Çətinliklərdə Allahı günahlandırmaq – İblisin (lən) yoludur!


Bəzən elə olur ki, insan həyat yolunda çətinliklə üzləşən zaman Allaha şikayət edir və Uca Yaradanı təqsirkar saymağa çalışır. Sanki yaxın dostdan giley edən kimi.
Ancaq bütün bunlar bizim cəhalətimizdən irəli gəlir. Çünki biz özümüzü və Allahımızı yaxşı tanımırıq. Ağrını müəyyən etmək – onun müalicəsinin bir hissəsidir. Əgər biz özümüzü islah etməsək – yolunu azmışlardan və İblisin (lən) davamçılarından olarıq. Çünki Allahı günahlardırmaq – İblisin (lən) getdiyi yoldur, biz insanların deyil.
O zaman ki, Allah Təala bu məluna insana səcdə etməklə bağlı əmr verir, o, təkəbbür edir və Allaha itaətsizlik edir. Sonra da öz inadını qəbul etmək yerinə, Allahı günahlandırır. Şeytan (lən) insana da bu dağıdıcı yolda getməsi üçün həmişə vəsvəsə edər. Ancaq biz insanlar gərək ayıq olaq və etdiyimiz pis əməllərin nəticəsini özümüzdə görək, başqalarında deyil, xüsusilə də Allahda deyil...


Hz Peyğəmbərin (s) öyrətdiyi Ömrün son anında edilən dua necə oxunur?!


Bir nəfər ölüm anında bəzi çətin səhnələrin gözünün önünü gəldiyini Hz Peyğəmbərə (s) ərz elədi!
Həzrət (s) bu cavabı eşidən kimi üzünü ona çevirib, buyurur: “Mənim oxuduğum bu duanı oxu: “Allahım! Mənim çoxlu günahlarımı bağışla və az olan yaxşı əməllərimi qəbul et!”. Həmin kişi bu duanı zümzümə etdi və yenə də huşdan getdi. Həzrət Peyğəmbər (s) gözləyir ki, bu şəxs yenə huşa gəlsin. Kişi özünə gələn zaman Həzrət (s) soruşur ki, indi nə gördün? Kişi deyir: “Ey Allahın Rəsulu! Gördüm ki, mənə tərəf ağ rəngli nur gəlir”. Əziz Peyğəmbər (s) çox sevinir və mübarək üzündə təbəssüm görünür. Üzünü kişinin qohumlarına çevirib, buyurur: “Allah bu kişinin günahlarını bağışladı”. Bir müddət sonra kişi can verib qurtardı...


İmam Rzanın (ə) hədisinə əsasən Bəndə namazda nələri hədəfləməlidir?


Muhəmməd ibni Sənan nəql edir: “İmam Rzaya (ə) sual verirlər ki, namazın vacib olmasının sirri nədir və Həzrət (ə) buyurur: “Namazın vacib olmasının sirri ibarətdir:
-Allah Təalanın rübubuyyətini etiraf etmək,
-Cəbbar Cəl və Cəlalın qarşısında xar və ehtiyaclı halda dayanmaq,
-Günahı etiraf etmək, onlara görə bağışlanma istəmək,
-Allah Təalanı böyük tutmaq və təzim etməyə xatir hər gün üzünü beş dəfə torpağa qoymaq,


Bu 8 nəfər pis münasibətə görə ancaq özünü məzəmmət etsin!


Həzrət Peyğəmbər (s) İmam Əliyə (ə) etdiyi vəsiyyətində buyurur: “Ey Əli! 8 nəfər vardır ki, əgər təhqirə məruz qalarlarsa, özlərindən qeyrisini məzəmmət etməsinlər:
1. O kəs ki, çağırılmamış qonaq gedər. 2. Ev sahibinə göstəriş verər. 3. Düşmənlərindən xeyir istəyər. 4. Simic insandan bəxşiş istəyər.
5. İki nəfər arasında olan sirrə daxil olar (öyrənər), halbuki onlar onu daxil etməmişdilər. 6. Sultanı yüngül hesab edər.
7. Elə məclisdə əyləşər ki, onun əhli olmaz. 8. Elə söz deyər ki, ondan eşitməzlər”.


Hansı altı dəstə insanların duaları qəbul olunmaz?!


Bir nəfər İmam Əliyə (ə) deyir ki, mənim duam niyə yerinə yetmir? Həzrət (ə) cavabında buyurur: “Peyğəmbərdən (s) gələn hədisdə belə nəql edilir ki, ümmətimin bir neçə dəstəsinin duası yerinə yetməz:
1. O insan ki, ata və anası üçün pislik istəyər.
2. (Borc alan insan,) borc verən insanın bədbəxt olması üçün dua edər ki, onun yanına hansısa malı qoymuşdur. Nə ondan sənəd almış və nə də şahid tutmuşdur.
3. O kişi ki, xanımının ziyanına dua edər, halbuki Allah həyat yoldaşının xilas olmasını onun əlində qərar vermişdir...


Hansı dəstə insanların duaları İLAHİ ərşə çatar?!


Həzrət Peyğəmbər (s) buyurur: “Şəkk yoxdur ki, üç dəstənin duası yerinə yetər: məzlumun duası, müsafirin duası və atanın övladının əleyhinə etdiyi dua”.
Amma bəs niyə ata övladının əleyhinə dua edər? Bir ömür onu əziyyətlə böyüdür, oxudur, yedizdirir, geyindirir və onun xoş günlərinə şərik olur, qəmgin günlərində həmdəmi olur. Bəs niyə ata övladının əleyhinə dua edir? Dinimizdə ağvalideyn deyilən bir məfhum vardır ki, kəbirə günahlardan hesab olunur. İbni Abbas belə bir hədis nəql edir: “Cəhənnəm atəşinin üzərində yeddi körpü vardır. Bəndələr bu körpülərin üzərindən keçərlər. Yeddinci körpü valideyn haqqıdır. Əgər bu körpüdən keçə bilsələr, nicat taparlar və behiştə gedərlər. Əks halda cəhənnəm atəşinə atılarlar”...


İmam Rzanın (ə) hədisinə əsasən valideynə zülm etməyin 5 bəlası vardır?!


Muhəmməd ibni Sənan nəql edir: “Həzrət İmam Rza (ə) yazdığı məktubda mənə buyurmuşdu: “Allah ağvalideyn olmağı və onlara itaətsizlik etməyi haram buyurmuşdur və onun sirri bir neçə şeydir:
1. Valideynə itaətsizlik edəndə, insan Allah Təalaya itaət tövfiqindən xaric olur.
2. Ağvalideyn olmaq səbəb olur ki, insan ata və anasına təzim etməsin. (Hörmət etməsin).
3. Valideynə itaətsizlik – insanı nemətə küfrdən çəkinməkdən saxlayar...


Üç günahın cəzası Qiyamətə qədər qalmaz və elə bu dünyada cəzalandırılar. Hansılardır?!


Həzrət Peyğəmbər (s) buyurur: “Üç günahın cəzası Qiyamətə qədər qalmaz və elə bu dünyada cəzalandırılar:
1. Ata və anaya ağvalideyn olmaq. 2. İnsanlara zülm etmək. 3. Yaxşılıq və ehsana naşükürlük etmək”.
Qurani-Kərim bizlərə ata və anamıza hörmət və yaxşılıq etməyi həmişə tövsiyə edir. Ancaq biz bəzən bunu unuduruq və valideynlərimizlə elə söhbət edirik ki, sanki onlar bizə nəyisə borcludurlar. Bəzən də sevgilərinə elə laqeydlik göstəririk ki, ürəkləri sınır. Bu günün cavanları adətən valideynlərinə hörmətdə həmişə səhlənkarlıq edirlər. Bəziləri isə hətta valideynlərinin üzünə durur və onlarla kobud rəftar edirlər. Bəzən suallarına cavab vermir, bəzən də laqeyd şəkildə yanlarından keçib gedirlər...


Hər zülmün öz tövbəsi var. Necə izah etmək olar?!


Hər bir günah özünəməxsus tövbə istəyir. Ona görə də zülmə görə edilən tövbələr də fərqlidir. Belə ki, zülmün üç növü vardır: Allaha qarşı edilən zülm, insanlara edilən zülm, özünə edilən zülm. O zaman ki, bəndə insanlara zülm edər, xüsusilə də mal və ya canlarına qarşı – istiğfar və tövbədən başqa, onların razılığını alması da zəruridir. Bu zalım gərək özünü qisas məqamında qərar versin. Diyə versin və ya malı geri qaytarsın.
Nəxəyidən olan bir qoca kişi İmam Baqirə (ə) deyir: “Mən Həccacın zamanından indiyə qədər hökumət valisi olmuşam. Tövbə etməliyəm?”. İmam (ə) cavab vermir. O qoca sualını yenə təkrar edir. İmam (ə) onun təkid etdiyini görüb, buyurur: “Tövbə yoxundur, məgər hər haqq sahibinin tapdalanmış hüququnu ona qaytarmaqdan başqa”.


Şənbə, döyüş, buzov… - Həzrət Musanın (ə) ümmətinin imtahanları


Həzrət Musanın (ə) ümməti ağır imtahanlardan keçən ümmətlərdən biridir. Bu imtahanlardan biri də şənbə günü balıq ovlamamaq hökmü olmuşdur. Allah Təala şənbə gününü yəhudilər üçün istirahət günü elan etmiş və buyurmuşdur ki, həmin günü balıqçılar da gərək tətil etsinlər. Bu minvalla hamı yaşayırdı, ancaq balıqçıların bəzisi müşahidə edirlər ki, həftənin 6 günündə balıq miqdarı dənizdə az olur. Ancaq şənbə günü o qədər çox olur ki, hətta suyun üzünə belə çıxırdılar. Ona görə də hiylə işlətdilər və balıqları şənbə günü bir kanala qovdular və sonrakı günlərdə onları ovlamağa başladılar. Allah da onları bu əməllərinə görə cəzalandırdı. “Və əlbəttə, siz içərinizdən şənbə günü (Allahın əmrindən) çıxanları (və həmin günü balıq tutanları) tanıdınız. Biz onlara dedik: «Meymun (olun) və (Bizim dərgahımızdan) qovulmuşlar olun!». (Onların bu cür olmalarını istədik, elə bu cür də oldular)”. (“Bəqərə” 65)...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter