün axırına qədər bu işi görə bilərmi?”


Teyyül-ərzİn həqİqətİ nədİr?


Əllamə Təbatəbayidən soruşurlar ki, teyyül-ərzin həqiqəti nədir? Buyurur ki, yeriyənin addımları altında yeri bükməkdir.
Mərhum Qazi ziyarət əyyamında həmişə Nəcəfdən Kərbəlaya gələrdi. Heç kim onun maşına mindiyini görməzdi. Bu sirdən heç kim xəbərdar deyildi. Bazar satıcılarından birindən başqa. O, Məşhədə gedir və mərhum Qazini orada görür. Həmin şəxs Nəcəfə qayıdan zaman Mərhum Qazini Məşhəddə gördüyünü söyləyir.
Teyyül-ərz, yəni insan İlahi iradə ilə bədənini məqsədində tutduğu məkana çağırır.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter