İmam Zamanın (ə) öz zühurundan xəbərsiz olması qeybdən xəbərdar olmasına nöqsan deyildirmi?
İmam Zaman (ə) öz zühurundan xəbərsizdir?! Bəli. Bunu bütün şiə alimləri qəbul edir. İmamın bu məsələni bilməməsi onun qeybi məsələlərə alim olmasına heç bir nöqsan hesab olunmur! Çünki Allah-Taala qeybi məsələlərin hamısının biliyini övliyalarına verməmişdir. Qeybdən xəbərdarlıq Yalnız Allahın hikmət və məsləhəti əsasında həyata keçir.
Quran Kərim buyurur: \"Qeybi bilən ancaq Odur və Öz qeybini heç kəsə əyan etməz; Bəyənib seçdiyi peyğəmbərdən başqa! (Qeybi nə bir mələk, nə də bir peyğəmbər bilər. Onun açarları ancaq Allahın əlindədir. Lakin Allah istədiyi peyğəmbərə bir möcüzə olaraq vəhy yolu ilə qeybdən bəzi xəbərlər bildirər). Allah onların önündə və arxasında (mələklərdən ibarət) gözətçilər qoyar ki,\" (Cinn surəsi, 26-27 ci ayələr).
Necə ki, bu məsələ İslam Peyğəmbəri (s) haqda da doğrudur. Peyğəmbər (s) çoxlu məsələlərdə qeybi elmdən istifadə etmişdir, bütün məsumlardan dəfələrlə çox yerlərdə. Amma bəzi yerlədə qeybdən xəbərsiz olduğunu demişdir, misal olaraq peyğəmbərdən (s) soruşdular ki, qiyamət nə zaman olacaq? Həzrət cavabda buyurdu:
\"(Ya Rəsulum!) Səndən saat (qiyamət günü) haqqında soruşarlar ki, nə vaxt qopacaq? De: “O ancaq Rəbbimə məlumdur. (Qiyamətin) qopacağı vaxtı Allahdan başqa heç kəs bilə bilməz. Göylərdə və yerdə (Allahdan qeyri) bir kimsənin onu bilməsi çətindir. O sizlərə ancaq qəflətən gələr!” Sən onun haqqında bir şey bilirsənmiş kimi onlar (səndən) israrla soruşarlar. De: “O ancaq Allah dərgahında məlumdur, lakin insanların əksəriyyəti (bunu) bilməz!”.
Bu ayədən belə nəticə almaq mümkündür ki, bütün qeybdə baş verəcək hadisələrdən xəbərdar olmaq yalnız Allaha məxsusdur. Bəzi insanlar Allahın istəyi ilə qeybdən bəzi məsələlər haqda agah olurlar. Yəni qeybi məsələlərə əyan olmaq məhdudiyyətlidir. İmam Zamanın (ə) zuhur zamanı da elə məhdudlardan qıraxda saxlanılanlardandır.
İmam Zamanın (ə) zühurunu bilməsi haqda iki baxış deyilir:
Birinci baxış: İmam Zamanın (ə) zuhuru haqda elmi olmamasını deyənlər bu dəstə rəvayətlərə söykənirlər. Rəvayətlərdə belə məzmunlu cümlələr gəlmişdir: \"İmam Zamanın (ə) zühuru qiyamət məsəlinə bənzəyir (yəni hər ikisinin zamanı bəlli deyil). \"Zühur zamanı Allah Taalaya məxsus olan qeybi bilikdir, vaxt təyin edənlər isə yalançılardır\" (Yəni elmi qeyb bütün bəşər üçün məhduddur).
İkinci baxış: Bir dəstə alimlərdə də deyirlər: İmam Zaman (ə) zühurunun zamanı haqda məlumatlıdır. Amma səbr etməyə əmr olunmuşdur. Dəlilləri isə bəzi hədislərdən ələ gətirdikləridir. O cümlədən İmam Sadiqdən (ə) belə bir rəvayəti nəql edirlər: \"İmam Sadiqdən (ə) soruşdular sizmi səbirlisiniz yoxsa sizin şiələriniz? Buyurdular: Bizim şiələrimiz? Çünki biz bildiklərimizə səbr edirik amma onlar bilmədiklərinə.
Nəticə olaraq: Hər iki halda İmam Zamanın zuhurunun vaxtı məsələsi onun qeybi bilməsi və ya bilməməsinə nöqsan hesab olunmur. Zühurunun vaxtı haqda məlumatlı olsa qeybə elminin olması sabit olunur. Zuhurunun vaxtını bilməsə baxışı düzgün olsa onda da sübut olunur ki, qeybə elm bütün övliyalar üçün də məhdud olmuşdur İmam Zaman (ə) üçün də məhduddur. Zühur məsələsinin vaxtı o cümlə məhdud qeybə biliyindən xaric bir məsələdir.
Mənbələr:
1-Məhəmməd Baqir Məclisi, Bihar əl-Ənvar kitabı, cild: 24, səh: 216; cild: 36, səh: 341.
2-Şeyx Tusi, əl-Qeybə kitabı, səh: 291.