İlahİ tofiqİ necə əldə edək?


Ayətullah Behcət buyurur: “İnsan xəyal edir ki, xeyir iş görəndə o işi görənin əsli özüdür. O, hər işi görə bilər. Halbuki, bilmir nə qədər yaşacaqdır. Məgər ömrünün axırına qədər bu işi görə bilərmi?”

Tofiq nədir?
Tofiq dini bəhslərdəndir ki, bizlərə onu tövsiyə edirlər. İnsanlar bir-birinə deyərlər: “Allah sənə tofiq versin”. Saleh əməl görmək üçün tofiq lazımdır. Bəs bu cümlənin mənası nədir?
İmam Əli (ə) buyurur: “Tofiq - Rəhman Allahın inayətidir”.
Hər bir insanın xeyir iş görməsi üçün İlahi tofiq lazımdır. Bu tofiqdan sonra bəndə öz ixtiyar və iradəsi ilə həmin işi görər. Necə ki, Allah buyurur: “O zaman ki, (daş) atırsan, bu, sən deyilsən ki, onu atırsan. Bəlkə Allah onu atır”.
Biz insanlar elə bilirik ki, Allah bizə əmr etmiş və bizə qadağa etmişdir. Biz hər bir işi görən zaman özümüzü fail (işi görən) hiss edirik. Halbuki, hamımız Allahın məxluqlarıyıq və bəndənin iradəsi Allahın əlindədir. Gərək Allah həmin işi görmək üçün ona tofiq versin. İnsan əslində həqiqi fail üçün zəminə hazırlayar. Həqiqi fail isə Allahdır.
İnsan bir xeyir iş görmək istəyən zaman onun zəminələrini hazır edib çalışmalıdır ki, Allah da onun üçün mənəvi zəminə hazır edib, tofiq versin.
Ayətullah Seyyid Mahmud Mərəşi buyurur: “Ayətullah Mərəşi Nəcəfi öz qohumlarına və yaxınlarına, xüsusilə də övladlarına tövsiyə edərdi ki, evlərində Quranı əlçatmaz yerə qoymasınlar. Elə yerə qoysunlar ki, həmişə görünsün. Buyurardı: “Yadınızda olsun ki, nə zaman gözünüz ona dəysə, ondan bir neçə ayə tilavət edin. Çalışın ki, ondan ayələr hifz edəsiniz”. Tövsiyə edərdi ki, Quran oxuyan zaman dəstəmazlı olsunlar. Buyurardı ki, əgər tofiqin sizdən uzaqlaşmağını istəmirsinizsə, hər gün bir cüz və ya bacardığınız qədər Quran oxuyun. Çünki Quran sizə rahatlıq və təhlükəsizlik bəxş edər”.

Tofiq səy və çalışma olmadan əldə edilməz. Allah çalışmayan insana tofiq verməz. İnsan səy etməzsə, tofiqin mənası da olmaz.
İmam Rza (ə) buyurur: “Hər kəs Allahdan tofiq istəsə və çalışmasa, özünə məsxərə etmiş olar”.
Ayətullah Cavad Amuli buyurur: “Mərhum Əllamə Təbatəbai harada söhbət təfsirdən düşsə, davamlı olaraq ayə oxuyar və təfsirini bəyan edərdi. Əgər Quranın bir hissəsi insanda zühir edərsə, Allahın vədəsinə şamil olar. O, ağlı ilə Quran və sünnətin xidmətində olardı. Hər bir yeməyi yeməzdi, hər kitabı oxumazdı, hər dərsi deməzdi. Hər sözə qulaq asmazdı”.
Əgər Allahın bizdən razı olub-olmadığını bilmək istəriksə qəlbimizə nəzər salaq. Əgər görsək ki, biz Allahdan razıyıq, başa düşərik ki, Allah da bizdən razıdır.
İmam Cavad (ə) buyurur ki, möminin gərək üç xüsusiyyəti olsun. Onun birincisi Allah tərəfindən olan tofiqdir. Yəni, o şəxsin ki, əməldə İlahi tofiq olmaz, heç bir işə yaramaz. İkinci xüsusiyyət daxili moizə deyənə malik olmaqdır. Üçüncüsü isə başqalarının nəsihətini qəbul etməkdir.
İlahi tofiq nəticəsində insanın həyat yolu hamar olar. Günahdan çəkinmək insana İlahi tofiq inayət edər.
Mərhum Mühəddis Qumi nəql edir ki, Bəşər Hafi ona görə tövbə etməyə nail oldu ki, bir gün yerdən “Bismilləhir-Rahmənir-Rahim” yazılmış kağız tapır və onu paklayıb, münasib yerə qoyur. Bu əməli onun hidayət olmasına və tövbəsinə səbəb olur.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter