Bu 8 nəfər pis münasibətə görə ancaq özünü məzəmmət etsin!


Həzrət Peyğəmbər (s) İmam Əliyə (ə) etdiyi vəsiyyətində buyurur: “Ey Əli! 8 nəfər vardır ki, əgər təhqirə məruz qalarlarsa, özlərindən qeyrisini məzəmmət etməsinlər:

1. O kəs ki, çağırılmamış qonaq gedər.

2. Ev sahibinə göstəriş verər.

3. Düşmənlərindən xeyir istəyər.

4. Simic insandan bəxşiş istəyər.

5. İki nəfər arasında olan sirrə daxil olar (öyrənər), halbuki onlar onu daxil etməmişdilər.

6. Sultanı yüngül hesab edər.

7. Elə məclisdə əyləşər ki, onun əhli olmaz.

8. Elə söz deyər ki, ondan eşitməzlər”./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter