Teyyül-ərzİn həqİqətİ nədİr?


Əllamə Təbatəbayidən soruşurlar ki, teyyül-ərzin həqiqəti nədir? Buyurur ki, yeriyənin addımları altında yeri bükməkdir.
Mərhum Qazi ziyarət əyyamında həmişə Nəcəfdən Kərbəlaya gələrdi. Heç kim onun maşına mindiyini görməzdi. Bu sirdən heç kim xəbərdar deyildi. Bazar satıcılarından birindən başqa. O, Məşhədə gedir və mərhum Qazini orada görür. Həmin şəxs Nəcəfə qayıdan zaman Mərhum Qazini Məşhəddə gördüyünü söyləyir.
Teyyül-ərz, yəni insan İlahi iradə ilə bədənini məqsədində tutduğu məkana çağırır.
Qurani-Kərimdə oxuyuruq ki, Həzrət Süleyman (ə) Səbə mələkəsi gəlməmişdən əvvəl öz ümməti ilə görüşür və onlardan istəyir ki, Səbə mələkəsinin taxtını saraya gətirsinlər. Bu işi iki nəfər görə biləcəyini söyləyir. Onlardan biri cin və o birisi isə saleh bəndə idi. Adı Asəf ibni Bərxiya idi. O, İlahi kitaba mərifəti olan bir insan kimi tanıdılmışdır. Quran onun haqqında buyurur: “Kitabdan (Lövhi-Məhfuzdan, ya səmavi kitablardan) bir qədər elmi olan birisi dedi: «Mən onu sən göz qırpmadan öncə və ya sənin bir şeyə baxışın həmin şeyin surətini beyinə ötürməmişdən öncə, sənin yanına gətirərəm». (“Nəml” 40). Həzrət Süleyman onun dediklərinə razılıq verən zaman o teyyül-ərzin vastəsilə həmin taxtı saraya gətirir. Süleyman taxtı görən zaman Allaha şükür edir.
Quranın buyurduğu bu şəxs təkcə bəzi kəlamları bilmirdi, onun İlahi kitaba tam mərifəti var idi. Çünki ancaq sözləri bilmək bu məqama nail olmağa kifayət etməz. Həmin şəxs bu sözlərin həqiqi mənasını bilirdi, onlara tam hakim idi. Bu insanın xüsusi məqamı var idi ki, belə bir qüdrətə malik olmuşdu.
Deməli teyyül-ərz xüsusi İlahi məqamdır ki, hər kəsə verilməz. Onu ancaq Allahın xüsusi saleh bəndələri əldə edə bilərlər.
Ayətullah Həsənzadə Amuli nəql edir: “Cavanlıq dövründə dərs oxumağa başladığım zaman sərf-nəhv öyrənir, səhərlər tezdən qalxır və təhsildə möhkəm əzm göstərirdim. Səhər gördüyüm yuxuda İmam Əli ibni Musa ər-Rzanın (ə) ziyarətinə getdim. Məni, İmamın (ə) yanına gəlməmişdən qabaq bir məscidə apardılar ki, orada Allahın sevimli bəndələrindən birinin məzarı var idi. Mənə buyurdular ki, bu məzarın kənarında iki rükət hacət namazı qılım. Sonra da hacət istəyim və o, yerinə yetsin. Mənim elmə olan böyük sevgimlə bu namazı qıldım və Sübhan Allahdan elm istədim. Sonra isə səkkizinci İmamın (ə) hüzuruna getdim. Ehtiramımı göstərdim və Həzrət (ə) mənim elmə olan susuzluğumu bilib buyurdu: “Yaxın gəl”. Yaxın getdim. Gözlərimi İmama (ə) dikmişdim. Gördüm ki, ağız suyunu ağzında yığdı və mənə buyurdu ki, onu içim. Elə həmin an yadıma düşdü ki, İmam Əli (ə) buyurub: “Peyğəmbər (s) ağız suyunu topladı və mən onu içdim. Elmin min qapısı və hər qapıdan da min qapı üzümə açıldı”. İmam (ə) teyyül-ərzi mənə təqdim etdi”.
Beləliklə deyə bilərik ki, Quranın və ariflərin şəhadət verdiyi teyyül-ərz mövcuddur və həqiqətdir.

(İslami saytlara istinadən/ Deyerler.org)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter